Məhkəmə qərarları › İş №2(010)-805/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-805/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-805/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı “aliment borcunun silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı “aliment borcunun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12853/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı hesablanmış aliment məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X6, xx.xx.2013-cü il tarixdə X7 dünyaya gəlmişdir. 2016-cı il tarixdə Cavabdeh uşaqlara görə alimentin tutulması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 12853/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd olunması zəruridir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ondan xx.xx.2016-cı il tarixdən etibarən hər ay 240 manat alimentin tutulması qət edilsə də uşaqlar faktiki olaraq təkcə ananın himayəsində olmamışdır. Belə ki, həmin tarixdə, yəni 2016-cı ildə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən tikdirdiyi evin birinci mərtəbəsi hazır olduğundan həmin evə köçmüş, bir ailə kimi bir yerdə yaşamış, təsərrüfatı bir yerdə idarə etmiş, bu dövrdə uşaqların maddi ehtiyacları tərəfindən qarşılanmaqla onları bir yerdə böyütmüşlər. Həmin dövrdə də Cavabdeh heç bir yerdə işləməmiş, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Belə ki, Cavabdeh müvafiq əmlak tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin məzmununda da qeyd edilmişdir ki: “... ailə qurduğumuz dövrdə ilk əvvəl mən (Cavabdeh) cavabdehin atasının yaşadığı evə gəlin gəlmiş, bütün əmlaklarımı da həmin evə yerləşdirmişdim. 2012-ci ildə biz yaşadığımız evin həyətində özümüz üçün ev tikməyə başlamışıq. 2016-cı il tarixdə evin birinci mərtəbəsi hazır olduqdan sonra biz həmin evə köçmüşük, mən də bütün əmlaklarımı həmin evə yerləşdirmişəm”, “... qeyd edilən evdə yaşaya-yaşaya biz həmin evi tikib qurtarmış, evi tamamilə yaşayış üçün yararlı vəziyyətə gətirmişdik. Qeyd edilən yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd olmasa da ev bizim yaşayış yerimiz kimi Abşeron rayon İcra Hakimiyyətinin Digah qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış, biz zəruri olan bütün arayışları da Digah qəsəbəsi üzrə nümayəndəlikdən almışıq”. Həmin iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2(012)-2976/2020 nömrəli qətnamədə qeyd edilmişdir ki, qayınatasının evinin yaxınlığında 2016-cı il tarixdən etibarən birgə nikah dövründə həmin mübahisəli ev inşa edilmişdir. O, xx.xx.2020-ci il tarixə qədər həmin evdə yaşayıb və siyahıdakı əmlakları həmin evdə olmuşdur. Həmin tarixdə evdə mübahisə yarandığından o, evdən çıxmağa məcbur qalmışdır. Göründüyü kimi, 2016-cı il tarixdən xx xxx 2020-ci ilin may ayınadək cavabdehlə o və övladları bir evdə yaşamışdır. Həmin dövrdə uşaqların bütün maddi və mənəvi tələbləri tərəfindən qarşılanmışdır. Buna görə də həmin dövrdə qeyd olunan icra sənədinin icra olunması üçün cavabdeh tərəfindən israr edilməmiş, belə bir sənədin olması faktı faktiki olaraq diqqətdənkənar qalmışdır. Hazırda 2020-ci ilin may ayından cavabdehlə münasibətləri yenidən korlandığından uşaqları da götürərək evi tərk etmişdir. Həmin tarixdən bu günədək ümumilikdə 1440 manat aliment ödənişini cavabdehin adına ödəmişdir. Hesab edir ki, 2020-ci ilin may ayınadək Cavabdeh ilə bir yerdə yaşadığından və təsərrüfatı birgə idarə etdiklərindən həmin dövrədək hesablanan aliment borcunun ondan tələb edilməsi əsassızdır. Buna baxmayaraq, Abşeron rayon İcra və Probasiya Şöbəsinin müvafiq təqdimatına Abşeron Rayon Məhkəməsində baxılmış, xx.xx.2020-ci il tarixli, 8(012)-403/2020 nömrəli qərardadla təqdimat təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12853/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olan və yaşayan borclu İddiaçı Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Halbuki, 2020-ci ilin may ayınadək alimentin ödənilməməsinə üzrlü səbəb o olmuşdur ki, həmin vəsaiti və ondan qat-qat çoxunu o, öz övladlarına xərcləmişdir. Daha sadə deyilsə, rəsmi qaydada həyata keçirməli olduğu aliment ödənişini qat-qat çox olmaqla övladlarına qeyri-rəsmi formada xərcləyərək valideyn öhdəliklərini bacardığı qədər yerinə yetirmişdir. Ona görə də hazırda həmin vəsaitin yenidən ondan tələb olunması əsaslı hesab edilə bilməz və onun hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə iddiaçıdan 2016-cı ilin oktyabr ayından aliment tutulması qət edilsə də əslində həmin vaxtdan 2020-ci ilin may ayına qədər tərəflər birlikdə yaşamış, uşaqların saxlanılması ilə bağlı xərcləri iddiaçı çəkmişdir. Bu səbəbdən bu dövrə görə iddiaçıya aliment borcu hesablanması əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 2016-cı ilin may ayında uşaqları da götürərək iddiaçı ilə birlikdə yaşadıqları evi tərk edib anasının evinə getmiş, 2016-cı ilin may-noyabr ayları ərzində bir müddət anasının yanında, bir müddət isə əmisinin evində qalmışdır. 2016-cı ilin noyabr ayından etibarən isə iddiaçı ilə barışmış, 2020-ci ilin may ayınadək onunla birlikdə yaşamışdır. Həmin dövrdə onların ər-arvad kimi münasibətləri yaxşı olmasa da o, işləmədiyindən uşaqları maddi cəhətdən iddiaçı təmin etmiş, qida, geyim və s. xərcləri iddiaçı çəkmişdir. 2020-ci ilin may ayından etibarən isə ailə münasibətləri tam pozulduğundan ayrı yaşamağa başlamışlar. Hər bir halda uşaqların mənafeyini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, Şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2976/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Digah qəsəbəsində, Ə.Vahid küçəsində inşa edilmiş cavabdeh İddiaçı yaşadığı yaşayış evinə köçürülməsi, adları siyahıda qeyd edilmiş iddiaçıya məxsus əmlakların, həmin əmlaklar olmadığı halda onların dəyərinin İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)-2375/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə İddiaçı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(012)-403/2020 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12853/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olan və yaşayan borclu İddiaçı Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində, yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, İddiaçı Əkbər oğlu və Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-12583/2016 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 120 manat olmaqla, hər ay cəmi 240 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin işin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə əsas olmuş xüsusi halı ondan ibarətdir ki, tərəflər 2016-cı ilin noyabr ayından 2020-ci ilin may ayınadək faktiki olaraq birlikdə yaşamış, həmin dövrdə cavabdeh (ana) işləməmiş, beləliklə, ailənin, uşaqların saxlanılması ilə bağlı bütün xərclər iddiaçı (ata) tərəfindən qarşılanmışdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2976/2020 saylı qətnaməsində iddia ərizəsinin əsaslandırıldığı hissədən, eləcə də qətnamənin izahatlar hissəsində olan Cavabdeh izahatından görünür ki, Cavabdeh əri ilə birlikdə yaşadıqları evin 2016-cı ildə tikildiyini, onların qısa bir müddətə faktiki ayrıldığı dövr istisna olmaqla, xx.xx.2020-ci il tarixə qədər bu evdə birlikdə yaşadıqlarını bildirmişdir. Hazırkı məhkəmə iclasında cavabdeh kimi izahat verən Cavabdeh bu qeyd edilənləri bir daha təsdiq edərək 2016-cı ilin may-noyabr aylarında qısa müddət ayrı olduqlarını, bundan sonra 2020-ci ilin may ayına qədər birlikdə yaşadıqlarını, bu müddət ərzində iddiaçı ilə ər-arvad kimi münasibətləri qaydasında olmasa da uşaqların bütün xərclərini iddiaçının çəkdiyini, özünün isə heç bir gəliri olmadığını, heç bir yerdə işləmədiyini bildirmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, valideynlərdən biri işləmədiyi təqdirdə uşaqların saxlanılması xərclərinin digər valideyn tərəfindən qarşılanmış olması ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsindən aydın olur ki, aliment - valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün valideynlərdən məhkəmə qaydasında tutulan vəsait, yaxud valideynlər arasında bağlanmış sazişə əsasən tutulan vəsaitdir. Göründüyü kimi, alimentin məhkəmə qaydasında tutula bilməsi üçün ilkin şərt valideynin uşağını saxlamamasıdır. Yalnız bu halda məhkəmə tərəfindən uşaqları saxlayan valideynin iddiası əsasında digər valideyndən məcburi qaydada aliment tutulur. Bu baxımdan, hazırkı iş üzrə İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün alimenti o halda və o dövr üçün ödəməyə borcludur ki, o həmin dövr ərzində uşaqları saxlamasın, yəni onların heç bir ehtiyacını ödəməsin. Hazırkı işdən isə görünür ki, iddiaçının borcdan azad edilmək istədiyi bütün dövr ərzində (xx.xx.2016 – xx.xx.2020) onlar cavabdeh və uşaqları ilə birlikdə yaşamış, cavabdeh evdə uşaqların saxlanılması ilə məşğul olmuş, iddiaçı isə işləyərək ailənin, eləcə də uşaqların maddi ehtiyaclarını qarşılamışdır. Yəni o, tamamilə üzrlü səbəbdən bu dövrdə aliment ödəməmişdir. Çünki iddiaçı ata kimi uşaqların saxlanılmasında birbaşa iştirak etdiyindən onun məhkəmə qətnaməsi əsasında əlavə olaraq aliment ödəməsinə heç bir zərurət qalmamışdır. Odur ki, aliment borcu üzrlü səbəbdən yaranmış olduğundan iddiaçı bu borcun ödənilməsindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, bu borcun silinməsi ilə uşaqların diqqətəlayiq mənafelərinə zərər dəyəcəyi nəticəsinə gəlinə bilməz. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin surətlərindən görünür ki, onun tərəfindən 2020-ci ildən etibarən icra sənədi icra edilmiş, aylıq aliment məbləği ödənilmişdir. Digər tərəfdən, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)- 2375/2020 saylı qərarında da müvafiq icra sənədi üzrə borclu İddiaçı aylıq aliment borcunu ödədiyi, icra sənədinin icrasından yayınmadığı müəyyən edilərək barəsində açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bütün bunlar onu göstərir ki, İddiaçı uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment məbləğini ödəməkdən yayınmır, sadəcə olaraq uşaqları faktiki olaraq saxladığı dövrdə formal olaraq yığılmış aliment borcunun silinməsini tələb edir. Odur ki, iddianın təmin edilməsi uşaqların mənafeyinə heç bir ziyan vurmur, əksinə icra sənədi üzrə borclu olan iddiaçını əlavə maddi yükdən azad etməklə icra sənədinin qalan hissədə vaxtında və lazımınca icra edilməsinə zəmin yaradır, digər tərəfdən, iddiaçını formal olaraq yaranmış bu borcun ödənilməməsinə görə məsuliyyətdən azad etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016ci il tarixli, 2(010)-12853/2016 saylı icra sənədinə əsasən xx.xx.2016 – xx.xx.2020-ci il tarixədək hesablanmış aliment borcundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(010)- 12853/2016 saylı icra sənədinə əsasən xx.xx.2016 – xx.xx.2020-ci il tarixədək hesablanmış aliment borcundan azad edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar