Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1181/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Xətai rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə “aliment öhdəliyinə xitam verilməsi və uşaqların atanın yanında qalması” barədə iddia tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 2(001)- 2275/2020 saylı qərarına əsasən aliment borcunun ləğv edilməsi və aliment öhdəliyinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, 2020-ci ilin avqust ayından sonrakl dövr üçün hesalanan aliment borcuna xitam verilməsi və uşaqların onun himayəsində saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, aliment tələbi olmadığını, əgər yaranarsa bununla bağlı gələcəkdə məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə Xətai Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(011)- 2275/2020 sayı qərarı ilə boşanmışdırlar, birgə nikahdan 10 avqust 2008-ci il təvəllüdlü X13 və 25 mart 2010-cu il təvəllüdlü X10 adlı iki uşaqları var, qeyd olunan qətnamə ilə ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün ayda 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin cavabdehə ödənilməsi və eləcədə uşaqların ananın himayəsinə verilməsi qət edilmişdir, cavabdeh uşaqlar ilə birlikdə xx.xx.2020-ci il tarixində anasına məxsus və anasının, bacısının, bacısı uşaqlarının və cavabdehin bacısının “vətəndaş nikahı” kimi adlandırılan qeyri-rəsmi nikahla yaşadığı yaşadığı üç otaqlı mənzilə gedəndən az sonra, uşaqlar ona - atalarına zəng edərək, onları həmin evdən gəlib götürmələrini xahiş etmişdirlər, uşaqlar ona şikayət edərək, onların orada döyüldüyünü və təhqir olunduğunu demiş, eyni zamanda da öz otaqları üçün darıxdıqlarını bildirmişdirlər, uşaqlar ondan gəlib onları götürmələrini, əks təqdirdə buradan qaçacaqlarını bildirmişlər, bundan sonra o, 2020-ci ilin avqust ayında övladlarını götürüb, uşaqların da əvvəllər yaşadığı evinə gətirmişdir, bu hadisədən hiddətlənən Ağayeva İnna polisə, “atalarının uşaqları ondan qaçırtması” haqqında şikayət etmiş, polis onları dindirərək barışmağa dəvət etmişdir, o vaxtdan uşaqlar onunla birlikdə yaşayırlar, onların xərclərini özü qarşılayır, həmçibib məhkəmə qərarı ilə cavabdehin hazırda yaşadığı evə köçməsi qərara alınsa da, o, cəmi bir neçə gecə o evdə gecələmişdir, uşaqlar isə hazırda da həmin evdə özü ilə birlikdə yaşayır, uşaqların analarının yanında yaşadığı bütün dövlər üçün cavabdehə tam şəkildə, qanunla nəzərdə tutulmuş aliment ödənişini etmişdir, hazırda uşaqlar öz yanındadır, onlar qətiyyən heç bir şeydə sıxıntı keçirməmişlər, uşaqların analarının yanında qalmaq istəməmələrinin səbəbi öz analardır, buna dair uşaqlara heç bir təsir göstərməmişdir, həmçinin ödənilməmiş aliment borcu kimi qeyd olunan 4420 manat da, borc kimi qəbul olunmamalıdır, belə ki, aliment borcunun yarandığı müddətdə uşaqlar öz himayəsində yaşamışdırlar, həmin tarixdə uşaqlarına toplam o məbləğdən də daha çox pul xərcləmişdir, anaları Cavabdeh, məhkəmə qərarına əsasən, onun valideyinlərindən ona miras qalmış və övladları ilə birlikdə yaşadığı evə köçürülməyinə baxmayaraq, gündüzlər ümumiyyətlə evə gəlməmiş, ancaq bir necə gecə, evə çox gec gələrək sadəcə evdə gecələmişdir, uşaqlarına yemək bişirməmiş, onların paltarlarını yumamışdır, hərçənd evdə bunun üçün hər cür şərait vardır, uşaqların sonuncu dəfə cavabdeh evə gəldikdə qapını açmamaqlarının səbəbi isə analarının evə başqa bir şəxs - kişi ilə gəlməsidir, uşaqlar 2020-ci ilin avqust ayından öz yanındadır, öz istəklərinə uyğun olaraq onun yanında qalırlar, uşaqları buna məcbur etməmişdir, cavabdeh 2020-ci ilin avqustundan uşaqlarını görmür, onların görüşməyinə maneə olmur, istəyər ki uşaqlar anaları ilə görüşsün, əgər cavabdehin dediyi kimi uşaqların anaları ilə görüşməyinə icazə vermirsə, cavabdeh uşaqları məktəbdə belə gedib görə bilər, nə vaxt istəyir, nə qədər müddət istəyir, uşaqları ilə görüşə bilərdi, çünki o valideyndir, uşaqlar hazırda anaları ilə qalmaq istəmirlər, cavabdeh isə uşaqlar onun yanında qalmasa da aliment tələb edir. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə nikahda olan zaman o uşaqların yanında dəfələrlə nalayiq ifadələrlə onu təhqir edib, analıq nüfuzunu aşağılamışdır, bu qədər təzyiqlərə dözməyib boşanma barədə məhkəməyə müraciət etmiş, nikahları pozulmuş, uşaqlar öz himayəsinə verilmişdir, həmçinin onların saxlanması üçün hər ay 340 manat aliment tutulması qət edilmişdir, iddiaçı isə aliment borcunu ödəməmək üçün xx.xx.2020-ci il tarixdə uşaqları Ağayev Sabir və Ağayev İsmayılı onun xəbəri olmadan uşaqlar oynayarkən evinin həyətindən zorla icazəsi olmadan götürmüşdür, bu barədə dərhal polisə müraciət etmiş, lakin polis barışdırmaq istəsə də, barışmağı qəbul etməmişdir, dəfələrlə Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 10 ünvanında yerləşən “Mars” marketdən ərzaq məhsulları almağına baxmayaraq, iddiaçı onun aldığı ərzaqları qəbul etməmiş, zibilliyə tullamışdır, uşaqlar indi atasının yanındadırlar, xx.xx.2020-ci il tarixdən uşaqlar özü ilə birlikdə deyil, son dəfə uşaqlarla payızda bir yerdə qalmışdır, əgər iddiaçı - ata istəsə uşaqların onunla münasibəti yaxşı olar, uşaqlar öz istəkləri ilə getməmişdirlər, onlar təzyiqlərdən qorxub iddiaçı ilə getməyə razı olmuşdurlar, hazırki məhkəmə iclasında uşaqları ilə danışmış, onlarla ünsiyyət qurmuşdur, bunun üçün məhkəməyə təşəkkür edir, lakin uşaqlar ondan küsüblər, ona bildirirlər ki, evdən onlara məxsus pişiyi və pulu qaytarsın, uşaqlardan əgər əşyalar qaytarilarsa, onunla danışıbdanışmayacaqlarını soruşmuş, uşaqlar isə ona bildirmişlər ki, əşyalar qaytarılsa da onunla danışmayacaqdırlar, bunun səbəbini uşaqlardan soruşmuş, onlar da bildirmişlər ki, “özün bu barədə məlumatlısan”, əslində isə bunun səbəblərini bilmir, iddiaçı uşaqlarda ona qarşı pis fikir yaradır, istəyir ki, uşaqlar anasız qalsın, iddiaçı ilə boşandıqdan sonra – yəni 19 iyun 2020-ci il tarixdən uşaqlarla birlikdə anası ilə yaşamışdır, lakin həm havanın isti olması, həm də ölkə ərazisində pandemiya olduğu üçün iddiaçıya təklif etmişdir ki, bir müddət Türkan qəsəbəsi 22 saylı torpaq sahəsində yerləşən bağda qalsınlar, çünki istəməmişdir uşaqlar düşünsünlər ki, onların valideynləri düşməndir, lakin iddiaçı bununla razılaşmamışdır, ona görə də uşaqlar bağda ataları ilə qalmışdırlar, yay bitdikdə isə iddiaçıdan uşaqları gətirməsini tələb etmiş, uşaqlar 1 həftə öz yanında qalmışdırlar, lakin 10 avqustda – uşağının ad gününü keçirdikdən sonra iddiaçı uşaqları götürərək Əhmədlidə yerləşən evinə aparmışdır, məhkəmə qətnaməsi ilə uşaqlarla birlikdə Əhmədlidə yerləşən evə köçürülmüşdür, amma iddiaçı onun orada yaşamağına imkan verməmiş, onun diş fırçasını, ətirini və s. əşyalarını, hətta bişirdiyi yeməkləri belə atmışdır, uşaqlara da tapşırmışdır ki, qapını açmasınlar, buna görə də icra məmuru ilə əlaqə saxlamış, polisə getmiş, lakin oradan bildirmişlər ki, bu məhkəmənin işidir, son dəfə uşaqları Əhmədlidə - 20 gün əvvəl görmüşdür, uşaqlar 2020-ci ilin avqust ayından atalarının yanındadır, həmin vaxtdan iddiaçı uşaqlara baxır və onların ehtiyaclarını qarşılayır, lakin o, uşaqların hər zaman yanında ola bilməz, hər ikisi işləyirlər, bunu təsdiq edir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. 18 mart 2022-ci il tarixli məhkəmə iclasında xx.xx.2008-ci il təvəllüdlü X13 bildirdi ki, atasının adı Nazimdir, anası isə yoxdur, hal-hazırda qardaşı ilə birlikdə atası ilə qalır, atası ona və qardaşına vaxtaşırı olaraq baxır, hər əziyyətlərini çəkir, anası isə onlara baxmır, heç onlarla birlikdə qalmır, ən son onu - anasını üç ay əvvəl görmüşdür. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, İddia tələbi qismən təmin olunmuş, iddiaçı X15 ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış və 1483 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X10 iddiaçı X9 himayəsində saxlanılması, cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment X11 ödənilməsi, alimentin tutulmasının qətnamə qəbul edildiyi gündən hesablanması qət edilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-2276/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X9, xx.xx.2008-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 59 saylı mənzilə istifadə hüququ tanınsın və onlar həmin mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 603/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2275/2020 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X10 ataları İddiaçı alınaraq iddiaçı X9 himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respubliaksı Ali Məhkəməsinin 2(102)- 3852/2021 saylı 17 avqust 2021-ci il tarixli Qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(103)-603/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “borcun ödənilməsinə dair” Qəbzin surətindən görünür ki, Cavabdeh 1690 manat alimenti almışdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli “Borclunun axtarışı haqqında” Qərarından görünür ki, İddiaçı barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 1(003)-345/2020 saylı xx.xx.2020ci il tarixli Qərarından görünür ki, İddiaçı AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbirinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan X15 tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli Ərizənin surətindən görünür ki, İ.Ağayeva 1700 manat aliment pulunu ödəmədiyi üçün borclu barədə ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 8(011)-108/2021 saylı xx.xx.2021ci il tarixli Qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2275/2020 saylı, mülki iş üzrə “icra məmurunun hərəkətsizliyi barədə” tələbkar Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun hərəkətsizliyi qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin aparılması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin uşaqların ananın yanında olduğu müddət üçün, yəni 11 avqust 2020-ci il tarixədək X11 ödəniməsini təmin etmək vəzifəsinin Xətai rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan X14, X1, X6, X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********457 saylı notariat qaydada təsdiq olunmuş Ərizədən görünür ki, imza edənlər bildirmişlər ki, İddiaçı 14 mart 2020-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək ünvan 2 ünvanda iki oğlu ilə birlikdə tək yaşayır, bu müddət ərzində onun tərəfindən heç vaxt heç bir narahatçılıq hiss etməmişdirlər, heç bir xoşagəlməz hərəkəti görməmişdirlər, övladlarına qarşı daimə qayğı və diqqət göstərir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinə verilmiş icra məmuru Tural Rəhimov, İddiaçı, Ağayev İsmayıl, Ağayev Sabir tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli İzahatın surətindən görünür ki, İddiaçı icra məmurunun suallarına cavab olaraq bildirmişdir ki, mövcud məhkəmə aktının mahiyyətini uşaqlarına izah etmişdir, lakin uşaqları getmək istəmir, uşaqları ilə - anasız 2020-ci ilin mart ayında birlikdə yaşayır, tərəflər münasibətləri pis olmuşdur, uşaqların üzərinə qışqırır, onlara baxmır, evə gec saatlarda gəlir, onunla hazırda münasibəti yoxdur, uşaqlarına analıq etmədiyi üçün onunla yaşamaqlarını istəmir, hər şeyi uşaqlarının istəyi ilə həyata keçirilməsini istəyir, 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayına kimi 4420 manat aliment borcunu həmin müddət ərzində uşaqlar onun himayəsində olduğu üçün və onların ehtiyaclarını ödədiyi üçün borcun silinməsi üçün məhkəməyə müraciət edəcəkdir. X13 icra məmurunun suallarına cavab olaraq bildirmişdir ki, 13 yaş var, 8-ci sinifə keçir, anası ilə münasibəti pisdir, oa baxmır, söyür, döyür, yemək vermir, anası ilə qətiyyən bir yerdə yaşamaq istəmir, anası öz otağına girib onlarla maraqlanmırdı və evdən gedib gecə gəlirdi, atasının anası ilə görüşməsinə hər hansı təsiri, bu barədə söhbətləri olmamışdır. X10 icra məmurunun suallarına cavab olaraq bildirmişdir ki, anası ilə birlikdə yaşamaq istəmir, o onlara heç vaxt qayğı göstərməyib, onlarla maraqlanmayıb, ona görə də ataları ilə yaşamaq istəyirlər. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin 06 mart 2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, İddiaçı bağ evinin qapısını sındıraraq 50 manat ziyan vurması barədə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin 08 oktyabr 2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh onu təhqir etməklə qəsdən itələməsi nəticəsində yerə yıxılması barədə şikayəti üzrə cinayət işinin başlanması rədd edilmiş, AR İXM 157-ci maddəsinin tərkibi yarandığından barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti Xətai RPİnin 36-cı PB-nə təqdim edilməsi, vətəndaşa qarşılıqlı təhqirlə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin 17 dekabr 2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, İddiaçı keçmiş arvadı Cavabdeh onun evinə gələrək evdən 800 manat dəyərində Sony markalı notebook, 200 manat dəyərində “siyam” cinsli pişiyi oğurlamasını bildirmişdir, iş üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaşa mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” M-00221 saylı Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmək barədə qərar qəbul etdilər. İddiaçı 50 az məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Qəbzlərdən görünür ki, İddiaçı tərəfindən cəmi 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “X4 Assosiasiyası tərəfindən” Xətai rayon Məhkəməsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, İddiaçı 2019-cu ildən etibarən onlarla əməkdaşlıq edir, bu illər ərzində onun barəsində heç bir narazılıq olmamış, onun tərəfindən hər hansı qanunsuz hərəkət müşahidə etməmişdirlər, hər zaman nümunəvi davranış nümayiş etdirmiş, turistlərə hörmət və diqqətlə yanaşmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli 11/142 №-li Rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X5 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anaları Cavabdeh bağlılıqları üzə çıxmır. Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2008təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, valideynləri arasındakı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X5 emosional-iradi sferalarına sirayət etməklə, anaları Cavabdeh olan münasibətlərinə neqativ təsir göstərmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2022-ci il tarixli pr-367 saylı rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yaşlarını, fikirlərini və üstün mənafelərini nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 50,2, 52, 56,1, 58.1-58.6, 60.1-60.4, 61.1, 61.2, 63.1, 63.2-ci maddələrini, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 27-ci maddəsinin 2 bəndini, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsini rəhbər tutaraq, Komissiya yaşayan yetkinlik yaşma çatmayanlar xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 rəsmi olaraq ataları, iş üzrə İddiaçı himayəsinə verilməsini mümkün hesab etmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X10 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, Xətai rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən uşaqlar İ.Ağayevanın (Kraynevanın) himayəsində saxlanmış, İddiaçı onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin İ.Ağayevaya (Kraynevaya) ödənilməsi qət edilmişdir, uşaqlar xx.xx.2020-ci il tarixdən ataları ilə birlikdə ona məxsus mənzildə yaşayırlar, onların maddi xərclərini iddiaçı qarşılayır, Qəyyumluq Komissiyası uşaqların atalarının – İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir, iddiaçının cavabdehə qarşı aliment tələbi yoxdur. Bununla belə, uşaqların atalarının himayəsinə verilməsinə, habelə iddiaçının uşaqlar üzrə yaranmış aliment öhdəliklərinə xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə, təlim-tərbiyə, psixi, fiziki, mənəvi inkişaf və s. hallar baxımından uşaqların üstün mənafeyini rəhbər tutaraq və Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, uşaqların hazırda ataları ilə qalmalarını, onların yaş həddini, atalarına və bir-birlərinə olan bağlılığını, valideynlərdən hər biri ilə uşaqlar arasında yaranmış münasibətləri, məhkəmə iclasında dindirilən uşağın iradə ifadəsini, habelə uşaqların ataları ilə saxlanmasını istisna edən halların olmamasını nəzərə alaraq, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X5 ataları, iş üzrə İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Xətai rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə xeyrinə aliment tutulması qət edilən xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdən ataları - İddiaçı ilə birlikdə yaşadıqlarından və hazırda da onun himayəsinə verildiklərindən, iddiaçının, qətnamə əsasında 2020-ci ilin avqust ayından cari tarixədək hesablanmış aliment borcu silinməli və həmin qətnamə üzrə aliment öhdəliyinə (uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin İ.Ağayevaya ödənilməsi) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Həmin qərarda formalaşmış hüquqi mövqeyə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. ...Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən Həmin Konvensiyanın 9.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X10 ataları İddiaçı himayəsinə verilməli, İddiaçı Xətai rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə nəzərdə tutulan aliment öhdəliyinə xitam verilməli və onun xx.xx.2020-ci il tarixdən etibarən yaranmış aliment borcu silinməlidir. Məhkəmə dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 manat, bərabər qaydada – 40 manat hissədə iddiaçıya, 40 manat hissədə cavabdehə aid edilməli və onlardan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X10 ataları İddiaçı himayəsinə verilsin. İddiaçı Xətai rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə nəzərdə tutulan aliment öhdəliyinə xitam verilsin və xx.xx.2020-ci il tarixdən etibarən yaranmış aliment borcu silinsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi 40 (qırx) manat İddiaçı, 40 (qırx) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1181/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1181/2022
21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver