Məhkəmə qərarları › İş №2(010)-994/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-994/2022

15.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-994/2022 15.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad olunma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından doğulmuş 06.08.2007-ci il təvəllüdlü X2 üçün anası Cavabdeh hər ay ödənilməli 200 manat sabit pul məbləğində alimentin tutulub, atası İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23.02.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddianın dəyişdirilməsinə dair” məhkəməyə ərizə verərək Suraxanı rayon məhkəməsinin 2018-ci ilin oktyabr ayında qət edilmiş və hazırda qüvvədə olan qətnaməsi ilə İddiaçı ilə Mustafayeva (Kərimova) Nuranə İlqar qızının birgə rəsmi nikahından 12.11.2013-cü ildə anadan olmuş X1 üçün İddiaçı Cavabdeh xeyrinə, bir uşağa görə ödənilən 154 manat sabit pul məbləğində alimentin tutulmasına dair öhdəliyindən İddiaçı azad olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, cavabdeh Mustafayeva (Kərimova) Nuranə İlqar qızı ilə rəsmi olaraq nikaha daxil olmuş və birgə nikahdan 06.08.2007-ci il təvəllüdlü X7 və 12.11.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə xeyli müddət qarşılıqlı anlaşma şəraitində yaşamış, sonradan ailə - məişət zəminindəki anlaşılmazlıq səbəbindən münasibətlərində soyuqluq yaranıb və 2018-cı ilin oktyabr ayında Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı uşaqların ananın yanında saxlanması və hər bir uşağa ayda 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Suraxanı rayon məhkəməsinin hazırda qüvvədə olan qətnaməsi ilə azyaşlı uşaqların saxlanması üçün aylıq 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimenti hər ay vaxtında ödəmişdir. Nikahları pozulandan sonra, cavabdeh atasının yaşadığı ünvana köçmüş, bir müddət sonra oğlu İlkin onunla (iddiaçı ilə) birlikdə yaşamaq üçün yanına qayıtmışdır. Cavabdeh oğlu İlkini ondan almaq üçün məhkəmə qaydasında qaldırdığı iddia yekun məhkəmə aktı ilə təmin edilməmiş və oğlu İlkin hazırda onunla birlikdə yaşayır. Qızı Rüqəyya isə anası ilə birgə yaşayır, cavabdeh onunla normal qaydada ünsiyyətdə olmağına, ödədidiyi alimentin həqiqətən də uşağın maddi ehtiyaclarını sərf olunub-olunmadığına, sağlamlığının və təlim-tərbiyəsinin qənaət bəxş olub-olmadığını öyrənməyinə şərait belə yaratmır. Belə ki, Bakı Apellyasya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(103)-4721/2021 saylı qətnaməsi ilə hazırda oğlu İlkinin saxlanılması üçün 170 manat sabit aliment məbləğinin tutulması və azyaşlının anasının himayəsinə verilməsi hissəsində iddianın rədd edilməsi qərara alınmışdır. Hazırda onunla birlikdə yaşayan oğlu İlkinə görə maddi ehtiyaclarının ödənilməsi üçün cavabdeh anası heç bir köməklik etmir. Qızı Rüqəyyanin saxlanılması üçün ödədiyi 154 manat sabit alimentində davamlı olmaqla ödənilməsinə onun maddi imkanı yetmir. Bu səbəbdən qızı Rüqəyyayə görə alimentin ödənilməsindən azad edilməsi əsaslı və qanuni olardı. Buna görə də azyaşlı uşaqlardan birinin anasının və digərinin atasının himayəsində qaldığını nəzərə alaraq iddiaçının aliment ödəmək öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul edir. Belə ki, hər iki uşaq məhkəmə qətnaməsi ilə onun himayəsinə verilsə də, sonradan 06.08.2007-ci il təvəllüdlü X7 atası İddiaçı yanında qalmışdır. Hazırda İddiaçı ödədiyi alimentlə bağlı öz aralarında razılığa gəlmişlər və bununla bağlı ərizə təqdim edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3295/2018 saylı, 06.08.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 21.07.2006-cı il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 06.08.2007-ci il təvəllüdlü X5 və 12.11.2013-cü il təvəllüdlü X3 anası Cavabdeh himayəsində qalması, 06.08.2007-ci il təvəllüdlü X5 və 12.11.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06.08.2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 06.08.2007-ci il təvəllüdlü X7 anası Cavabdeh alınaraq atası İddiaçı verilməsi, İddiaçı azyaşlı X2 üçün Cavabdeh xeyrinə tutulmuş və bir uşağa görə 154 manat sabit pul məbləğində məhkəmə aktı ilə müəyyən edilmiş alimentin tutulmasından İddiaçı 2019-cu ilin may ayından etibarən azad edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 19.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahdan anadan olmuş 06.08.2007-ci il təvəllüdlü X7 atası İddiaçı alınaraq anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 24.09.2020-ci il tarixdən yetginlik yaşına çatmayan 06.08.2007-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə həmin hissədə dərhal icra edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 24.11.2021-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya şurasında 24.11.2021-ci il tarixdə 12:30 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş AZ-T saylı 182055 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 06.08.2007-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Uşaq hüquqları haqqında 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi ilə 06.08.2007-ci il təvəllüdlü X5 anası Cavabdeh alınaraq atası İddiaçı verilməsi, İddiaçı azyaşlı X2 üçün Cavabdeh xeyrinə tutulmuş və bir uşağa görə 154 manat sabit pul məbləğində məhkəmə aktı ilə müəyyən edilmiş alimentin tutulmasından İddiaçı 2019-cu ilin may ayından etibarən azad edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, 06.08.2007-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı himayəsində, digər azyaşlı 12.11.2013-cü il təvəllüdlü X6 isə anası Cavabdeh himayəsindədir. Hazırda uşaqlardan biri atasının, digəri isə anasının himayəsində qaldığından cavabdeh iddiaçının bir uşağa görə ödənilən aliment öhdəliyindən azad olunması tələbini qəbul edir. Beləliklə, məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 360,362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3295/2018 saylı, 06.08.2018-ci il tarixli qətnaməsi ilə 12.11.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində təyin olunmuş alimentin ödənilməsindən İddiaçı azad olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar