Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-881/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər "xxxx" MTK-ya və X6 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İlkin iddia üzrə iddiaçı "xxxx" MTK Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MTK arasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilə dair 04 sentyabr 2012-ci il tarixdə bağlanmış 133 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94.5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinə dair X12 ilə "xxxx" MTK arasında 12 avqust 2009-cu il tarixdə 18 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda, həmin mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında 04 sentyabr 2012-ci il tarixdə 133 nömrəli müqavilə bağlanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X7 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X9 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinə dair X12 ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 nömrəli müqavilənin: etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X7 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X9 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qərardadına əsasən qarşılıqlı iddia üzrəı iddiaçı "xxxx" MTK-mn X9 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5729/2021 nömrəli 29 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə X7 "xxxx" MTK-ya qarşı iddia tələbinin qismən təmin olunaraq cavabdeh İddiaçı tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin iddiaçı X9 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru Elxan Məmmədovun 26 yanvar 2022-ci il tarixli qərarına əsasən icra sənədi tam icra olunduğundan (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsi), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsinin 6-cı səhifəsinin sonuncu abzasında və 7-ci səhifəsinin 1-ci abzasında qeyd olunur ki, “Kollegiya qeyd edir ki, "xxxx" MTK ilə X11 arasında bağlanmış 12 avqust 2009- cu il tarixli 18 nömrəli müqavilə etibarlı olduğundan və mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçiin əsaslar müəyyən edilmədiyindən, müstəqil tələb irəli siirən üçüncü şəxs Cavabdehlər X9 və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Bundan başqa kollegiya iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə 12 avqust 2009- cu il tarixli 18 nömrəli müqaviləyə uyğun olaraq, cavabdeh İddiaçı tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin iddiaçı X9 verilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından hazırkı iddia tələbi təmin edilə bilməz Göründüyü kimi eyni tərəflər arasında eyni mübahisə predmetinə dair olan mülki iş üzrə həmin məhkəmə kollegiyası X7 mənzilə dair müqavilənin etibarlı olması nəticəsinə gəlmiş və iddia tələbinin təmin edilməməsini isə heç də Cavabdeh iddia ərizəsində şərh etdiyi kimi deyil, sadəcə olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyuh 2020-ci il tarixli qətnaməsinin qüvvədə olması səbəbindən təmin edilməmişdir. Belə olan halda, məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilmiş qətnaməsi ilə X9 verilmiş Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilə dair Cavabdeh arasında bağlanmış 133 nömrəli 04 sentyabr 2012-ci il tarixli müqavilə ləğv edilməlidir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər "xxxx" MTK-ya və X6 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı "xxxx" MTK tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi və ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 m2 olan, iki otaqdan ibarət 156 saylı mənzilin (içərisindəki əşya və şəxslər çıxarılaraq) boşaldılması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qıznın həmin mənzilə köçürülərək mənzilin Cavabdeh təhvil verilməsini xahiş etmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbi həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı "xxxx" MTK tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi, "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən bütün əşya və şəxslərin çıxarılaraq boşaldılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın ilkin iddia üzrə tələbi əsassızdır. İlkin iddia üzrə iddiaçı "xxxx" MTK uydurma və hüquqi əsası olmayan halları qeyd etməklə iddiaçıya məxsus əmlakı ələ keçirmək istəyir. Belə ki, xx.xx.2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış massivi 13M ünvanında inşa edilmiş yaşayış binasının 3-cü girişi 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzil iddiaçı Cavabdeh satılmışdır. Əlavə edilən sənədlərdən də görünəcəkdir ki, Cavabdeh "xxxx" MTK-ya heç bir bocu yoxdur. Həmin sənədlərdən o da məlum olacaq ki, qeyd edilən ünvanda yerləşən 156 saylı mənzilə dair bütün kommunal xətlər Cavabdeh məxsus olmuşdur. Cavabdeh MTK qarşısında daima borcunu yerinə yetirmiş, hətta 2021-ci ilədək MTK qarşısında binanın saxlanılması ilə bağlı bütün xərcləri vaxtı-vaxtında ödəmişdir. Hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış massivi 13M ünvanında inşa edilmiş yaşayış binasının 3-cü girişinin 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzil, müvafiq müqavilə və qətnamələrlə sahib kimi tanınmış Cavabdeh mənzilin verilməsi ilə bağlı ilkin iddiaçının yaradığı süni manələr aradan qaldırılaraq mənzilin onun sərbəst istifadə və sahibliyinə verilməsi təmin edilməlidir.
İş materialları
4. xx.xx.2012-ci il tarixli, 133 nömrəli İddiaçı MTK-da yaşayış binasında mənzil tikintisi haqqında Müqavilənin surətindən görünür ki, icraçıİddiaçı MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, MTK-nın üzvləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əliyevin xx.xx.2012-ci il tarixli ərizəsinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin tövsiyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-ya ödənilməyən yaşayış və qeyri-yaşayış sahələrinin ləğvi hesabına zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir. X8 imzası ilə xx.xx.2009-cu il tarixli "xxxx" MTK saxta müqavilə əsasında Cavabdeh verilmiş 73.0 kv.m mənzil digər başqa bir mənzillə dəyəri ödənilmədən əvəzləşdirilmiş və icraçı İddiaçı MTK payçı Cavabdeh həmin binanın 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 156 saylı mənzili verməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2022-ci il tarixli, 24 nömrəli İddiaçı MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilənin surətindən görünür ki, icraçı İddiaçı MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, MTK-nın təsisçiləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında X3 adına olan 2 otaqlı, 94.9 kv.m, 156 saylı mənzil X3 ərizəsinə əsasən X5 adına keçirilmişdir.
6. Pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilənin ləğv edilməsi üçün 5 gün müddətində İddiaçı MTK-ya gəlməsi bildirilmişdir.
7. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehər X9 və İddiaçı MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V”, yaşayış massivi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilinə dair X11 ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 apellyasiya şikayəti təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il tarixli, 18 saylı müqaviləyə uyğun olaraq cavabdeh İddiaçı MTK tərəfindən 56000 manat dəyəri olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V”, yaşayış massivi 13 M saylı binada yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət təmirsiz mənzilin iddiaçı X9 verilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından həmin iddia tələbi təmin edilə bilməz. Eyni zamanda adıçəkilən qətnamədə X11 ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanması qənaətinə gəlinmişdir. Belə olan halda həmin müqavilənin qanuniliyinə və mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hallar müəyyən olunmur.
10. AR Ali Məhkəməsinin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini mübahisələndirilən, yəni üçüncü şəxs Cavabdeh iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 8(103)- 498/2021 saylı qərardadından görünür ki, Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli akta əsasən icra sənədi üzrə tələbin tam şəkildə təmin olunması və icra sənədinin icrasına xitam verilməsinin tələbkar X11 tərəfindən xahiş olunması əsası ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 2202/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir.
12. Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraatın təzələnməsi, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilin X9 təhvil verilməsi istiqamətində görülmüş bütün icra tədbirlərinin ləğv edilməsi, icra hərəkətlərinin ünvan 7 ünvanında yerləşən 56000 manat dəyərində olan, 94,5 m2 sahəsi olan iki otaqlı təmirsiz hər hansı (156 saylı mənzildən başqa) mənzilin X9 təhvil verilməsi istiqamətində həyata keçirilməsi qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi hazırki qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadını dəyişdirilmədən saxlamışdır.
14. Qərardadla müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı qətnaməsi ilə X9 həmin binada yerləşən və 156 saylı mənzillə ölçüləri və şəraiti eyni olan başqa bir mənzilin verilməsi qət edilmişdir. Lakin, həmin qətnamə üzrə verilmiş icra sənədi düzgün icra edilməmiş, 156 saylı mənzillə eyni binada yerləşən, eyni şəraitli mənzil yox, 156 saylı mənzil X9 təhvil verilmişdir. Üstəlik, icra işi materiallarında X7 156 saylı mənzillə bağlı idda tələbinin rədd edildiyini göstərən sənədlər olsa da, icra məmuru məhz həmin mənzili ona təhvil verərək icra sənədinin icrasına xitam vermişdir. Bu zaman o da nəzərə alınmamışdır ki, müvafiq icra sənədində təmirsiz mənzilin verilməsi qeyd edilmiş, lakin icra məmuru tərəfindən X9 156 saylı mənzil təmirli şəkildə verilmişdir.
15. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1188/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Əsgərov Anar Məsı̇ m oğlunun ünvan 8 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kvadrat metr olan, iki otaqdan ibarət 156 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, ünvan 8 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kvadrat metr olan, iki otaqdan ibarət 156 saylı mənzilin iddiaçı Cavabdeh qaytarılması və iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Əsgərov Anar Məsı̇ m oğlundan tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
16. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3459/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Əsgərov Anar Məsı̇ m oğlunun cavabdehlər "xxxx" MTK və Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin faktiki halları
17. İşdən göründüyü kimi, MTK ilə Cavabdeh və Anar Əsgərov arasında mübahisə obyekti olan 156 saylı mənzillə bağlı məhkəmə mübahisələri olmuş, işə baxan məhkəmələr 156 saylı mənzillə bağlı Cavabdeh hüquqlarını təsdiq etmişlər. ünvan 8 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 156 saylı mənzilin Cavabdeh aid olması müəyyən ediləndən sonra icra mərhələsində həmin mənzilin ona təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Mənzil "xxxx" MTK tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə ilə X1 görə yuxarıda qeyd edilən məhkəmə qətnamələrinin icrası mümkün olmamışdır. İlkin iddiaçı tələbini onunla əsaslandırır ki, tərəflər arasında əvvəl mövcud olmuş mübahisə üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MTK ilə Əsgərov Anar arsında bağlanmış 12 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İlkin iddiaçı qeyd edilmiş mövqeyə əsaslanaraq hesab edir ki, Əsgərov Anara verilmiş mənzilə dair Cavabdeh ilə bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilməlidir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırır ki, 156 saylı mənzilin məhkəmə qətnamələr ilə onlara aid olması müəyyən edilmiş, lakin buna baxmayaraq cavabdeh onlara məxsus olan mənzili yenidən üçüncü şəxsə satmaqla məhkəmə aktlarının icrasını mümkünsüz etmişdir.
Tərəflərin izahatları
18. İlkin iddia üzrə iddiaçı "xxxx" MTK-ya və qarşılıqlı iddia üzrə cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərini nəzərə alaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir.
19. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və öz izahatında qarşılıqlı iddia ərizəsini müdafiə edərək 156 saylı mənzilin Cavabdeh məxsus olmasını, bu halın məhkəmə qətnamələri ilə öz təsdiqini tapdığını bildirdi və ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin, prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı. Qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı.
Qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
Məhkəmənin mövqeyi
25. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı işə baxarkən məhkəmə tərəfindən mötəbərliyi yoxlanılan mübahisə obyekti olan 156 saylı mənzillə bağlı bağlanılan xx.xx.2012-ci il tarixli və xx.xx.2002-ci il tarixli müqavilələrdir.
26. Məhkəmə ilkin idda tələbinə münasibətdə qeyd edir ki, ilkin iddiaçı öz iddia tələbində Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də, müqavilənin ləğvi məsələlərini tənzimləyən yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri baxımından ilkin iddia yoxlanılarkən müəyyən edilir ki, müqavilənin ləğvi əsasları ümumiyyətlə mövcud deyildir. Belə ki, müqavilənin ləğvi ilə bağlı mülki qanunvericilik normalarına nəzər saldıqda görünür ki, müqavilənin ləğv edilməsi üçün əsas tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması halıdır. Lakin hazırki işdə belə bir əsas mövcud deyildir. Beləliklə, müəyyən edilir ki, ilkin iddia tələbi Mülki Məcəllənin 421 və 423-cü maddələrinin dispozisiya şərtlərinə cavab vermir. Məhkəmə, eyni zamanda hesab edir ki, MTK ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün də hər hansı bir əsas yoxdur. Ona görə ki, mübahisələndirilən müqavilə işə əvvəl baxan məhkəmələr tərəfindən etibarlı hesab edilmiş və məhkəmələr həmin müqaviləyə əsaslanmaqla 156 saylı mənzilin Cavabdeh məxsus olması nəticəsinə gəlmişlər. Bundan başqa, ilkin iddiaçının apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə X11 arasında bağlanılmış 12 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair Cavabdeh iddiasının rədd edildiyi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarı instansiya məhkəməsi həmin qətnamə ilə 156 saylı mənzilin Cavabdeh məxsus olmaması nəticəsinə gəlməmişdir. Məsələnin mahiyyəti ondan ibarət olmuşdur ki, Əsgərov Anara 156 saylı mənzil yox, digər təmirsiz mənzil verilməlidir.
27. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslıdır. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən də göründüyü kimi, Cavabdeh xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 156 saylı mənzilin qanuni sahibi kimi tanınmışdır. Bir sözlə, məhkəmələr tərəfindən Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilmiş və 156 saylı mənzilin Cavabdeh məxsus olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh məxsus olan 156 saylı mənzilə münasibətdə "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Çünki, Q.Babyevaya məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanunazidddir. Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunduğu kimi, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən bütün əşya və şəxslərin çıxarılaraq boşaldılması və mənzilin ona təhvil verilməsi barədə hissəsində qismən əsaslıdır.
29. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbində ona məxsus 156 saylı mənzildən bütün əşya və şəxslərin çıxarılaraq boşaldılmasını tələb etsə də, lakin tələb bu hissədə qeyri-müəyyən şəxslərə qarşı irəli sürülmüşdür. Bununla belə, iş materialları ilə və qarşılıqlı iddiaçı tərəfin izahatı ilə müəyyən olunur ki, Cavabdeh məxsus 156 saylı mənzilin "xxxx" MTK tərəfindən X2 barədə müqavilə imzalanandan sonra sonuncu həmin mənzilə yerləşmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X5 156 saylı mənzildə qalması üçün hüquqi əsaslar yoxdur. Bu baxımdan məhkəmə həmin etibarsız müqavilənin doğurduğu hüquqi nəticələrinin də etibarsızlığını nəzərə alaraq hesab edir ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X10 ona məxsus əşyalarla birlikdə çıxarılmalı, Cavabdeh ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülməli və həmin mənzil ona təhvil verilməlidir.
Məhkəmə xərcləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. İlkin iddia tələbi təmin edilmədiyindən ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilməli və qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia tələbinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-dan tutularaq Cavabdeh ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
33. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddası təmin edilməməli, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər "xxxx" MTK-nə və X6 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilməli, "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilməli, ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X10 ona məxsus əşyalarla birlikdə çıxarılmalı, Cavabdeh ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülməli və həmin mənzil ona təhvil verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli və qarşılıqlı iddia tələbinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-dan tutularaq Cavabdeh ödənilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İlkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddası təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər "xxxx" MTK-nə və X6 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilsin. ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X10 ona məxsus əşyalarla birlikdə çıxarılsın. Cavabdeh ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülsün və həmin mənzil ona təhvil verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-dan tutularaq Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.