Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1289/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş 02.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin əmək haqqı və əlavə gəlirlərindən alimentin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 29.12.2010-cu il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 02.05.2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri 2019-cu ilin əvvəllərindən pozulmuş, o vaxtdan da faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı övladları X2 anasının himayəsində yaşayır. 2019-cu ildə cavabdehlə aralarındakı nikahın ləğv edilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, o dövrdə daimi işinin olması səbəbi ilə cavabdehdən aliment tələb etməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli, 2(006)-3323/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında 29.12.2010-cu il tarixdə bağlanmış nikah ləğv edilmiş və 02.05.2013-cü il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılmışdır. Bu müddət ərzində iddiaçı işdən azad olunanadək qızının bütün ehtiyaclarını təmin etmiş olsa da, hazırda işləməməsi səbəbilə həmin ehtiyacları qarşılaya bilmir. Cavabdeh isə bunu bildiyi halda qızının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Mübahisəni mediasiya qaydasında həll etməyə çalışsa da, heç bir nəticəsi olmamış, iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27.12.2021-ci il tarixli, MŞİH – 10036 qeydiyyat nömrəli arayışdan da göründüyü kimi cavabdeh 27.12.2021-ci il tarixinə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdeh onunla evli olduğu dövrdə olduğu kimi hazırda da polis orqanlarında işləməyə davam edir. Ona məlumdur ki, cavabdeh hal-hazırda Qusar rayon Polis İdarəsində sahə müvəkkili vəzifəsində çalışır və hər ay 1000 manatdan artıq əmək haqqı və əlavə gəlirlər əldə edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, X2 02.05.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır (AZ-İİİ seriyalı 102680 nömrəli “Doğum haqqında şəhadətnamə”). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3323/2019 saylı, 19.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29.12.2010-cu il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış 2181 saylı nikah qeydinin ləğv edilməsi və nikah pozulduqdan sonra 02.05.2013-cü ildə anadan olmuş X1 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azəbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh 02.05.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancı və gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 02.05.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07.01.2022-ci il tarixdən hesablanılmaqla Cavabdeh onun qazancı və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1289/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1289/2022
04.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver