Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-767/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 1320 (min üç yüz iyirmi) manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə cavabdeh X12 2006-cı ildə faktiki nikaha daxil olmaqla evlənmiş, xx.xx.2007-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2011ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X7 və 19.11,2016-cı il təvəllüdlü X17 dünyaya gəlmişdir. Sonradan cavabdehlə ailə münasibətlərində problemlər yaranmış və bu problemlərin aradan qaldırılması mümkün olmadığında Suraxanı Rayon Məhkəməsinin 03.11,2020-ci il tarixli 2(010)-3055/2020 saylı qətnaməsi ilə nikahı pozulmuş, boşanmadan sonra xx.xx.2007-cı ıl təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2011 -ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X7 və 19.11,2016-cı il təvəllüdlü X17 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Uşaqların hamısı iddiaçının yanındadır və onların təlim tərbiyəsi ilə özü məşğul olur. Bu səbəbdən də hazırki dövrdə özü uşaqlarına qulluq etdiyindən daimi stabil gəlir əldə edə bilmir və övladlarının dolanacaq xərclərini tam təmin edə bilmir. Yetkinlik yaşıha çatmayan övladlarının saxlanması üçün xərclər tələb edildiyindən, uşaqlarının gündəlik xərcləri artdığından və o. bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, nikahından olan uşaqlarının saxlanilması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirərək, aliment ödəməlidir. Belə ki, övladlarının qidası, geyimi, məktəb ləvazimatları, istirahəti və s. xərcləri pul tələb edir. Cavabdehə 6 uşağı dünyaya gətirdiyinə görə müavinət təyin edilmişdir. 2023-cü ilin oktyabr ayınadək cavabdeh ona verilən 630 (altı yüz otuz) manat müavinəti iddiaçıya uşaqlarının saxlanması üçün verirdi. Lakin sonradan müavinət kartını ləğv etdirmiş, həmin pulu uşaqlarına ödəməyi dayandırmışdır. Cavabdeh uşaqlarının maddi cəhətdən təmin edilməsində ümumiyyətlə iştirak etmir. Bununla yanaşı cavabdeh elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq uşaqları maddi cəhətdən təmin etmək ancaq iddiaçının vəzifəsidir. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-ci il tarixli MŞB/08/2023-02479 saylı arayış verilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3055/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı "nikahın pozulması, uşağın ata yanında saxlanılması” tələbinə dair iddiası təmin edlmiş, İddiaçı ilə cavabdeh X12 arasında xx.xx.2007-ci ildə Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 521 №-si ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X10, 15 08.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011 -ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X17 İddiaçı himayəsində qalmaları qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X14 arasında nikaha xx.xx.2020-ci ildə xitam verilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/8-2023-02479 saylı arayışından görünür ki, İddiaçı aliment tələbi, ananın icazəsi olmadan uşağın xarici ölkəyə çıxarılmasına icazə və xarici pasportun alınmasına icazə tələbi, müavinət kartının atanın adına keçirilməsi mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 13:00-dan 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X10, 15 08.2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2010-cu il təvəllüdlü Zəhra, xx.xx.2011-ci il təvəllüdlü Əli, xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2016-cı il təvəllüdlü Rza adlı övladları anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehlə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 1320 (min üç yüz iyirmi) manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibəti öyrənilməmişdir. AZEMİS vasitəsi ilə müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh X2 Mənzil Kommunal X1 süpürgəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Sosial ödənişlər üzrə 55 manat və ÜDSY məbləği 429 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İddiaçı ilə cavabdeh 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və xx.xx.2007-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X10, 15 08.2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2010-cu il təvəllüdlü Zəhra, xx.xx.2011-ci il təvəllüdlü Əli, xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2016-cı il təvəllüdlü Rza adlı övladları anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehlə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 1320 (min üç yüz iyirmi) manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibəti öyrənilməmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X3 xx.xx.2007ci il təvəllüdlü X10, 15 08.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011 -ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2023-cü ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 92 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2007-ci il təvəllüdlü X10, 15 08.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011 -ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulsun. X3 92 (doxsan iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova