Məhkəmə qərarları › İş №2(011)-1384/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1384/2023

09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1384/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı Cavabdeh qarşı “alimentin üçdə bir hissəsinin əmək haqqına yönəldilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı birgə nikahdan doğulmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanımasına görə hər ay alimentin üçdə bir hissəsinin əmək haqqına yönədilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizənin qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qeyd etmişdir ki, Məhkəmə qətnaməsi ilə hər ay ondan 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı isə hazırkı tələbi ilə alimentin onun əmək haqqının 1/3 hissəsinə yönəldilməsini tələb edir. Məhkəmə hesab edir ki, bu halda iddiaçı iddia ərizəsi ilə deyil, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli idi. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. AR MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı idda ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və onun hazırkı iddiasına iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehin qəbul edtdiyi qərarın ləğvi ilə bağlı icra qurumunun yerləşdiyi yerin məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin üçdə bir hissəsinin əmək haqqına yönəldilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar