Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-79/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, İbrahimova Aysel Böyükağa qızı və İbrahimova Fəridə Böyükağa qızına qarşı ümumi istifadədə olan yolun açılması, qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı ümumi istifadədə olan yolun açılması, qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı tərəf əsl olmayan cavabdehin əsl cavabdehlər Cavabdeh2, İbrahimova Aysel Böyükağa qızı və İbrahimova Fəridə Böyükağa qızı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx xxx 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2, İbrahimova Aysel Böyükağa qızı və İbrahimova Fəridə Böyükağa qızına qarşı ümumi istifadədə olan yolun açılması, qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoyulması tələbi ilə məhkəməyə müraciət edərək ümumi istifadədə olan yolun açılması, qanunsuz qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, 04 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha təşkil edən torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, 29 ünvanında yaşayan Cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən, ümumi istifadədə olan yolu öz torpaq sahəsinə qataraq hasarlamış və bununla da iddiaçının torpaq sahəsinə gedişgəlişinə məhdudiyyət yaranmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli, **********28 saylı məktubuna əsasən iddiaçının torpaq sahəsinə gedən yolun zəbt olunması faktı öz təsdiqini tapmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş, eyni zamanda iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 1901/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə ekspertizası Mərkəzinin 18066 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı JN-062H, Kod 00600036 saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş torpaq sahəsi sənədlə 0,06 ha, faktiki 573,0 m2 təşkil edir və onun arxa tərəfdən digər qonşularla ümumi istifadədə olan dalan yolundan giriş darvazası mövcuddur. Cavabdeh2 istifadəsində olan ərazi mülkiyyətində qalmış (JN-2136D Kod 00600036 saylı şəhadətnamə ilə 0,12 ha torpaq sahəsindən o bacısı X5 .,06 ha torpaq sahəsi bağışlanmışdır) üzərində tikili olmayan 0,06 ha torpaq sahəsi və 69,0 m2 əlavə boş torpaq sahəsindən ibarətdir. Aparılan araşdırma zamanı İddiaçı cavabdehdən istədiyi (həyətinə yol açılması üçün iddia etdiyi) sahənin hasarlanmış boş torpaq sahəsinin bir hissəsi olduğu müəyyən edilir. Mülki işin icraatı təzələndikdən sonra məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ekspert rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx xxxxxx 2020-ci il iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 ekspert rəyinə etiraz edərək, rəyin aydın olmadığını bildirdilər və məhkəmədən əlavə ekspertiza təyin edilməsini xahiş etdilər. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/359 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən qeyd olunan yola Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına şəhadətnamə verilmişdir. 2008-ci il ortofotoda həmin hissədə yol görünmür. JN-22685 saylı şəhadətnamənin yerləşdiyi torpaq sahəsinin əlavə sahəsi bazaya əsasən şimal hissədədir. Məhkəmənin hazırkı iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, işin hallarını araşdıraraq və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - JN-062H, KOD 00600036 № li şəhadətnamənin surətinə əsasən Azərbaycan SSR NS xx.xx.1988-ci il tarixli, 387 saylı və HK-nin xx.xx.1989-cu il tarixli birgə iclasının 02 saylı qərarı ilə Hövsandakı 4 saylı bağ sahəsinin 0.06 hektar ölçüdə bağı İddiaçı mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzə Dövlət X4 Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli, **********28 saylı məktubuna əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin gediş-gəliş yolunun hasarlanaraq zəbt olunması barədə xx xxx 2018-ci il tarixli müraciəti agentlikdə daxil olmuş, araşdırma zamanı vətəndaşın torpaq sahəsinə gedən yolun hasarlanaraq bağlanması faktı aşkar edilmiş, lakin qanun pozuntusunu törədən şəxsin kimliyi barədə məlumat əldə etmək mümkün olmamışdır. Müvafiq tədbirlərin görülməsi məqsədilə materiallar istintaq idarəsinə göndərilmişdir. - Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2 (010)-1901/2019 nömrəli məktubunun icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin araşıyışında bildirilmişdir ki, bağçılıq yoldaşlıq birliyinin bölgü sxemində göstərilən 28 saylı sahə **********42-11301 reyestr nömrəsi ilə 2346B nömrəli bağ evi kimi xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bölgü sxemində 29 nömrə ilə göstərilən sahə JN 22658 D kod 00600036 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X3, İbrahimov Aysel B.qızı və İbrahimova Fəridə B.qızına məxsusdur. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi idarəsinin **********01 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən idarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, sorğuya əlavə edilmiş və idarənin arxiv əsaslarında olan bağçılıq yoldaşlığının bölgü sxemində göstərilən yol 4 saylı bağın qərb hissəsindən keçir. Mövcud vəziyyətdə bağçılığın bölgü sxemində göstərilən yolun bir hissəsi 30 saylı bağın ərazisi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X9 tərəfindən Ağayeva Gülnaz Böyükkişi qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş bölgü-sxemdə yol kimi göstərilən sahənin bir hissəsinə isə (29 saylı bağ sahəsi) Cavabdeh2 adına xx xxxx 2005-ci il tarixdə JN 22685 saylı mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir.2008-ci ilə qədər bağçılıq bölgü sxemində göstərilən yolun olub-olmaması ilə əlaqədar idarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. 4 saylı bağın şimal hissəsindəki ümumi istifadədə olan dalandan giriş-çıxışı var. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər bağ qonşusudur, iddiaçı özünə məxsus bağ sahəsinə gedən yolun cavabdeh tərəfindən hasarlanaraq tutulduğunu bildirir. Əsas kimi Azərbaycan Dövlət X2 və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxeminə istinad edir. Cavabdeh tərəf iddiaya etirazını onunla əsaslandırır ki, onlara məxsus torpaq sahəsi uzun ilərdir ki, bacısının mülkiyətidə olmuş, sonra bacısı torpağın hazırda mübahisə predmetini təşkil edən 0.06 ha hissəsini ona bağışlamışdır. Bu torpaq sahələri dövlət tərəfindən sənədləşdirilmişdir, əgər yol zəbt edilsəydi sənədləşmə də aparılmazdı. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onları n hesabına həyata keçirilir Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Normaların tələblərinə nəzər saldıqda görünür ki, bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə birinci hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Lakin, ikinci hal iş materialları ilə müəyyən edilmir. Belə ki, işin məhkəmə araşdırılması zamanı toplanmış müəxəssis rəyləri və bu rəylərə əsaslanan ekspert rəyləri, eləcə də, yazılı sənədlərdən ibarət sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə aparan ümumi gediş-gəliş yolunun zəbt edilməsi halı görünmür. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddianın əsaslı hesab edilməsi üçün tutarlı dəlillər mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. X7 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; X8rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddia rədd edildiyinə görə iş üzrə keçirilmiş ekspertizaların dəyəri olan 100 manat və 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat da iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, İbrahimova Aysel Böyükağa qızı və İbrahimova Fəridə Böyükağa qızına qarşı ümumi istifadədə olan yolun açılması, qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertizalara görə 100 manat və 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində olan ekspertiza xərcləri İddiaçı tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-79/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-79/2020
01.12.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver