Məhkəmə qərarları › İş №2(010)-751/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-751/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-751/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan X-Trail” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 800 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 830,40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5387/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə idarə etdiyi “VAZ 21011” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində idarə etmə qaydasını pozaraq “Nissan X-Trail” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması BDYPİ-nin X5 Haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan X-Trail” markalı, ** EP *** qeydiyyat nişanlı avtomobilə 800 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 030666 saylı sığorta aktına əsasən, İddiaçı Sığorta Şirkəti 800 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək və ərizə təqdim edərək bildirmişdir ki, hadisə baş verən zaman onun sürücülük vəsiqəsi olmamışdır. Hadisə üzrə təqsiri qəbul edir, borcunu ödəməyə hazırdır, lakin ailə vəziyyəti yaxşı olmadığı üçün ödəniş edə bilməmişdir. Borcunu ən qısa zamanda hər ay 20 manat olmaqla ödəyəcəkdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı RPİ-nin DYPŞ-nin KYP seriyalı 512017 №-li protokolun X5 haqqında qərarından görünür ki, Cavabdeh AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə idarə etdiyi “VAZ 21011” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində idarə etmə qaydasını pozaraq “Nissan X-Trail” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2016-cı il tarixli 030666 №-li sığorta aktından görünür ki, xx.xx.2016-cı il tarixdə idarə etdiyi “VAZ 21011” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində idarə etmə qaydasını pozaraq “Nissan X-Trail” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2016-cı il tarixli “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, hadisə nəticəsində “Nissan X-Trail” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 800 manat məbləğində zərər dəymişdir. xx.xx.2017-ci il tarixli 2879 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X3 350 manat, X2 isə yüngül xəsarət aldığına görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2016-cı il tarixli 4769 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X1 800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2016-cı il tarixli M1723/16 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh zərər məbləğinin 7 gün ərzində şirkətə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli 4769 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X1 800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan Suraxanı RPİ-nin DYPŞ-nin KYP seriyalı 512017 №-li protokolun X5 haqqında qərarından görünür ki, Cavabdeh AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Nissan X-Trail” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 800 (səkkiz yüz) manat sığorta ödənişi məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar