Məhkəmə qərarları › İş №2(010)-780/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-780/2023

18.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-780/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı Nizami oğlu və onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Nizami oğlunun cavabdeh “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ nə qarşı "əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ ilə İddiaçı Nizami oğlu arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Babayev X3-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Vəzifə maaşı 360 manat təşkil edir.

2. Cədvəldən görünür ki, İddiaçı Nizami oğlu “X4 Company Limited” X1 üzvü olaraq hər ay üzvlük haqqının (bir faiz) mühasibatlıq tərəfindən tutularaq Həmkərkar İttifaqı Komitəsinin hesabına köçürülməsinə etiraz etmir.

3. İddiaçı Nizami oğlu tərəfindən xx.xx.2011-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı Nizami oğlu xx.xx.2011-ci il tarixindən qrafik dəyişikliyinə etiraz etmir.

4. “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ nin 25 iyul 2011-ci il tarixli 648 №-li əmrindən görünür ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2011ci il tarixinə kimi DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun iş qrafiki 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilmiş və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

5. Əmək haqqı üzrə ödəniş qəbzindən görünür ki, “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2011-ci ilin iyul ayı üzrə 809,40 manat məbləğində pul köçürülmüşdür.

6. İddiaçı Nizami oğlu tərəfindən xx.xx.2011-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı Nizami oğlu xx.xx.2011-ci il tarixindən dəniz şəraitində vaxt metodlu iş rejimində işləməyə razı olduğunu bildirmişdir.

7. “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ nin 05 sentyabr 2011-ci il tarixli 895 №-li əmrindən görünür ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun iş qrafiki 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilmiş və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

8. Əmək haqqı üzrə ödəniş qəbzindən görünür ki, “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2011-ci ilin avqust ayı üzrə 686,29 manat məbləğində pul köçürülmüşdür.

9. İddiaçı Nizami oğlu tərəfindən xx.xx.2011-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı Nizami oğlu xx.xx.2011-ci il tarixindən dəniz şəraitində vaxt metodlu iş rejimində işləməyə razı olduğunu bildirmişdir.

10. “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ nin 30 sentyabr 2011-ci il tarixli 1028 №-li əmrindən görünür ki, DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilməsi müddəti xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci ilə kimi uzadılmış və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

11. Əmək haqqı üzrə ödəniş qəbzindən görünür ki, “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2011-ci ilin sentyabr ayı üzrə 821,18 manat məbləğində pul köçürülmüşdür.

12. Əmək haqqı üzrə ödəniş qəbzindən görünür ki, “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2018-ci ilin dekabr ayı üzrə 961,75 manat, 2019-cu ilin yanvar ayı üzrə 909,53 manat, 2019-cu ilin fevral ayı üzrə 946,39 manat, 2019-cu ilin mart ayı üzrə 943,69 manat, 2019-cu ilin iyun ayı üzrə 1294,53 manat, 2019-cu ilin avqust ayı üzrə 956,07 manat, 2019-cu ilin sentyabr ayı üzrə 1791,35 manat, 2019-cu ilin oktyabr ayı üzrə 983,37 manat, 2019-cu ilin noyabr ayı üzrə 1423,66 manat, 2020-ci ilin iyul ayı üzrə 1024,77 manat, 2020-ci ilin avqust ayı üzrə 999,99 manat, 2020-ci ilin sentyabr ayı üzrə 1006,90 manat, 2020-ci ilin oktyabr ayı üzrə 1044,31 manat, 2020-ci ilin noyabr ayı üzrə 1100,80 manat, 2020-ci ilin dekabr ayı üzrə 1197,90 manat, 2021-ci ilin yanvar ayı üzrə 720,57 manat, 2021-ci ilin fevral ayı üzrə 976,15 manat, 2021-ci ilin mart ayı üzrə 968,91 manat, 2021-ci ilin aprel ayı üzrə 980,98 manat, 2021-ci ilin may ayı üzrə 968,91 manat, 2021-ci ilin iyun ayı üzrə 1340,91 manat məbləğində pul köçürülmüşdür.

13. 14 aprel 2016-cı il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi mühəndislik və inspeksiya qrupu, tikinti departamenti, Metalkonstruksiyalar üzrə mühəndis vəzifəsinə keçirilsin.”

14. 01 iyun 2017-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi Metalkonstruksiyalar üzrə mühəndis/Neft-Qaz-Mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsi, mühəndislik və inspeksiya qrupu, tikinti departamenti vəzifəsinə keçirilsin.”

15. 02 iyul 2018-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işəgötürən işçiyə hər ay 735 manat məbləğində vəzifə maaşı ödəyir.

16. 03 sentyabr 2018-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işəgötürən işçiyə hər ay 770 manat məbləğində vəzifə maaşı ödəyir.

17. 21 noyabr 2019-cu il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işəgötürən işçiyə hər ay 808,5 manat məbləğində vəzifə maaşı ödəyir.

18. 28 noyabr 2019-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Nizami oğlu ayın işçisi mükafatına layiq görülmüşdür.

19. 18 iyun 2020-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçinin aylıq tarix (vəzifə) maaşı 646,80 manat (qanunvericiliklə müəyyən edilmiş icbari ödəmələr daxil olmaqla) təşkil edir.

20. 21 iyul 2020-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi əməliyyat departamenti, mühəndislik və inspeksiya qrupuna Metalkonstruksiyalar üzrə mühəndis vəzifəsinə keçirilsin.”

21. “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ tərəfindən İddiaçı Nizami oğluna ünvanlanmış 27 iyul 2021-ci il tarixli BE/01-436 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlıqdan görünür ki, iş həcminin azalması səbəbindən Nümayəndəlikdə işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi qərara alınmışdır. Bununla əlaqədar Metalkonstrulsiyalar üzrə mühəndis vəzifəsi 29 sentyabr 2021-ci il tarixdən ləğv ediləcəkdir.

22. “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ nin 27 sentyabr 2021-ci il tarixli 234 №-li əmrindən görünür ki, İddiaçı Nizami oğlu ilə nümayəndəlik arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.

23. Dövlət Statistika Komitəsinin 15 iyul 2022-ci il tarixli 04/1-76 №-li məktubuna əsasən istehla qiymətləri indeksi 2022-ci ilin iyun ayında 2004-cü ilin iyul ayına nisbətən 355,1 faiz təşkil etmişdir.

24. İş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir.

25. İş üzrə İddiaçı Nizami oğlu iddia ərizəsi ilə birlikdə “buraxılmış prosessual müddətin bərpası”na dair ərizə təqdim edərək müddətin üzürlü olaraq buraxılmış hesab olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

İşin faktiki halları

26. “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ ilə İddiaçı Nizami oğlu arasında 12 iyul 2010-cu il tarixdə əmək müqaviləsinin bağlanması və 27 sentyabr 2021-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

27. İddiaçı Nizami oğlu cavabdeh “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ nə qarşı "əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən onun xeyrinə istirahət və bayram günləri işə görə (hesablanmaqla) 2208 manat məbləğində normadan artıq işə görə əmək haqqının, iş vaxtından artıq işlərdə əlavə vaxtda işlədiyinə görə 41.952 manat məbləğində normadan artıq işə görə əmək haqqının (xx.xx.2010-xx.xx-2014-cü illər), xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə ona ödənilməmiş 2263,8 manat məbləğində əmək haqqının, 65.163 manat dəniz əmsalına görə əlavə pulun, 20.050,8 manat susuzluğa görə əlavə, 40.101,6 manat gecə puluna görə əlavə əmək haqqının, 1531,2 manat üzvlük haqqının ödənilməsi (geri qaytarılması) və manatın inflayasiyasının səviyyəsinə uyğun olaraq ümumi məbləğə (173.270,4 manat) 50% əlavə olunmaqla 259.905,6 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

28. Məhkəmə iclasında İddiaçı Nizami oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, məhkəmədən haqqı olanı tələb edir. Cavabdeh tərəf onun iddiasına qarşı əsassız dəlillər gətirərək iddianın rədd edilməsinə nail olmaq istəyirlər. Belə ki, Həmkarlar İttifaqına üzvlük haqqı tutulmasına dair cədvəldə olan imza ona məxsus olsa da, qeyd olunan sənəd saxtalaşdırılmış və başlıq sonradan əlavə edilmişdir. Onun işlədiyi dövrdə Həmkarlar İttifaqının heç bir iclası olmamış və sədr birbaşa SOCAR tərəfindən seçilmişdir. Həmçinin, iş vaxtından əlavə işləməyə görə ona ödənilən ödənişləri əks etdirən kağızlar da saxtalaşdırılmışdır. O, qeyd olunan illər ərzində 30 gün bayram günlərində işə çıxmış və haqqı ödənilməmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

29. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsaslıdır. Belə ki, iddiaçının cavabdehdən tələbi istirahət və bayram günləri normadan artıq işlədiyinə görə əmək haqqının, xx.xx.2010-xx.xx-2014-cü illər ərzində iş vaxtından artıq işlərdə əlavə vaxtda işlədiyinə görə hesablanmış əmək haqqının, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə iddiaçıya ödənilməmiş əmək haqqının, dəniz əmsalına görə əlavə pulun, susuzluğa görə əlavənin, gecə puluna görə əlavə əmək haqqının, həmçinin, Həmkar İttifaqı Komitəsinə görə tutulan üzvlük haqqının ödənilməsi və manatın inflayasiyasının səviyyəsinə uyğun olaraq ümumi məbləğə 50% əlavə olunmaqla pulun tutulmasıdır. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin əsaslı olduğu üçün təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

30. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında Həmkarlar İttifaqı Komitəsinə üzv olmadığını bildirmiş və heç bir üzvlük haqqı ödəmədiyini qeyd etmişdir. Halbuki, təqdim edilmiş sənəddən görünür ki, iddiaçı özü şəxsən cədvələ üzvlük haqqının tutulmasına etiraz etməməsi barədə imza çəkmişdir. Həmçinin, iddiaçı bildirir ki, qeyd olunan sənəd 2007-2008-ci illərə aid sənəddir, lakin belə deyil. X6 şirkəti xx.xx.2010-cu ildən fəaliyyətə başlamışdır və həmin dövrədək olan sənədlərin hamsı AZNEFT-in arxivindədir. Onların həmin sənədlərə əlçatanlığı yoxdur və mümkün deyil. Əgər iddiaçı haqlı olsaydı, işlədiyi bu illər ərzində üzvlük haqqının geri ödənilməsi ilə bağlı iddia qaldırardı. İddiaçı yalnız əmək müqaviləsinə xitam verildikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı iş qrafikinin dəyişməsi ilə bağlı əlavə işləməsinə razılıq vermədiyini bildirmişdir. Halbuki, yenə də tərəflərindən təqdim edilmiş ərizələrdən görünür ki, hər dəfə iş qrafikinin dəyişməsi ilə bağlı iddiaçıdan ərizə alınmış və əlavə haqqın ödənilməsi təmin edilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınması və həmçinin iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

31. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd olunanların heç birin hüquqi əsası yoxdur. Belə ki, iddia ərizəsinə nəzər saldıqda heç bir maddi hüquq normasına istinad edilmədiyi aydın görünür. Bundan əlavə, iddiaçı tərəfindən mübahisələndirilən halların heç birinin sübutu yoxdur. Belə ki, iddiaçı bayram günlərində 30 gün işlədiyini bildirsə də, bunu sübut edə bilməmişdir. Həmçinin, iddiaçı tələb etdiyi məbləğinin yarısı qədər də inflyasiyaya görə pul tələb edir. Qeyd olunanlar tamamilə əsassızdır. Digər nümayəndələri tərəfindən də bildirildiyi kimi tərəflərindən təqdim edilmiş sənədlərdən iddiaçının könüllü olaraq X2 üzvlük haqqı ödədiyi aydın görünür. Həmçinin, həmin sənədlərdə iddiaçının iş qrafikinin dəyişdiyi halda razılıq ərizəsi və əlavə haqqın ödənilməsi barədə sənədlərin olduğu müəyyən olunur. Göründüyü kimi onlar təkzib etdiyi hər bir faktı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etmiş, həmçinin Əmək Məcəlləsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizə də vermişlər. İddiaçı isə sadəcə olaraq şirkətdən pul tələb etmiş, heç bir faktı əsaslandıra bilməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 95. İş vaxtının rejimi

1. İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 159. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı

1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 368. Müddətin başlandığını bildirən vaxt Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

34. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32. Mediasiya prosesinə xitam verilməsi 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

35. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

36. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərar

İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

38. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

39. Belə ki, iş üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan tələbin irəli sürülməsi üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı öz təşəbbüsü ilə xx.xx.2021-ci il tarixində işdən ayrılmışdır. Hazırki iş üzrə iddia ərizəsi isə xx.xx.2022-ci il tarixində verilmişdir. Bu da o deməkdir ki, iddia müddəti faktiki olaraq İddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

40. İş üzrə iddiaçı iddia ərizəsi ilə birlikdə “buraxılmış prosessual müddətin bərpası”na dair ərizə təqdim edərək bildirmişdir ki, o, cavabdeh “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 17 noyabr 2022ci il tarixdə keçirilmişdir. Eləcə də xx.xx.2022-ci il tarixdə Suraxanı Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4514/2021 saylı qərardadi ilə sözügedən tələb üzrə iddia ərizəsi baxılmamış saxlanmışdır. İş üzrə yenidən mediasiya prosesi təşkil olunmuş və prosesi uzatmaq məqsədilə qarşı tərəfin qəsdən törətdiyi maneçiliklərdən sonra nəhayət yenidən üçüncü dəfə mediasiya prosesi keçirilmiş və tərəfin qəsdən iştirak etməməsinə baxmayaraq xx.xx.2022-ci il tarixli mediasiya arayışını xx.xx.2022-ci il tarixdə rəsmən imza etməklə almalı olmuşdur. Hesab edir ki, qarşı tərəf qəsdən və bilərəkdən süni maneələr yaratmaqla şikayət verməkdən ötrü qanunvericilikdə nəzərdə tutulmuş prosesual müddəti uzatmaqla yayınmaq istəyir. Halbuki, bu tam qanunsuz və ədalətsizdir. Sözügedən məsələ ilə əlaqədar olaraq bundan əvvəl xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin sonradan isə mediasiya prosesindəki çatışmazliqla əlaqədar təkrarən mediasiya prosesinə müraciət etmişdir. Nəhayət, xx.xx.2022-ci il tarixdə aldığı mediasiya (xx.xx.2022-ci il tarixli) arayışı əsasında yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4514/2022 saylı qərardadı İlə qeyd olunan nöqsan, yəni mediasiya prosesinin keçirilməsi məsələsinin həll olunmasi ilə əlaqədar ötürülmüş müddət, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək olan müddət üzürlü olaraq buraxılmış hesab olunmalıdır.

41. Məhkəmə tərəfindən işin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı Nizami oğlu 12 iyul 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ ndə Neftmədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, sonradan müvafiq əmrlərlə vəzifəsində dəyişiklik olmuşdur. 27 iyul 2021-ci il tarixdə “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ tərəfindən İddiaçı Nizami oğluna “əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlıq ünvanlanaraq, iş həcminin azalması səbəbindən Nümayəndəlikdə işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsinin qərara alındığı, bununla əlaqədar Metalkonstrulsiyalar üzrə mühəndis vəzifəsinin 29 sentyabr 2021-ci il tarixdən ləğv ediləcəyi bildirilmişdir. 27 sentyabr 2021-ci il tarixli əmrlə isə İddiaçı Nizami oğlu ilə nümayəndəlik arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.

42. İş materiallarında olan Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, İddiaçı Nizami oğlu xx.xx.2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə təkliflə müraciət etmiş, lakin cavabdeh “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ mediasiyada iştirak etmədiyi üçün xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, cavabdeh “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ mediasiyada iştirakla bağlı məlumatlandırılmamışdır (2(010)-4514/2022 nömrəli işlə bağlı müvafiq sənədlər iş materiallarına əlavə edilir). Bundan sonra iddiaçı, xx.xx.2022-ci il tarixdə təkrarən mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

43. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən hazırki iş üzrə iddia müddəti 1 il təşkil edir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyindən, iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2021-ci il tarixdən başlamışdır.

44. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti hesablanarkən nəzərə alınmamalı olan müddətlər aşağıdakı kimidir: İddiaçının ilk dəfə mediasiyaya müraciət etdiyi müddət (xx.xx.2022-xx.xx.2022) və ikinci dəfə mediasiyaya müraciət etdiyi müddət (xx.xx.2022-xx.xx.2022).

45. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan müddətlər çıxıldıqdan sonra geri qalan aşağıdakı müddətlər iddia müddətinə hesablanmalıdır: İddiaçının işdən çıxdığı tarixdən ilk dəfə mediasiyaya müraciət etdiyi tarixədək olan müddət (xx.xx.2021xx.xx.2022, 10 ay 18 gün), ilkin mediasiyanın qurtardığı vaxtdan ikinci dəfə mediasiyaya müraciət etdiyi tarixədək olan müddət (xx.xx.2022-xx.xx.2022, 2 ay 15 gün), sonrakı mediasiyanın qurtardığı vaxtdan hazırki iddia ərizəsilə məhkəməyə müraciət etdiyi vaxtadək olan müddət (xx.xx.2022-xx.xx.2022, 4 gün). Məhkəmə iddiaçının ilkin olaraq məhkəməyə müraciət etdiyi tarixdən işin baxılmamış saxlandığı tarixədək olan müddəti (xx.xx.2022-xx.xx.2022) də iddia müddətinə hesablamışdır. Çünki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi iddiaçı hüququnun pozulduğunu bildiyi andan 1 il 1 ay 7 gün sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.

46. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçının “buraxılmış prosessual müddətin bərpası”na dair ərizəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş üzürlü səbəblərin, yəni müddəti bərpa etmək üçün qanunda müəyyən olunmuş əsasların (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblər) olmadığı üçün buraxılmış müddət bərpa edilə və mübahisəyə mahiyyəti üzrə baxıla bilməz.

Məhkəmə xərcləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

49. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Nizami oğlunun cavabdeh “X4 Company Limited” Şı̇ rkətı̇ nı̇ n Azərbaycan Respublı̇ kasında nümayəndəlı̇ yı̇ nə qarşı "əmək haqqının ödənilməsi və s.” tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir.

50. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar