Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-897/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar və nigahları Xəzər rayon qeydiyyat şöbəsində 1315-ci nömrə ilə qeyd edilmişdir. Birgə nikah dövründə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişlər. Onların nikahları Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2093/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixində Xəzər rayon qeydiyat şöbəsində 1315-ci nömrə ilə qeyd edilmiş nikahlarının pozulması və birgə nigahdan dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun yanında saxlanılması müəyyən edilmişdir. Cavabdeh faktiki ayrıldıqdan sonra uşaqların saxlanması üçün heç bir maddi dəstək göstərməmiş, nə maddi, nə də mənəvi olaraq uşaqların saxlanmasında köməklik etməmiş, uşaqlarla maraqlanmamışdır. İddiaçı uşaqlara təkbaşına baxdığını, iki uşağın tələbatını ödəməyin çox çətin olduğunu və iddiaçının maddi dəstək olmağa imkanı olduğunu qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiаçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiаçı İddiaçı Cavabdeh ilə xx.xx.2011ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı iki övladları olmuşdur. Hazırda övladları atanın himayəsindədirlər. İddiaçının rəsmi olaraq iş yerinin olmadığını və onun taksi xidməti ilə məşğul olduğundan gəlirinin qeyri-müntəzəm olduğunu və cavabdehin isə maddi imkanının olmasını bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bilirmişdir ki, onunla iddiaçı arasında nikah 2020-ci ildə pozulmuş və övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 atasının himayəsinə verilmişdir. Nikah pozulduqdan sonra 5 il ərzində heç bir problem yaranmamış, lakin iddiaçı evləndikdən sonra nədənsə problemlər yaranmışdır. O, nikah pozulduqdan sonra 2023-cü ildə başqa bir şəxslə ikinci dəfə rəsmi olaraq nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2024-cü il tarixdə bir övladları doğulmuşdur və həmin uşaq hazırda onun himayəsindədir. O hazırda himayəsində iki aylıq körpə uşaq olduğundan işləyə bilmədiyini və bu səbəbdən aliment vermək iqtidarında olmadığını qeyd edərək iddia tələbini qəbul etmədiyini və ərizənin təmin olunmamasını xahiş etmişdir.
İş materialları.
5. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2024-cü il tarixində saat 10:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və poçt xərci olaraq 10 manat ödəmişdir.
6. Bakı şəhər Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə doğulmuş, atası İddiaçı və anası X5r.
7. Bakı şəhər Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə doğulmuş, atası İddiaçı və anası X5r.
8. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiаçı İddiaçının cavabdeh X7 arasında nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 367 № ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli 2(010)-2093/2020 nömrəli qətnaməsi ilə iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 1315 nömrəli nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 cavabdeh–ataları İddiaçı yanında saxlanması qət edilmişdir.
İşin faktiki halları.
10. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Hazırda iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə yenidən nikaha daxil olduğunu və birgə nikahdan iki aylıq körpə övladının olduğunu və işləyə bilmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
13.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.
"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. körpə - bir yaşınadək uşaq; Maddə 3. Uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri 3.0.5. uşaqların ana südü ilə qidalanmasının müdafiəsi məqsədi ilə analara maddi, hüquqi, tibbi-sosial təminat verilməsi.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları
1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir.
19. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdeh isə uşaqların saxlanılması üçün iddiaçının tələb etdiyi məbləği qəbul etmədiyini, himayəsində körpə uşağı olduğunu və iddianın təmin olunmamasını bildirmişdir.
20. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh 2023-cü ildə başqa bir şəxslə ikinci dəfə rəsmi olaraq nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2024-cü il tarixdə bir övladları doğulmuşdur və həmin uşaq hazırda cavabdehin himayəsindədir. Cavabdehin başqa nikahdan yenicə doğulmuş övladı hazırda 2 aylıqdır. Onun qidalanması, geyimi, yuxu rejiminin təmin olunması və s. kimi hərəkətlərin edilməsi daha çox ana tərəfindən edilir və beləliklə də uşaq anaya daha çox bağlıdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin himayəsində olan uşaq körpədir, onun ana südü ilə qidalanıb-qidalanmaması halı da məhkəməyə məlum deyildir. Həmçinin uşağın hazırda danışması və özünü ifadə etməsi də qeyri-mümkündür. Bu halda uşağa bilavasitə qulluq edən cavabdehin işləməsi, gəlir əldə etməsi və birinci nikahdan olan övladlarının saxlanılması üçün hal-hazırda aliment ödəməsi qeyri-mümkündür.
21. Məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin işləməsi və zəruri vəsaitə malik olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Cavabdeh hazırda körpə uşağa bilavasitə qulluq edir, onun qidalanması və gündəlik rejimi ilə məşğuldur. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcu olsa da, cavabdehin hazırkı halda aliment ödənilməsi ilə bağlı körpə uşağın mənafeyinə zidd olaraq işləməyə və yaxud gəlir əldə etməyə məcbur edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd olunmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsi təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova