Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-887/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “nənə və babadan nəvələrin saxlanılması üçün alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və mediasiya şurasına ödənilmiş 50 manat məbləğin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, İddiaçı X9 ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. Onların əvvələr münasibətləri normal olsa da, sonradan münasibətləri tam pozulmuş və aralarında olan nikaha Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə xitam verilmiş və övladları X11 və X13 iddiaçının yanında saxlanılmışdır. Cavabdehlər X12 və Cavabdeh2 xx.xx.2010-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 nənə və babasıdır. Hal-hazırda nəvənin aşağıdakı səbəblərdən maddi yardıma ehtiyacı vardır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1482/2012 saylı qətnaməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-(010)-3904/2013 saylı qətnaməsi ilə uşaqların atası X2 iki yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment tutulması qət edilmişdir. Lakin uşaqların atası X9 məhkəmə qərarları çıxarılan tarixdən bu günədək uşaqlara aliment ödəmir, o, əvvəl Rusiya Federasiyasına getmiş, hal-hazırda isə Belçikada yaşayır və işləyir. O, hər dəfə öz valideynlərinə pul göndərir, lakin azyaşlı övladlarına heç bir maddi yardım etmir. Bununla bağlı dəfələrlə Baş İcra İdarəsinə müraciət edilmiş və Xaçmaz rayon İcra şöbəsi xx.xx.2014-cü il tarixdən borclu X9 barəsində axtarış elan etmiş və 2724/13 saylı məktubla axtarış elan edilməsi haqqında qərarı Xaçmaz rayon polis şöbəsinə göndərilmişdir. Buna baxmayaraq borclu tapılmamış və alimenti ödəməmişdir. Hazırkı dövrədək iki azyaşlı övladlarına iddiaçı baxmış, lakin artıq iqtisadi çətinlik və uşaqların böyüməsi onun maddi vəziyyətini daha da çətinləşdirmişdir. İddiaçı qeyd olunan səbəblərdən nənə və babadan uşaqların saxlanılması üçün aliment tələb etməsi məcburiyyətində qalmışdır. Cavabdeh nənə və baba isə zəruri vəsaitə malikdirlər və onların nəvələrini saxlamaq imkanları vardır. Lakin onlar bu vəzifəni könüllü olaraq yerinə yetirmək arzusunda deyillər. Belə ki, həmin şəxslər pensiya alır, kənd təsərrüfatı ilə məşğul olurlar və xaricdə yaşayan oğlu X9 (uşaqların atası) hər ay onlara kifayət qədər pul vəsaiti göndərir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-3904/2013 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı aliment tələbinə dair iddiası qismən təmin olunaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay, hər bir uşağa görə 93 (doxsan üç) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(067)-1482/2012 saylı məhkəmə əmrinə əsasən X10 iki uşağın saxlanılması üçün alimentin tutulmasına dair ərizəsi 11 yanvar 1978-ci ildə Dəvəçi rayonunun Xəlifələr kəndində anadan olan və Xaçmaz şəhəri, Təbriz küçəsi 22 saylı evdə yaşayan X2 21 iyun 2010-cu ildə anadan olmuş Ceyran və 20 iyul 2012-ci ildə anadan olmuş Əminə adlı iki uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment 10 sentyabr 2012-ci il tarixdən başlayaraq tutulmaqla Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi. «D» yaşayış sahəsi ev 24, mənzil 68-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X10 xeyrinə verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı X14 mediasiya şurasında xx.xx.2022-ci il tarixdə təyin olunmuş iclasda iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu ildə doğulmuşdur, anası X14 və atası X6r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci ildə doğulmuşdur, anası X14 və atası X6r. İşə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X14 arasında nikah xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 1 saylı Quba-xaçmaz Regional Filialı tərəfindən X7 verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ona həqiqətən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 1 saylı Quba-Xaçmaz Regional filialından yaşa görə xx.xx.2006-cı il tarixdən müddətsiz əmək pensiyası təyin olunmuşdur. Halhazırda X12 aylıq 285,28 manat əmək pensiyası alır. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, 5 saylı Xaçmaz ərazi İdarəsi üzrə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olubolmaması ilə bağlı 02 fevral 2023-ci il tarixli ********** qeydiyyat nömrəli sorğusuna 5 saylı Xaçmaz ərazi İdarəsində baxılmış və bildirilmişdir ki, 5 saylı Xaçmaz ərazi İdarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestri tərəfindən X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, 5 saylı Xaçmaz ərazi İdarəsi üzrə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olub-olmaması ilə bağlı 02 fevral 2023-ci il tarixli ********** qeydiyyat nömrəli sorğusuna 5 saylı Xaçmaz ərazi İdarəsində baxılmış və bildirilmişdir ki, 5 saylı Xaçmaz ərazi İdarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, Seyidova.Z: Venoz sistem: Sol dizaltı venanın divarları qalınlaşıb, mənfəzi həmcins deyil, kifayyət qədər dolğun, lakin fraqmentar rənglənir (posttromboflebitik vəziyyət!). Keçiricilik müvafiq olaraq ~76-78% təşkil edir. Digər dərin venaların keçiriciliyi pozulmayıb. Qan axını tənəffüslə əlaqəlidir. Valsalva sınağı sağ SFS və hər iki SPS-lərdə mənfi, sol SFS-də isə müsbətdir (erkən və davamiyyətli reflüks!). Sol BDV əsas şaxəsi lokasiya edilmir. Lakin, budun orta 1/3 hissəsində genişlənmiş ( d=5,8-6,9mm), qıvrılmış , baldırın aşağı 1/3-nə qədər uzanılmış əlavə şaxə izlənir (çox güman ikilüləli BDV-nın götürülməmiş qolu, residiv!). Sonuncuda patoloji reflüks aşkarlanır. Sağ baldırın aşağı 1/3-də mənfəzləri fraqmentar rənglənən şaxələr izlənir (postflebitik vəziyyəıt!). Sağ BDV (d=5,3-5,5mm) damarın gedişi boyu və hər iki KDV ( d=4,9- 5,2 mm), lokal olaraq, baldırın yuxarı/orta 1/3-də özləri və şaxələri bir qədər genişləniblər, qıvrılmış şəkildədirlər. Venaların divarları qalınlaşıb, mənfəzləri sərbəstdir. Qapaqların funksiyası pozulmayıb. Sol Kokket 2, 1 zonalarında genişlənmiş perforantlar lokasiya edilir, kompression sınaqlar müsbətdir. Digər seqmentlərdə perforantlar intaktdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, Seyidova.Z: Venoz sistem:Sağ ümumi bud venanın divarları qalınlaşıb, mənfəzi rənglənmir, daxildə an-, hipoexogen struktur (tromb kütləsi!) aşkarlanır. Flotasiya əlamətləri izlənmir. Digər dərin venaların keçiriciliyi pozulmayıb. Qan axını tənəffüslə əlaqəlidir. Valsalva sınağı hər iki SFS və SPS-lərdə mənfidir. Sol BDV əsas şaxəsi lokasiya edilmir. Lakin, baldır hissədə zəif qıvrılməş şaxələr qeyd edilir. Sonuncuda patoloji refliiks aşkarlanmır. Digər səthi venalar intaktdırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, azyaşlı uşaqların öz valideynlərindən maddi yardım almaq imkanı olduğundan, onların saxlanılması üçün alimentin tutulması ilə bağlı olaraq məhkəmə qətnaməsi mövcud olduğundan, cavabdehlərin zəruri vəsaitə malik olması ilə bağlı olaraq sübut təqdim olunmadığından cavabdehlərdən alimentin tələb olunması əsassızdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “nənə və babadan nəvələrin saxlanılması üçün alimentin tutulması” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “nənə və babadan nəvələrin saxlanılması üçün alimentin tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-887/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-887/2023
03.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver