Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-95/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X23 Qasımovun sədrliyi, İsa Sabir oğlu Maqsudovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və vəkili X19 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı aliment üzrə yaranmış borcların ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X6 qarşı aliment üzrə yaranmış borcların ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh Hikmət oğluna qarşı aliment üzrə yaranmış borcların ödənilməsi tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(010)-412/2018 saylı qətnaməsinə əsasən ona ödənilməli olan lakin ödənilməyən 9200 manat aliment məbləğinin cavabdeh X3 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-412/2018 nömrəli qətnaməsinə əsasən ona ödənilməli olan lakin ödənilməyən 8773 (səkkiz min yeddi yüz yetmiş üç) manat aliment məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(010)-412/2018 nömrəli qətnaməsi ilə xx xxxx 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulması və tutmanın xx xxxxxx 2018-ci ildən hesablanması qət edilmişdir. Bundan sonra Cavabdeh ona və X12 qarşı “aliment məbləğinin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2193/2018 nömrəli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-412/2018 nömrəli iş üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarlarının dəyişdirilməsi, xx.xx.2014cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi, qeyd olunan aliment məbləğlərinin hesablanması və ödənilməsi həmin qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-7304/19 nömrəli qərarı ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-412/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq ona verilməsi, aliment məbləğinin hesablanması və ödənilməsinin qərar qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli qərarı həmin tarixdən qüvvəyə mindiyindən Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması xx xxxxxx 2019-cu il tarixədək davam etməli idi. Lakin onun tərəfindən alimentin məbləğinin azaldılmasına dair qətnamədən apelyasiya şikayəti verilməsinə baxmayaraq mülki iş üzrə qəbul olunmuş qətnamə icraya yönəldilmiş və bununla da qeyd olunan qətnamə qanuni qüvvəyə minməli olmasına baxmayaraq 2018-ci ilin avqust ayından başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulması başlanmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, cavabdehin xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər ümumi gəlirinin həcmi 118 826 manat təşkil etmişdir. Yəni həmin məbləğin dördə bir hissəsi, yəni 29 706 manat hissəsi ona aliment qismində ödənilməli idi. Lakin xx xxxxxx 2019-cu ilə qədər ona 20 933 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona ödənilməli olan 8 773 manat aliment məbləği isə ödənilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat vermiş Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razılaşmayaraq izahatında bildirdi ki, aliment ödənişləri hər dəfə və vaxtı-vaxtında aparılmışdı. O, alimentin azaldılması barədə idida tələbi ilə müraciət etmiş və tələbi əsaslı olduğuna təmin edilmişdir. Bundan sonra həmin iş üzrə cavabdeh olmuş İddiaçı oğlu tərəfindən apellyasiya verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamənin icraya yönəldilməsindən xəbəri olmamış, çünki aliment ödənişləri işlədiyi müəssisənin mühasibatlığı tərəfindən tələbkarın hesabına edilmişdir. Belə olan halda ondan artıq aparılmış ödənişlərə görə cavabdehlik daşımamalıdır. Məhkəmə iclasında cavabdehin vəkili X22 Cavabdehnın izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh İddiaçı oğluna qarşı “aliment məbləğinin azaldılması tələbi” barədə iddia ərizəsinə dair 2(010)-2193/2018 saylı mülki işin materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx xxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxx 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin )1/6 hissəsində aliment tutulması qət edilmişdir. Həmin mülki işin materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2 (103)-6427/2019 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilərək X4 cavabdeh İddiaçı qarşı aliment məbləğinin azaldılması barədə tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7304/l9 nömrəli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qeyd olunan qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməklə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-412/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanması üçün müəyyən edilmiş aliment məbləği dəyişdirilməklə, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlamnası üçün Cavabdeh hər ay qazancınm (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi, aliment məbləğinin hesablanması və ödənilməsinin qərar qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qərara alınmışdır. Həmin mülki işin materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi əsasında xx xxxxxx 2018-ci il tarixdə verilmiş icra vərəqəsi həmin tarixdə icraya yönəldilərək həmin tarixdə Bakı şəhəri Suraxanı rayon icra və probasiya şəbəsinə göndərilmişdir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən təqdim olunmuş “X20 Company Limited” şirkətinin əmək haqqı və tutulmalar üzrə tərtib etdiyi maliyyə arayışı məlumatları nəzərə alınmaqla təyin olunaraq keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/5016 saylı rəyindən görünür ki, cavabdeh X5 Suraxanı rayon Məhkəməsinin 2(010)-2193/2018 saylı mülki iş üzrə verilmiş xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsi əsasında xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər İddiaçı xeyrinə cəmi 15839,01 manat aliment tutulmuşdur. Eyni zamanda tədqiqatla xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsi əsasında tutulmalar onun qazancı və gəlirlərinin 1/4 hissəsindən aparıldığı halda xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər cəmi məbləğin 19092,52 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə də, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(010)-412/2018 nömrəli qətnaməsi ilə xx xxxx 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulması və tutmanın xx xxxxxx 2018-ci ildən hesablanması qət edilmişdir. Cavabdeh X2 Qönçə Şərif qızı və hazırda iddiaçı olan İddiaçı qarşı “aliment məbləğinin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2193/2018 nömrəli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-412/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarlarının dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi, qeyd olunan aliment məbləğlərinin hesablanması və ödənilməsi həmin qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-7304/19 nömrəli qərarı ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-412/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq ona verilməsi, aliment məbləğinin hesablanması və ödənilməsinin qərar qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qərara alınmışdır. Eyni ilə müəyyən olunmuşdur ki, 2(010)-2193/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-412/2018 nömrəli iş üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarlarının dəyişdirilməsi barədə qətnamə qəbul edildikdən sonra həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq qeyd olunan qətnamə icraya yönəldilmiş və xx.xx.2014cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Əksəriyyət Cəlilovun qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması qətnamənin icra edilməsinə 2018-ci ilin avqust ayından başlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.2.-ci maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. İşin müəyyən olunmuş hallarını nəzərə alaraq və qanunvericilik aktı normasına əsaslanaraq məhkəmə qeyd edir ki, 2(010)-2193/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-412/2018 nömrəli iş üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarlarının dəyişdirilməsi və bu dəyişdirilmələrin qeyd olunan qətnamənin qanuni qüvvəyə mindikdən sonra hesablanmalı idi. Lakin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti veriməsinə baxmayaraq qətnamənin icraya yönəldilməsi nəticəsində X3 qazancının (başqa gəlirlərinin )1/6 hissəsində alimentin tututlması bu cür dəyişilikləri müəyyən edən məhkəmə qərarının qüvvəyə mindiyi vaxtdan deyil, 2018-ci ilin avqust ayından həyata keçirilmişdir. Bu isə ona dəlalət edir ki, həmin dövr üçün (2018-ci ilin avqust ayından xx xxxxxx 2019-cu il tarixinə kimi) xx.xx.2014-cü il təvəllüdlü X1 üçün ödənilməmiş alimentin tələb olunması barədə İddiaçı tələbi əsaslıdır. Bununla belə iddia tələbini qismən əsaslı hesab edərək məhkəmə qeyd edir ki, iddiaçı xx xxxxx 2018-ci il tarixli 2(010)-412/2018 saylı qətnaməsi ilə ona ödənilməli olan aliment məbləğinin 8773 manat təşkil edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qərardadı ilə isə təyin olunmuş mühasibatlıq ekspertizası cavabdeh X5 Suraxanı rayon Məhkəməsinin 2(010)-2193/2018 saylı mülki iş üzrə verilmiş xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsi əsasında xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər İddiaçı xeyrinə cəmi 15839,01 manat aliment tutulması və eyni zamanda xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsi əsasında tutulmalar borclu X4 qazancı və gəlirlərinin 1/4 hissəsindən aparıldığı halda xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər cəmi məbləğin 19092,52 manat təşkil edilməsi barədə rəy verildiyindən məhkəmə həmin rəyin nəticələrini mötəbər sübut kimi qəbul edir. Bu halda məhkəmə bu nəticəyə gəlir ki, X4 qazancı və gəlirlərinin 1/4 hissəsindən aparıldığı halda xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər cəmi hesablanmalı olan 19092,52 manat məbləğindən həmin dövr üçün sonuncunun qazancı və gəlirlərinin 1/6 hissəsi hesabı ilə tutulmuş 15839,01 manat çıxmaq yolu ilə müəyyən olunmalıdır. (19092,52- 15839,01=3253,51). Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və X3 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-412/2018 saylı qətnaməsinə əsasən aliment ödənişləri olan lakin ödənilməyən 3253,51 (üç min iki yüz əlli üç manat əlli bir qəpik) alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh 3253,51 (üç min iki yüz əlli üç manat əlli bir qəpik) alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-95/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-95/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver