Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1009/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2017-ci ildə Cavabdeh ilə rəsmi nikah müqaviləsi bağlanmışdır. Nikah dövründə iki övladı olmuşdur. X6 xx.xx.2018-ci il tarixdə, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Həyat yoldaşı Cavabdeh Naxçıvan MR, X4 N nömrəli hərbi hissədə xidmət edir, zabitdir, Kəngərli rayon, Qıvraq qəsəbəsi, hərbi şəhərciyində yaşayır. İddiaçı isə uşaqları ilə ünvan 1 ünvanında yaşayır. Hal-hazırda nikaha xitam verilməmiş, lakin ailə münasibətləri yalnız rəsmi qaydada davam edir. Azyaşlı övladlarının tərbiyəsi, təhsili, böyüdülməsi ilə yalnız iddiaçı özü məşğul olur. Bir ata olaraq cavabdeh övladlarının tərbiyəsində gündəlik qayğılarında heç bir rol oynamır. Aldığı aylıq məvacibi 2000 manata qədər məbləğ olmasına baxmayaraq, övladlarına ən çoxu 200-250 manat məbləğində pul vəsaiti göndərir. Bu isə uşaqların heç bir qayğısına bəs etmir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 üçün 18 yaşı tamam olanadək, xx.xx.2020-ci il təvəllüdlü X2 üçün 18 yaşı tamam olanadək hər uşaq üçün sabit pul məbləği 450 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, alimentin cavabdehin əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehlə nikahları pozulmamışdır, lakin hazırda ayrı yaşayırlar. Cavabdehin psixoloji problemləri əvvəllər də olmuş, müharibədən sonra daha da artmış, iddiaçı ona müalicə almağı, psixoloqa getməyi təklif etsə də, cavabdeh qəbul etməmişdir. Cavabdeh ona həftə sonu 120-125 manat pul göndərmiş, veteran kartını 2-3 ay iddiaçıya verəsə də, sonradan onu da ləğv etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, hər uşağa 246 manat alimentin tutulmasına etiraz etməmiş, iddia tələbinə münasibətdə qeyd etmişdir ki, o, hərbiçidir, 1775 manat əmək haqqı alır, bununla bağlı arayışı da təqdim etmişdir. İddiaçı ilə 7 il öncə ailə həyatı qurmuşlar. Cavabdeh uşaqlara aybaay 580 manat pul göndərmişdir. Bununla bağlı qəbzlər də mövcuddur. Aldığı əmək haqqından iddiaçının yaşadığı evin 360 manat kirayə haqqını, kommunal xərclərini ödəyir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 201356 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Qasımzadə (Nəbiyeva) Samirə Mirsaab qızı arasında 30 iyun 2017-ci il tarixdə nikah bağlanmış və 161 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Quba Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 120860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 iyun 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 488148 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 iyul 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh N nömrəli hərbi hissədə xidmət edir və vergilər xaric aylıq əmək haqqı 1775,23 manat təşkil edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh 16 iyun 2018-ci il təvəllüdlü X3 və 27 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni 20 noyabr 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 16 iyun 2018-ci il təvəllüdlü X3 və 27 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 20 noyabr 2024-cü il tarixdən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1009/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1009/2025
16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver