Məhkəmə qərarları › İş №2(010)-86/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-86/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-86/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsinə” dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək 7980 manat sığorta ödənişi, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu cəmi 8010 (səkkiz min on) manat pul məbləğinin Cavabdeh müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə X10 arasında xx.xx.2010-cu il tarixli “X2 Sığortası” müqaviləsi bağlanmışıdr. xx.xx.2010-cu il tarixdə X7 məxsus “X11-S” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X8 Bakı şəhəri, Bülbül küçəsində idarə edərkən X3 məxsus və Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “BMW-525” markalı, **-XN-*** dövlət qeydiyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 3(006)-1072/2010 saylı İnzibati Xəta haqqında qərarına əsasən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və İXM-nin 151.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı zərərçəkmiş-“X11-S” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. “xxxxxxxxx” MMC-nin təqdim etdiyi xx.xx.2010-cu il tarixli “ zərər aktı”na əsasən hadisə zamanı zərərçəkmiş “X11-S” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 7520(yeddi min beş yüz iyirmi) manat və əlavə olaraq “xxxxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi “Zərər aktı”na əsasən 460 (dörd yüz altmış” manat olmaqla cəmi 7980 manat məbləğində zərər vurulmuşdur. Hesablanmış sığorta ödənişi 7980 (yeddi min doqquz yüz səksən) manat zərərçəkən X7 ödənilmişdir. Sığorta ödənişi faktınını təsdiqi həm xx.xx.2010-cu il tarixli MCL-39/10 sığorta ödənişi aktında, həm də xx.xx.2010-cu il tarixli, 827 saylı ödəniş tapşırığında öz əksini tapmışdır. İddiaçı cavabdehin təqsirini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmışdir. Əvvəlki məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək, iddianı qismən qəbul etdiyini bildirsə də göstərilən məbləğlə razı olmadığını qeyd etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, aşağıdakılara görə iddiaqismən təmin edilməlidir. Belə ki, iş materiallarinda olan və məhkəmə iclasında tədqiq edilmiş: Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 3(006)- 1072/2020 saylı qərarından görünür ki, xx.xx.2010-cu il tarixdə X7 məxsus “X11-S” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X8 Bakı şəhəri, Bülbül küçəsində idarə edərkən X3 məxsus və Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “BMW-525” markalı, **-XN-*** dövlət qeydiyat nişanlı avtomaşınla toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. “xxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli “zərər aktı”na əsasən hadisə zamanı zərərçəkmiş “X11-S” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə cəmi 7520 (yeddi min beş yüz iyirmi) manat ziyan dəymişdir. “xxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi “qüsur aktı”na əsasən zəhmət haqqı üzrə 460 (dörd yüz altmış) manat məbləğində zərər dəymişdir. xx.xx.2018-ci il tarixli, ödəniş tapşırığının surətindən görünür ki, 7980 manat məbləğ “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən X6 ödənilmişdir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 1537/20/Mİ saylı, xx xxxxxxx 2020-ci il tarixli “X1 dair Hesabatdan görünür ki, “X11-S” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 5770 manat, tələb olunan iş üçün 460 manat olmaqla, cəmi 7520 (yeddi min beş yüz iyirmi) manat məbləğində ziyan dəymişdir. Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.2010-cu il tarixdə X7 məxsus “X11-S” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X8 Bakı şəhəri, Bülbül küçəsində idarə edərkən X3 məxsus və Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “BMW-525” markalı, **-XN-*** dövlət qeydiyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəsimi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 3(006)-1072/2010 saylı İnzibati Xəta haqqında qərarına əsasən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və İXM-nin 151.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “xxxxxxxxx” MMC-nin və “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş qüsur aktlarında və “xxxx” Consulting MMC tərəfindən verilmiş rəylərdə müxtəlif məbləğlərdə dəymiş zərər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, hadisəni doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında avtomobilin təmir xərcləri və tələb edilən iş xərci ilə bağlı dəymiş zərərin məbləği ilə bağlı bir neçə rəy və qüsur aktı mövcuddur. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli “X1 dair” Hesabatda və “xxxxxxxxx” MMC tərəfindən verilmiş rəydə göstərilən avtomobilə dəymiş zərər həm ehtiyat hissələri üçün, həm də tələb edilən iş üçün xərclərlə bağlı bir-biri ilə üst-üstə düşür. Lakin “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəydə tələb olunan iş üçün 460 manat xərc müəyyən edilmişdir. Həm “xxxxxxxxxxxxxxx” MMC, həm də “xxxxxxxxx” MMC tərəfindən verilmiş rəydə yekun dəymiş zərərin məbləği hesablanarkən avtomobilin ehtiyat hissələri və tələb edilən iş üçün ayrı-ayrılıqda qiymət müəyyən edilərkən iddiaçı yekun tələbdə iş üçün zəhmət haqqı kimi “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəyə istinad edərək əlavə 460 manat məbləğində pul tələb etmişdir. Halbuki hər iki rəydə yekun dəymiş zərər kimi müəyyən edilmiş 7520 manat məbləğə iş üçün pul (zəhmət haqqı) da daxildir. Bu mənada məhkəmə hesab edir ki, eyni işə görə cavabdehdən iki dəfə pul tutulması yolverilməzdir. Məhkəmə dəymiş 5770 manat məbləğində zərərlə razılaşsa da tələb olunan iş üçün zəhmət haqqı kimi tutulacaq məbləğlə bağlı qeyd edir ki, bu hissədə iş materiallarında olan “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəydə tələb olunan iş üçün 460 manat xərc müəyyən edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin rəyi məhkəmə daha real və işin mahiyyətinə uyğun hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən ehtiyat hissələr üçün 5770 manat, tələb edilən iş üçün 460 manat olmaqla, 6230 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə görə isə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası MPM-nin: 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat cavabdehə aid edilməlidir. Eyni zamanda, ekspertiza xərci olaraq 150 manat məbləğində pul iddiaçıdan tutularaq “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxx » ASC-nin xeyrinə Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi kimi 6230 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242- 244-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 6230 (altı min iki yüz otuz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6260 (altı min iki yüz altmış) manat məbləğində pul iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutulаrаq “xxxxxxxxxxxxxxx MMC”-nin bank hesabına (VÖEN ********** “xxxxxxxxxxxx” ASC Neftçilər filialı kod:507376 VÖEN:********** M/h AZ 27 NABZ ******************** SWİFT BİC JBBKAZ22 H/h: AZ82JBBK**********1147293A67) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar