Məhkəmə qərarları › İş №2(010)-948/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-948/2022

14.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-948/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X9 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən cavabdehdən 10 yanvar 2011-ci il təvəllüdlü X11 və 09 aprel 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 30 iyul 2018-ci ildə rəsmi nikah bağlamışdır. Cavabdehlə birgə nikahından 10.01.2011-ci il təvəllüdlü X11 və 09.04.2018-ci il təvəllüdlü X10 anadan olmuşdur. Bu günə kimi cavabdeh uşaqlarla maraqlanmamış və uşaqların saxlanılmasında heç bir köməklik göstərməmişdir. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinni dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən Abşeron Rayon Məhkəməsinin 2(012)-908/2013 saylı qətnaməsi ilə 10 yanvar 2011-ci il təvəllüdlü X2 görə təyin edilmiş sabit pul məbləğində 93 manat alimentin miqdarının artırılaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə ilk dəfə 2009-cu ildə nikaha daxil olmuş, bu nikahdan 2011-ci ildə bir oğlu doğulmuşdur. Sonradan həmin nikah pozulmuşdur. Bu zaman cavabdehdən uşağın saxlanılması üçün 93 manat sabit pul məbləğində aliment tutulması da qət edilmişdir. Lakin sonradan onlar barışmışlar və 2018-ci ildə yenidən nikaha daxil olmuşlar. Bu nikahdan isə 2018-ci ildə bir qızı doğulmuşdur. Həmin nikah hazırda pozulmasa da onlar faktiki olaraq doqquz aydır ki, ayrı yaşayırlar. Belə ki, o, uşaqları ilə birlikdə kirayədə qalır və ayda 250 manat kirayə haqqı ödəyir. Cavabdeh isə uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Halbuki, o, Bakıxanov qəsəbəsində maşın təmiri sexində işləyir və uşaqlar üçün aliment ödəyə bilər. Cavabdehin əksinə, o isə heç bir yerdə işləmir, çünki kiçik qızı hələ üç yaşındadır və onu evdə qoyub çıxa bilmir. Cavabdehlə ayrı olduğu müddətdə uşaqlara baxmağa öz ailəsi dəstək olsa da cavabdehin də aliment ödəməsi zəruridir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, hər uşağa görə ayda 120 manat aliment ödəyə bilər. Belə ki, iddiaçı kimi o da kirayədə qalır və ayda 200 manat kirayə haqqı ödəyir. Qazancı isə qeyri-sabitdir. Yəni, iş olanda gəliri olur, olmayanda isə yox. Orta hesabla günlük gəliri 15-20 manat təşkil edir. Belə bir vəziyyətdə cavabdehin ondan tələb etdiyi alimenti ödəyə bilməz. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.07.2018-ci il tarixli, AZ-İİ seriyalı, 285975 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 30.07.2018-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həmzəyeva soyadı verilmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 13.10.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 970874 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X11 (atası Cavabdeh, anası İddiaçı) 10.01.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03.05.2011ci il tarixdə 747 nömrə ilə qeyd edilmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.08.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 154435 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 (atası Cavabdeh, anası İddiaçı) 09.04.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.08.2018ci il tarixdə 4727 nömrə ilə qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(012)-205/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 iyun 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 494 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 10 yanvar 2011-ci il tarixdə anadan olmuş X6 anası İddiaçı himayəsində saxlanması, Cavabdeh 10 yanvar 2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 93 manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikahdan 10.01.2011-ci il təvəllüdlü X11 və 09.04.2018-ci il təvəllüdlü X10 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 10.01.2011-ci il təvəllüdlü X3 üçün Cavabdeh hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Digər uşağın saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəmə qətnaməsi isə yoxdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.01.2011-ci il təvəllüdlü X3 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsini, eyni zamanda 09.04.2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək, uşaqların saxlanılması üçün hər birinə görə 120 manat aliment ödəməyə maddi imkanı olduğunu bildirmişdir. Göründüyü kimi, iddia tələbi uşaqların birinə münasibətdə alimentin miqdarının artırılması, digərinə münasibətdə isə aliment tutulması ilə bağlıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, uşaqların saxlanılmasını təmin etmək hər iki valideynin borcudur. Həmçinin, o da nəzərə alınmalıdır ki, birgə nikahdan doğulmuş uşaqlar daimi olaraq ananın yanında qaldıqlarından uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə 09.04.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəlir. Eyni əsasla, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(012)-205/2013 saylı qətnaməsi ilə 10.01.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq, 175 manat məbləğində müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, 09.04.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment tutulmasına hazırkı iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan başlanmalı, 10.01.2011-ci il təvəllüdlü X8 münasibətdə artırılan alimentin tutulmasına isə bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarı). Yekunda, məhkəmə qeyd edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hakim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 09.04.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu 18.01.2022-ci il tarixdən hesablanmaqla, hər ay 175 sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, qətnamə bu hissədə dərhal icra edilməli, 10.01.2011-ci il təvəllüdlü X6 yektinlik yaşına çatana qədər saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(012)-205/2013 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilməli, bu hissədə alimentin tutulmasına bu qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа qismən təmin edilsin. Cavabdeh 09.04.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 10.01.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(012)-205/2013 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.03.2022-ci il tarixli, 2(010)-948/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə 09.04.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment hissəsində dərhal icra edilsin. Abşeron Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(012)-205/2013 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar