Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-906/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatanadək cavadehdən hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx xxxxxxxx 2003-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş və həmin tarixdə də onun valideynlərinə məxsus ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan üç uşaqları vardır: X3, X7 və X5. 2020-ci ilin yanvar ayının 4-də Bakı şəhərində onu maşın vurmuş və hadisədən sonra o, həmin ilin aprel ayının 13-nə kimi stosionar qaydada “Semaşko” Xəstəxanasında müalicə almışdır. Xəstəxanadan buraxıldıqdan sonra evə qayıtmış və səhhəti ağır olduğu üçün və kənar qulluğa ehtiyacı olduğundan 2020-ci ilin iyun ayının 25də o, yaşadığı Bakı şəhərindən anasının yaşadığı Xaçmaz rayonu Yalama kəndinə qayıtmışdır. Xaçmaz rayonuna qayıdarkən hər üç uşağı da özü ilə gətirmişdir. O vaxtdan da o, uşaqları ilə birlikdə anasının yanında yaşayır. Cavabdeh uşaqların saxlanması üçun ona heç bir maddi yardım göstərmir. Uşaqları ilə birlikdə anasının aldığı maaşla dolanırlar. Maddi vəziyyətləri olduqca ağırdır. Cavabdeh Bakı şəhərində yerləşən “xxxx” MMC-də elektrik vəzifəsində işləyir və onun aylıq əmək haqqı 650 manat təşkil edir. İddiaçı himayəsində azyaşlı uşaqların olmasını və xəstəliyini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, iddiaçını xx xxxxxx 2020-ci ildə, saat 18 radələrində işdən evə gələn zaman maşın vurmuş və o, xəsarətlər alaraq xəstəxanada yatmışdır. Onun müalicəsinə pul lazım olduğu üçün Unibankdan 5000 manat məbləğində kreditə pul götürmüş və ayda 341 manat banka kredit ödəyir. İddiaçı özü isə rayonda biraz müalicə olunub qayıdacağını bildirmişdir. Hazırda o, “xxxx” MMC-də işləməklə 655 manat maaş alır. Həmin puldan kredit ödəyir və hər ay 150-200 manat iddiaçıya yeyib-içmək göndərir. O, uşaqlarına aliment verməkdən yayınmır, sadəcə olaraq uşaqlardan ikisi, oğulları hazırda onun yanındadırlar. Qızları isə rayonda anası ilə birlikdə yaşayır. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın qismən, 100 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında xx xxxxxxxx 2004-cü il təvəllüdlü X3 bildirdi ki, hazırda Suraxanı rayonu 65 №-li tam orta məktəbdə 11-ci sinifdə təhsil alır. Hazırda anası ilə birlikdə Xaçmaz rayonunda yaşayır və 1 həftəliyinə müvəqqəti olaraq atasının yanına gəlmişdir. Artıq 1-2 günə isə yenidən anasının yanına qayıdacaqdır. Bundan əlavə, oxuduğu məktəbdə dərslər distant formada keçirildiyi üçün Bakıda yaşamağına zərurət yoxdur. Məhkəmə iclasında xx xxxxxxx 2005-ci il təvəllüdlü X6 bildirdi ki, Xaçmaz rayonu Yalama kəndində yerləşən məktəbdə 10-cu sinifdə təhsil alır. Hazırda müvəqqəti olaraq atasının yanına gəlmişdir və 1-2 günə qardaşı ilə birlikdə yenidən anasının yanına qayıdacaqdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu Yalama inzibati ərazi vahidliyi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 030493 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 arasında xx xxxxxxxx 2003-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin sentyabr ayının 15-ci günündə 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədkərimov, arvada Məmmədkərimova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 528932 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2004-cü ilin sentyabr ayının 11-ci günündə 1987 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 703765 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2005-ci ilin noyabr ayının 26-cı günündə 2258 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 286366 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin iyun ayının 17-ci günündə 1929 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından xx xxxxxxxx 2004-cü il təvəllüdlü X3, xx xxxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxx 2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Hal-hazırda iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Lakin cavabdeh övladlarına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa bocludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: (76.1.3) 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən “xxxx” MMC-də xx.xx.2019cu il tarixindən çilingər-elektrik işində çalışır və onun ştat cədvəli üzrə əmək haqqısı 655 manat təşkil edir. Məhkəmə hesab edir ki, Cavabdeh (X4) xx xxxxxxxx 2004-cü il təvəllüdlü X3, xx xxxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx xxxxxx 2020-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2004-cü il təvəllüdlü X3, xx xxxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2004-cü il təvəllüdlü X3, xx xxxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması müddəti xx xxxxxx 2020-ci il tarixdən müəyyən edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-906/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-906/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver