Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-827/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2021ci il tarixli, İş № 2(010)-350/2021 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 29 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat və 28 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutulması hissəsində dəyişdirilməsi və cavabdeh İddiaçı Cavabdeh xeyrinə 29 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat və 28 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat, ümumilkidə 200 (iki yüz) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, İş №2(010)-350/2021 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 29 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat və 28 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutulması qət edilmişdir. Halhazırda o, heç yerdə işləmədiyi və səhhətində problemlər olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəyə bilmir. Həmin alimentin bir hissəsinin ödənilməsində anası tərəfindən ona köməklik göstərilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən aliment miqdarının azaldılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək hazırki iş üzrə 23.02.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(010)-350/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 29 may 2017-ci il təvəllüdlü X4 və 28 sentyabr 2018-ci il təvəllüdlü X3 anaları - Cavabdeh yanında qalmaları və 29 may 2017-ci il təvəllüdlü X4 və 28 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla ümumilikə 340 manat məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X9 tərəfindən verilmiş sənədin surətindən görünür ki, İddiaçı “Şizoid tip şəxsiyyət pozuntusu” (F60.1) diaqnozu ilə üzvi patalogiyanın təsdiqlənməsi üçün ixtisaslaşmış müayinədən keçməsi tövsiyə olunmuşdur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmus halları ondan ibarətdir ki, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin həmin nikahdan 29 may 2017-ci il təvəllüdlü X4 və 28 sentyabr 2018-ci il təvəllüdlü X5 adlı 2 övladları vardır və hazırda onlar anaları - Cavabdeh ilə birlikdə yaşıyırlar. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı iddia tələbində 29 may 2017-ci il təvəllüdlü X4 və 28 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə təyin olumuş 170 manat məbləğində aliment miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat məbləğində təyin edilməsini istəsə də, lakin aliment məbləğinin azaldılması üçün məhkəməyə əsas və dəlil hesab ediləcək hər hansı bir sənəd təqdim etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər. Bu halların mövcudluğu isə məhkəmədə iddiaçı tərəfindən sübut edilməlidir. Hazırkı işdə belə halların mövcudluğu sübut edilmir. Ona görə də, məhkəmə iddia tələbini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi baxımından əsaslı hesab edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Bəbı̇ rov Tural Bəbı̇ r oğlunun cavabdeh Bəbı̇ rova Günay Telman qızına qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-827/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-827/2022
23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver