Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1459/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızının nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X25 cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X25 cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X25 cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 MTK-dan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzili, kvadrat metri 1000 manat olmaqla, ümumilikdə 196.100 manat ödəməklə satın almışdır. Bu barədə MTK ilə aralarında mənzilin alqı-satqısına dair 25 dekabr 2018-ci il tarixli müqavilə də bağlanmış və eyni tarixli maliyyə arayışı da verilmişdir. 2003-cü ildən tanıdığı və işgüzar münasibətlərdə olduğu, keçmiş polis işçisi olmuş X25 iddiaçının adına olan bu mənzilin satılmağı barədə məlumatlı idi. Onun Samirə başqa işlə bağlı 24.000 manat borcu olduğundan həmin mənzili satdıqdan sonra ona olan borcu qaytaracağını bildirmişdir. 2019-cu ilin aprel ayında növbəti dəfə iddiaçı onunla görüşərkən həmin mənzili satmaq fikrində olduğunu bildirdi. Təxminən bir müddət sonra Samir həmin mənzili münasib qiymətə satası olarsa, mənzili o özü ala biləcəyini, pulunu hissə-hissə ödəyə biləcəyini bildirdi. Aralarına olan münasibətlərə görə o həmin mənzili aldığı qiymətə, yəni 196.100 manata sata biləcəyini bildirdi. Samir ona həmin vaxt başqa işlərə pul qoyduğunu, meyvə ticarəti ilə məşğul olduğunu deyərək, ona ilkin olaraq 3 dəfəyə 100.000 manat ödəyə biləcəyini və həmin puldan onun ona borcu olan 24.000 manatı çıxdıqdan sonra yerdə qalan 72.000 manatın əvəzində faktiki onun olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ İnkişafı Departamenti və X17 ərazisində yerləşən 999c nömrəli bağı xx.xx.2005-ci il tarixli X12 adına olan 35681 saylı müqaviləyə əsasən 0,12 ha torpaq sahəsinin hər bir sotu üçün 6.000 manat qiymətləndirərək həmin torpaq sahəsini onun adına çıxarış və texpasport verməklə ona təhvil verməyi öz öhdəsinə götürdü. Elə həmin gün Samirlə o Novxanı bağlar massivində həmin torpaq sahəsinə baxmış, torpaq sahəsi 4 tərəfdən hündür daş hasara alınmış və giriş qapısında (darvaza) qoyulmuşdu. Qonşularla söhbət zamanı onlar bildirdilər ki, həmin torpaq sahəsi əslində sənədlə X12 adına olsa da, bir müddətdir ki, həmin torpaq sahəsi Samirə verilmiş, artıq həmin torpaq üzərində səlahiyyət Samirə aiddir. Samir ona bildirdi ki, “həmin torpaq sahəsi X19 aid olsa da, onun oğluna məxsusdur, artıq iddiaçı həmin qadının adından tanışı Murad adlı şəxsin adına etibarnamə almışdır, Murad da hal-hazırda Moskva şəhərində olduğu üçün yaxın vaxtlarda Bakıya gələn kimi onun adından sənə baş etibarnamə veriləcək, sonradan X12 adına torpaq sahəsinə çıxarış alaraq onun və ya qohumlarının adına rəsmiləşdiriləcək”. Həmin razılaşmadan sonra o iddiaçıya bildirdi ki, onun satası olduğu mənzili də o öz adına deyil, qohumlarının birinin adına rəsmiləşdirəcəkdir. Təxminən 2019-cu ilin iyun ayının əvvəllərində o ona bildirdi ki, həmin mənzili qayınatası Salehin adına yazdırmaq istəyir. Ona görə də Samirlə həmin binanın həyətində görüşdülər. İddiaçı Samirin və orada adını öyrəndiyi qayınatası Salehi mənzilinə qaldıraraq yenidən həmin mənzilə birlikdə baxış keçirdiblər. Onlar mənzilə baxdıqdan sonra Saleh mənə ağsaqqal xeyir-duası verərək çıxıb getdi. Ertəsi gün S.Babayev onun mobil nömrəsinə zəng vuraraq artıq fikrini tam dəqiqləşdirdiyini, mənzilin müqaviləsini qayınatasının adına keçirəcəyini bildirərək onun “Whatsapp” nömrəsinə Cavabdeh1 şəxsiyyət vəsiqəsinin ksero-surətini atdı. 2019-cu ilin iyul ayının 3-də o Cavabdeh2 MTK-nın direktorunun şəriki olan X22 ilə görüşüb, ona bildirdi ki, özünə aid olan mənzili köhnə tanışı X3. O, özü polis işçisi olduğu üçün mənzilin müqaviləsini qayınatası Cavabdeh1 adına rəsmiləşdirmək istəyir. Ona görə də ona ilkin olaraq 100.000 manat pulu 3 dəfəyə ödəməklə, yerdə qalan məbləğin qalanına isə Novxanı bağlar massivində olan 0,12 ha torpaq sahəsi ilə əvəzləşdirəcəkdir. MTK-nın direktoru Əbdüləzimov Araz və eləcə də tikintidə onun şəriki olan Məmmədov Xaliq ona etibar etdikləri üçün ödəniş və torpağa aid sənədlər ona tam çatdıqdan sonra həmin mənzili Samirə təhvil-təslim edəcəklərini, onun və həyat yoldaşının razılıq ərizəsini və ona aid olan mənzilin orijinal müqaviləsini iddiaçıdan Samirlə tam halallaşdıqdan sonra alacaqlarını bildirərək xx.xx.2019-cu ildə Samirin dediyi qayınatasının adına alqı-atqı müqaviləsi yazıb möhür vurduqdan, ödəniş başa çatdıqdan sonra həmin müqaviləyə Cavabdeh1 da imza ataraq bir nüsxəsinin onlara qaytarılmasını bildirdilər. xx.xx.2019-cu ildə o Samir Babayevlə və onların ümumi tanışı olan X28 ilə birlikdə görüşərək şərtlərini yenidən müzakirə edib həmin mənzilin alqı-satqısına dair razılaşma yazaraq imza atdılar. Eləcə də, xx.xx.2019-cu il tarixli Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 adına bağlanmış müqavilənin Cavabdeh1 tərəfindən imzalanmamış kserosurəti S.Babayevə verildi. Belə razılığa gəldilər ki, Samir Babayev ilkin olaraq 3 dəfəyə ona ödəyəcəyi 100.000 manatdan sonra və Novxanı bağlar massivində 0,12 bağ sahəsinə dair orijinal sənədləri baş etibarnamə ilə ona verdikdən sonra ondan olan Cavabdeh1 adına yazılmış alqı-satqı müqaviləsinin orijinalını Cavabdeh1 imza atdırdıqdan sonra Samir Babayevə təhvil verəcək. Gələcəkdə həmin torpaq sahəsinə aid çıxarış onun adına rəsmiləşdirildikdən sonra həmin mənzillə bağlı alqı-satdı tam başa çatmış hesab ediləcəkdir. xx.xx.2019-cu ildə Samir Babayev ona zəng vuraraq hələlik 80.000 manat düzəltdiyini, qalan 20.000 manatı yaxın vaxtda verəcəyini və ertəsi gün Novxanı bağlar zonasında yerləşən 0,12 ha torpaq sahəsinə dair torpağın orijinal sənədlərini və eləcə də baş etibarnamə verəcəyini bildirdi. xx.xx.2019-cu il tarixdə o və ümumi dostları X30 dediyi Xətai rayon ərazisində, “AMAY” ticarət mərkəzinin yaxınlığındakı ofisin qarşısında görüşdülər. Həmin vaxt ofisin qabağında Samir, Vüsal, adlarını sonra bildiyi Azər və Murad adlı şəxslər dayanmışdılar. Samir onu həmin adamlarla tanış etdi, ona X9 olduğunu, Ağagül xanımın adından Murada verilmiş etibarnamə əsasında xx.xx.2019-cu ildə baş etibarnamə verəcəyini bildirdi, həmin şəxslər də torpağın heç bir problemi olmadığını və torpağın hal-hazırda əsl sahibinin Samir olduğunu bildirdilər. O, həmin vaxt Azərdən anası Ağagül xanımın və Muradın özündən şəxsiyyət vəsiqələrinin ksero-surətini istəyərkən, Samir həmin sənədləri ona təqdim etdi. Samir və Natiq Hacıyevlə birlikdə Samirin ona verəcəyi 80.000 manatı ona verməsi üçün ofisə qalxdılar, alqı-satqı müqaviləsi Cavabdeh1 adına olduğu üçün xx.xx.2019-cu il tarixində mənzilin alqısatqısına dair əlavə razılaşma yazaraq hərəsi imza atdı. Həmin razılaşmanın Salehdə qalan nüsxəsinin arxasında o həqiqətən mənzilini Cavabdeh1 satdığını və həmin şərtlər yerinə yetirildikdən sonra mənzillə bağlı iddia tələbi olmadığını yazaraq imzaladı. Həmin razılaşmada onun Samirə olan 24.000 manat borcun, mənzilin alqı-satqı müqaviləsi Salehin adına olduğu üçün və yaxın günlərdə Samir şəxsən ona qaytaracağına söz verdiyi üçün mənzilin satış qiymətini 176.000 göstərərək, oradan 24.000 Samirə olan borcunu çıxdıqdan sonra 152.000 manat göstərmişdi.Samirə olan borcu Salehin adına ona görə yazdılar ki, alqı-satqı Salehin adına aparılmışdı. xx.xx.2019-cu ildə Samir Babayev ona zəng vuraraq Novxanı bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair sənədlərin orijinalını 815718 saylı, xx.xx.2019-cu il tarixli X13 adından verilmiş baş etibarnaməni ona təqdim etdi. Həmin sənədləri ona təqdim edərkən yenə də 20.000 manatı yaxın günlərdə ona verəcəyini bildirdi, aralarında olan işgüzar münasibətlərə görə o ona etibar edirdi və ona görə gözləməli oldu. Yuxanda adı çəkilən bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsinə dair sənədləri, baş etibarnaməni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərək X12 adına çıxarış almaq istəyəndə, orada ona bildirdilər ki, həmin sənəd 2016-cı ildə bu idarəyə təqdim edilmiş, xx.xx.2016-cı il tarixində X12 adına olan 999c saylı bağ nömrəsinin sxematik xəritədə aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə həmin ərizəyə rədd cavabı verilmişdir. O, Samirlə əlaqə saxlayıb iradını bildirdikdə, Samir ona dedi ki, həmin torpaq sahəsi ilə qayınatası məşğul olaraq, bütün sənədləri düzəldərək onun adına çıxarış verəcəkdir. Bir müddətdən sonra həmin sənədlərin düzəldilməsi üçün əlavə xərc lazım olduğu bildirildi, ona görə də həmin mənzili başqasına sataraq onun ev üçün vermiş olduğu 80.000 manatı və borc kimi həmin puldan çıxılmış 24.000 manatı, eləcə də bağ sənədlərinin orijinal surətlərini və etibarnamənin onun özünə qaytarılmasını xahiş etdi. O, həmin mənzilin satışını 240.000 manata ev alqı-satqısı ilə məşğul olanlara elan verdi, həmin mənzili almaq üçün Niyazi adlı şəxs mənzilə baxış keçirib 220.000 manata razılaşdı. Sonra Samir, iddiaçı və Niyazi birlikdə oturaraq ortaq məxrəcə gəldilər və Niyazi onlarla beh müqaviləsi bağlayaraq 500 manat beh verdi. Samir isə qayınatası Salehdən alqısatqı müqaviləsində onun adı olduğu üçün başqasının adına rəsmiləşdirilməsi üçün qayınatası Salehdən razılıq ərizəsi alaraq MTK-nə təqdim edəcəyinə söz verdi. Bir müddətdən sonra Niyazi Samirin onun telefonlarına cavab vermədiyini bildirdikdə, o Samirlə görüşdü, Samir ona bildirdi ki, meyvə al-veri ilə bağlı qayınatası və qayını ilə arasında mübahisələr olub, artıq bu mübahisə münaqişəyə keçib, artıq ailəsi ilə boşanma məsələsinə görə işi məhkəməyə düşüb, ona görə də bir müddət gözləmək lazımdır. O, şəxsən özü Niyazidən alınmış 500 manat behi qaytaraq ondan üzürxahlıq. Sonradan ona məlum oldu ki, onun mənzilinin alqı-satqısından qalan 72.000 manat torpaq sahəsinə dair X12 adından X21 verilmiş baş etibarnamə xx.xx.2019-cu il tarixində Ağagül Əliyeva tərəfindən ləğv edilmişdir. Artıq bildi ki, həmin torpağın sənədləşməsi qeyri-mümkündür, ona görə ki, Ağagülün oğlu Azərlə əlaqə saxlayanda o iddiaçıya bildirdi ki, Samir həmin torpağın müəyyən miqdarda pulu ödəmədiyinə görə onlar verdikləri baş etibanaməni ləğv etdiriblər. O, məcbur olaraq özünün və qohumlarından yığdığı vəsait hesabına mənzil satışına görə aldığı 80.000 manatı və eləcə də Samirə olan 24.000 manat borcu, cəmi 104.000 manatı qəbzlə xx.xx.2019-cu il tarixində ona qaytardı, bağa aid olan orijinal sənədləri, ona verilmiş etibarnaməni ona verdikdən sonra Samir həmin qəbzə imza ataraq 104.000 manatı aldığını, torpaq sahəsinə aid olan sənədləri götürdüyünü, onun mənzili ilə bağlı Cavabdeh1 adına bağlanmış orijinal müqavilənin bir nüsxəsini ona qaytardı və həmin mənzilə dair heç bir iddiasının olmayacağını bildirdi. O, Samirdən qayınatası Cavabdeh1 adından qayınatasının adından razılıq ərizəsini dəfələrlə istəyərkən, o qayınatasınının ünvanına nalayiq, təhqiredici ifadələr işlətməklə, “onsuz da həmin mənzilin Cavabdeh1 adına yazılmış orijinal müqaviləsi səndədir” deyərək, sonradan güya Səbail Rayon Məhkəməsinə müraciət edərək həmin alqı-satqı müqaviləsinin ləğvinin qoyulması barədə bildirərək bu işlə şəxsən özü məşğul olacağını bildirmişdir. Həmin iddia ərizəsinin ksero-surətini ona təqdim etdiyi üçün o, inanaraq ona etibar etmişdi. Yuxarıda qeyd olunan ünvanda yerləşən 4 otaqlı, 196.1 kv.m olan mənzilin hər bir kv.m-nə 1.000 manat ödəyərək 196.100 manata aldığı mənzili necə ola bilərdi ki, 116.000 manata sata bilərdi? Həmin mənzilin satışına dair ərizədə bildirilir ki, həqiqətən də İddiaçı razılığı ilə həmin mənzil Cavabdeh1 adına MTK-ya heç bir vəsait ödənilmədən onun adına keçirilmişdir. X33yınatası Cavabdeh1 adına almış olduğu mənzilin pulunu tam ödəmişdirsə, nə səbəbdən bu günə kimi bütün mənzilə dair kommunal ödənişlər onun tərəfindən ödənilir? İşığın adına keçirilməsi barəsində “Məişət istehlakçıları ilə sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan da görünür ki, bu gün həmin mənzilin abunə kodu **********10006 onun adınadır və ödəniş də onun tərəfindən edilir. xx.xx.2018-ci il tarixli Cavabdeh2 MTK-nın Ümumi Yığıncağının protokolundan da görünür ki, o həmin MTKnın həm payçısı, həm də üzvü kimi qeydiyyatdadır və bu günə kimi bütün kommunal xərclər onun tərəfindən ödənilir. Həmin mənzilin satılması ilə yazdığı ərizəyə əsasən xx.xx.2019-cu il tarixində 25/6-04 saylı Cavabdeh2 MTK-nın Ümumi Yığıncağının protokolundan da çıxarışda görünür ki, o həmin mənzili faktiki olaraq X2, sənədləşmə onun qayınatası Cavabdeh1 adına rəsmiləşdirilib və ona çatası vəsaiti natamam aldığı üçün Cavabdeh1 Cavabdeh2 MTK-ya üzv kimi qəbul edilməmişdir. Cavabdeh1 həmin mənzilə dair alqı-satqı müqaviləsindən istifadə edərək Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib, güya ki, həmin MTK-dan mənzil almış, MTK-ya borcu yoxdur və Cavabdeh2 MTK onun həmin mənzildən istifadə etməsinə maneçilik törədir. Bu barədə xx.xx.2022-ci il tarixli 2(009)-367/2023 saylı iddia təmin edilərək qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəlmiş, bu barədə məlumat alan kimi rəsmi qaydada xx.xx.2023-cü il tarixində Səbail Rayon Məhkəməsinə müraciət edərək qətnaməni alıb və maraqlarına toxunan şəxs qismində qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsi xx.xx.2024-cü ildə e-2(009)-367/2023 saylı qərardadla onu “maraqlı şəxs” kimi tanımışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixdə şikayətinə baxılmış və təmin edilməmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, mübahisəli mənzilin alqı-satqısı barədə sövdələşmələr cavabdeh Salehlə yox, məhz kürəkəni Samirlə aparılmış, sonradan anlaşma pozulmuş, Samir Salehin adına verilmiş müqaviləni geri qaytaracağına söz versə də, lakin qayınatası Salehlə arasının pozulduğunu bəhanə edərək müqaviləni qaytarmaqdan imtina etmişdir. İşin hallarından göründüyü kimi cavabdeh Saleh mənzilin alqı-satqısına heç bir manat pul ödəməmiş, cəmi Samir 80.000 manat ödəmişdi onu da geri qaytarmışdır. Göründüyü kimi mənzilə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X25 cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında inşa edilmiş İ giriş, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin hər bir kv.m-i üçün 1.000 (bir min), ümimilikdə 196.100 manat ödənməklə, birgə nikah dövründə həyat yoldaşı İddiaçı adına Cavabdeh2 MTK ilə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin mənzili MTK-dan 2018-ci il dekabr ayının 25-də təhvil almışlar. Bu günə kimi həmin mənzil onların istifadəsində olmaqla, MTK-nə kommunal ödənişlər həyat yoldaşı İddiaçı adından ödənilir. O, İddiaçı ilə 2013-cü ildən rəsmi nikahdadır. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, həyat yoldaşı İddiaçı onunla işgüzar münasibətlərdə olmuş keçmiş polis işçisi X20 onlara aid olan həmin mənzili 196.000 manata sataraq onunla nisyə müqavilə bağlamışdır. Samirlə aralarında olan müqaviləyə əsasən Musanın Samirə olan 24.000 manat borcu çıxıldıqdan sonra danışılmış 196.000 manatdan 100.000 manatı Samir Musaya 24 iyun 2019-cu il tarixinə qədər 3 dəfəyə ödəmək şərti ilə, yerdə qalan 72.000 manat pulun əvəzinə isə Novxanı bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsini (faktiki Samirin olan, lakin Ağayeva Ağagül adlı şəxsə sərəncamla məxsus olan torpaq sahəsini) qayınatası Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixində yenidən həmin mənzilin alqı-satqısına dair əlavə razılaşma yazmaqla, Samirə olan 24.000 manat borcun güya qayınatası Salehə borclu olduğunu və həmin 24.000 manat pulu Salehə ödədiyini, alacağı 100.000 manat müqabilində Saleh və Samirdən cəmi 80.000 manat pul aldığını qeyd etmişlər. Həmin razılaşmada həyat yoldaşı İddiaçı bildirmişdir ki, həqiqətən də həmin mənzili Cavabdeh1 satır, Cavabdeh1 isə Samirlə birlikdə 100.000 manatdan qalan 20.000 manatı və eləcə də torpaq sahəsini həyat yoldaşı İddiaçı adına texniki pasport və həmin torpağa dair çıxarış alaraq İddiaçı adına rəsmiləşdirdikdən sonra həmin alqı-satqı müqaviləsi tam başa çatmış hesab edilir. Bu məqsədlə də həmin adı çəkilən mənzilin Salehin adına rəsmiləşdirilməsi üçün “MARS-A" MTK-nın şəriki Xaliq adlı şəxsdən xahiş edilmiş, o da yoldaşının razılıq ərizəsini alıb həmin mənzilə 116.000 manat qiymət qoymaqla İddiaçın Cavabdeh1 ilə arasında alqı-satqı edilərkən yerdə qalan pulun tam ödənildiyi təqdirdə onlarda olan müqavilənin əslini və onun razılıq ərizəsi alındıqdan sonra həmin mənzili X11 istifadəsinə verilməli və ondan sonra o da razılıq ərizəsini yazmalı idi. Lakin həmin mənzillə bağlı razılaşmaya əsasən Babayev Samir və Cavabdeh1 tərəfindən onlara olan 20.000 manat və torpaq sahəsinə aid olan 72.000 manat ödənilmədiyi üçün (belə ki, həmin torpaq sahəsi etibarnamə ilə həyat yoldaşı İddiaçı adına verilmiş, lakin həmin etibarnamə ləğv edilmiş və beləliklə də müqavilədə göstərilən torpaq sahəsi onlara təhvil verilmədiyinə görə) alqı-satqı müqaviləsi baş tutmamışdır. Dəfələrlə həyat yoldaşı S.Babayevlə və eləcə də Cavabdeh1la görüşdükdə, onlar həmin mənzilin tərəflərindən satılaraq onlara olan 80.000 manat ödənilməsini bildirmişlər. Sonradan onlar öz vəsaitləri hesabına evə görə verilmiş 80.000 manatı və eləcə də həyat yoldaşı Musanın Samirə olan 24.000 manat borcunu, cəmi 104.000 manat pulu geri qaytarmış, bu barədə Samir Babayev həmin pulun alınmasına aid qəbz imzalamış və qayınatası Cavabdeh1 adına olan Cavabdeh2 MTK tərəfindən verilmiş alqı-satqı müqaviləsini, kassa-mədaxil orderini və maliyyə arayışının əslini həyat yoldaşı İddiaçı təqdim etmişdir. Hal-hazırda həmin mənzil onun isifadəsindədir, bu günə qədər mənzillə bağlı bütün kommunal ödənişlər tərəflərindən edilir. Bu yaxın vaxtlarda ona məlum olmuşdur ki, Cavabdeh1 Səbail Rayon Məhkəməsinə müraciət edərək güya həmin mənzili Cavabdeh2 MTK-dan aldığı və ona görə də həmin mənzildən istifadə hüququnun tanınmasını ərizə ilə iddia qaldırmış və bu barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin məsələləri o yaxın günlərdə həyat yoldaşından eşitdiyinə görə məcbur olub ərizə ilə müraciət edir ki, birgə nikah dövründə əldə etdikləri mənzili kimlərsə müxtəlif yollarla onlarıın əlindən almaq istəyirlər. Yuxarıda göstərilənlərdən aydın olur ki, mübahisəli mənzilin alqı-satqısı, sövdələşmələr cavabdeh Salehlə deyil, məhz onun kürəkəni Samirlə aparılmış, sonradan anlaşma pozulmuş, Samir Salehin adına verilmiş müqavilənin əslini onlara qaytarmış və qayınatası Salehlə arası pozulduğuna görə onun adından Cavabdeh2 MTK- ya “Razılıq ərizəsi”ni ala bilmədiyindən, Səbail Rayon Məhkəməsinə həmin alqı-satqı müqaviləsinin ləğvi barəsində iddia qaldırmış və həmin iddianın surətini həyat yoldaşına təqdim etmişdir. Göründüyü kimi, mənzilə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir, həmin mənzilin alqı-satqısında onun razılıq ərizəsi alınmamış, bu əsasla da o hesab etmişdir ki, mənzilə dair bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında üçüncü şəxsin iddiasını müdafiə edərək, onun iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında hər iki iddia ərizəsinə etiraz edərək, iddia tələblərinin təmin olunmamasını xahiş etmişdir. O bildirmişdir ki, mübahisəli mənzili 24 iyun 2019-cu il tarixli razılaşma əsasında əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 176.000 (bir yüz yetmiş altı min) manat məbləğində dəyərləndirərək almışdır. Ödənilməli 176.000 manat məbləğdən İddiaçı Cavabdeh1 24000 (iyirmi dörd min) AZN borcun qaytarılmasını çıxdıqdan sonra, qalan 152.000 (bir yüz əlli iki min) manat pulun aşağıdakı qaydada ödənilməsi nəzərdə tutulmuşdur. O, 80.000 (səksən min) manat pul vəsaitini razılaşmada adları çəkilən şahidlərin iştirakı ilə İddiaçı təhvil verməli idi. 2. Qalan 72000 (yetmiş iki min) manat pulun əvəzində Musaya torpaq verilməli idi. O, Musanı xəbərdar etmişdir ki, torpaqla bağlı problem yaransa onun üstünə gəlməsin. Mənzılin Cavabdeh1 satılması barədə üçüncü şəxs X6 qızı lap yaxşı məlumatlı olmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 hər iki iddia ərizəsinə etiraz edərək, iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, iddia tələblərinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, üçüncü şəxsin iddia ərizəsində işin faktiki halları kimi qeyd etdiyi xüsusatlar, yəni güya 2018-ci ildən hal-hazıradək mənzilin onların sahiblik və istifadəsində olması, eləcə də həyat yoldaşının işgüzar münasibətlərdə olduğu X20 onlara məxsus mənzili 196.000 manata sataraq, onunla nisyə müqavilə bağlamasını güya yaxın vaxtlarda bilməsi, ödənilmiş pulların Samir Babayev tərəfindən ödənilməsi, mənzilin formal olaraq Cavabdeh1 adına “yazılması” və s. həqiqəti əks etdirməməklə böhtan xarakterlidir. Belə ki, Samir Babayev Cavabdeh1 kürəkəni olmaqla, hazırda onlar arasında olan münasibətlər pisləşdiyindən, iddiaçı tərəf mənzillə bağlı güya Samir Babayevlə razılaşdığını və s. qeyd edir. Halbuki, əvvəla Samir Babayev polis orqanlarında işləmiş və onun qeyd olunan mərtzili ala bilməsi üçün göstərilən məbləğdə vəsaiti olmamışdır. İkincisi isə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli razılaşma əsasında İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 176.000 (bir yüz yetmiş altı min) manat məbləğində dəyərləndirərək Cavabdeh1 ‘MARS-A MTK-nin vasitəsilə satmışdır. Sözügedən Razılaşmada həmçinin qeyd edilmişdir ki, ödənilməli 176.000 manat məbləğdən İddiaçı Cavabdeh1 24000 (iyirmi dörd min) AZN borcun qaytarılmasını çıxdıqdan sonra, Cavabdeh1 qalan 152000 (bir yüz əlli iki min) manat pulu aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürmüşdür: 1. Cavabdeh1 80000 (səksən min) manat pul vəsaitini Razılaşmada adları çəkilən şahidlərin iştirakı ilə İddiaçı təhvil verdi. 2. Qalan 72000 (yetmiş iki min) manat pulun əvəzində Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti X7 və X10 ərazisində yerləşən 999C nömrəli bağın xx.xx.2005-ci il tarixli X12 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsini Əmək Məsələləri üzrə Dövlət Komitəsindən həmin göstərilən ünvana çıxarış Texpasport almaqla xx.xx.2019-cu il tarixində İddiaçı alqı- satqı yolu ilə onun adına rəsmiləşdirir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Razılaşmanı 2 nəfər şahid də imzalamışdır. Bir gün sonra Əliyev X1 arxasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən umumı sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili Cavabdeh1 176.000 manata satdığını, həmin pulu aldığını və qeyd olunan mənzilə dair hər hansı bir iddiasının olmadığını gələcəkdə də olmayacağını qeyd edərək, imzalamışdır. Həmçinin Cavabdeh2 MTK tərəfindən İddiaçı ünvanlanmış 07 avqust 2020-ci il tarixli arayışda da qeyd edilmişdir ki, M.H. Əliyevə məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzil sonuncunun MTK- nə rəsmi müraciətindən sonra Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzılin Cavabdeh1 satılması barədə üçüncü şəxs X6 qızı lap əvvəldən məlumatlı olmuşdur. Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsi icra olunaraq, mübahisəli mənzil Cavabdeh1 təhvil verilmişdir. Mənzil təhvil verilərkən də mənzil boş, təmirsiz vəziyyətdə olmuşdur. Yalnız bundan sonra Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunulan şəxs İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-367/2023 nömrəli 22 fevral 2023- cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Üçüncü şəxs X6 qızının həm də hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Müqavilənin ləğv edilməsi tələbi ilə yalnız müqavilənin tərəflərindən biri çıxış edə bilər. Hazırkı halda, üçüncü şəxs qeyd olunan müqavilənin tərəfi olmadığından, onun tərəfindən müqavilənin ləğvi barədə tələb irəli sürülməsi yolverilməzdir və qeyd etdiyimiz kimi üçüncü şəxs X6 qızının qeyd olunan tələbi irəli sürməsi üçün subyektiv hüququ mövcud deyildir. Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 məhkəmə iclasında izahat verməmişdir. İş üzrə şahid qismində dindirilmiş X28 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun yaxın dostudur. O bildirmişdir ki, tərəflər onun iştirakı ilə mənzilin 196.000 manat məbləğinə satılmasını razılaşmışdılar. Cavabdeh1 adlı şəxs onun yanında, öz ofisində Musaya 80.000 manat pul verilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı (“Payçı”) ilə Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Payçı Bakı şəhəri, Səbai rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini Podratçıya həvalə etmişdir. Həmin müqavilənin İİİ.1-ci maddəsinə əsasən “Payçı” ona düşən 1-ci blok 3-cü mərtəbə 4 otaqlı, tam sahəsi 196.1 kv.m. olan mənzilin hər 1 kv.m üçün 1.000 (bir min) manat, cəmi 196.100 (yüz doxsan altı min yüz) manat məbləğində pulu “Podratçı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə (“Payçı”) Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Payçı Bakı şəhəri, Səbai rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini Podratçıya həvalə etmişdir. Həmin müqavilənin İİİ.1-ci maddəsinə əsasən “Payçı” ona düşən 1-ci blok 3-cü mərtəbə 4 otaqlı, tam sahəsi 196.1 kv.m. olan mənzilin hər 1 kv.m üçün 591 (beş yüz doxsan bir) manat, cəmi 116.000 (yüz on altı min) manat məbləğində pulu “Podratçı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Səbai rayonu, A.Abbaszadə küçəsi, ev 17, 1-ci giriş, 3-cü mərtəbəsində yaşayış sahəsi olan 4 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Səbai rayonu, A.Abbaszadə küçəsi, ev 17, 1-ci giriş, 3-cü mərtəbəsində yaşayış sahəsi olan 4 otaqlı mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan İddiaçı və X25 arasında bağlanmış (qeyd olunan şəxslər və şahid Natiq Hacıyev tərəfindən imzalanmışdır) xx.xx.2019-cu il tarixli mənzilin alqısatqısına dair razılaşmanın 1-ci maddəsindən görünür ki, İddiaçı ünvan 3 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 3-cü mərtəbədə yerləşən, yaşayış sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili razılaşdırılmış qiymətə, yəni 196.000 (bir yüz doxsan altı min) manat qiymətində dəyərləndirərək X20 onun dediyi adamın adına Cavabdeh2 MTK vasitəsilə satır. Həmin məbləğdən İddiaçı X20 24.000 (iyirmi dörd min) manat borcu çıxıldıqdan sonra yerdə qalan 172.000 (bir yüz yetmiş iki min) AZN pul aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürür. 1.1: 100.000 (bir yüz min) manat pulu xx.xx.2019-cu ilədək X25 3 dəfəyə ödəməyi öz öhdəsinə götürür. Həmin maddənin 1.2-ci bəndinə əsasən qalan 72.000 (yetmiş iki min) manat pulun əvəzində Azərbayan Azərbaycan Respublikası, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti Bağlar Təsərrüfatı İnkişafı və X17 ərazisində yerləşən 999 C nömrəli bağın xx.xx.2005-ci il tarixli X12 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 ha torpaq sahəsini faktiki X20 aid olduğunu bildirir və həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsində həmin göstərilən ünvana çıxarış, texpasport almaqla xx.xx.2019-cu il tarixində İddiaçı adına alqı-satqı yolu ilə rəsmiləşdirir. İş materiallarında olan İddiaçı və ƏlCavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli mənzilin alqı-satqısına dair əlavə razılaşmadan (qeyd olunan şəxslər və şahidlər Samir Babayev və Natiq Hacıyev tərəfindən imzalanmışdır) görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yaşayış sahəsi 196.1 kv.m olan 4 (dörd) otaqlı mənzilini əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 176.000 (bir yüz yetmiş altı min) AZN məbləğində dəyərləndirərək Cavabdeh1 Cavabdeh2 MTK-nın vasitəsilə satır. Həmin məbləğdən İddiaçı Cavabdeh1 24.000 (iyirmi dörd min) AZN borcun qaytarılmasına çıxdıqdan sonra, Cavabdeh1 qalan 152.000 (bir yüz əlli iki min) AZN pulu aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürür. 1.1. Cavabdeh1 80.000 (səksən min) manat pul vəsaitini aşağıda adları çəkilən şahidlərin iştirakı ilə İddiaçı təhvil verdi. 1.2. Qalan 72.000 (yetmiş iki min) manat pulun əvəzində Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti X7 və X10 ərazisində yerləşən 999C nömrəli bağın xx.xx.2005-ci il tarixli X14 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsini Əmək Məsələləri üzrə Dövlət Komitəsindən həmin göstərilən ünvana çıxarış Texpasport almaqla xx.xx.2019-cu il tarixində İddiaçı alqı-satqı yolu ilə onun adına rəsmiləşdirir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzili X24 əvvəlcədən razılaşdıqları qiymətə alqı-satqı edilməsi üçün 500 manat məbləğində beh almışdır. İş materiallarında olan İddiaçı və X25 tərəfindən imzalanmış xx.xx.2019-ci il tarixli qəbzdən görünür ki, mənzilin alqı-satqısına dair 04 iyun 2019-cu il müqaviləyə və 24 iyun 2019-cu il tarixli əlavə “Razılaşma”ya əsasən X4 Musa Hidayət oğlundan ünvan 3 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 3-cü mərtəbədə yerləşən yaşayış sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin şərtləşdikləri qiymətə 196.000 (bir yüz doxsan altı min) manat almaqla öz adına deyil, qayınatası Cavabdeh1 adına rəsmiləşdirdi. Belə ki, əvvəlki razılaşmalara görə İddiaçı S.Babayevə olan 24.000 (iyirmi dörd min) manat borc pulu S.Babayevin onunla razılaşdığı 196.000 manat puldan çıxdıqdan sonra və eləcə də faktiki ona aid olan Azərbaycan Respublikası, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti Bağlar Təsərrüfatı İnkişafı və X17 ərazisində yerləşən 999 Q nömrəli bağın xx.xx.2005-ci il tarixli X12 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 ha torpaq sahəsini 72.000 (yetmiş iki min) manat qiymətində dəyərləndirərək, yerdə qalan 100.000 (bir yüz min) manat pulu İddiaçı verməli idi. Sonradan həmin bağlar massivində yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 20.000 (iyirmi min) manat pul müqabilində qayınatası Cavabdeh1 öhdəçilik götürmüş, lakin həmin öhdəçilik yerinə yetirilmədiyinə görə və S.Babayevin tərəfindən həmin torpaq sahəsi İddiaçı alqı-satqı edilmədiyinə görə İddiaçı ona olan borcunun 24.000 manat və faktiki olaraq S.Babayevin vəsaiti olan 80.000 (səksən min) manat pulu, ümumilikdə 104.000 manat, eləcə də bağ massivinə aid torpaq sənədlərini komplekt şəkildə ona qaytardığı üçün o alqı-satqı müqaviləsində göstərilən ünvan 3 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 3cü mərtəbədə yerləşən, yaşayış sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin faktiki onun olan, qayınatası Cavabdeh1 adına rəsmiləşdirdiyi sənədləri orijinal halda (maliyyə arayışı, kassa-mədaxil orderi, alqı-satqı müqaviləsi), eləcə də həmin mənzilin giriş qapısının açarlarını şahidlərin iştirakı ilə İddiaçı təhvil verdi, İddiaçı ona olan 104.000 manat pulu şahidlərin iştirakı ilə S.Babayevə verdi. Həmin qəbzdə X11 faktiki onun olan yuxarıda göstərilən ünvanda yerləşən 4 otaqlı mənzilinin qayınatası Cavabdeh1 adına rəsmiləşdirdiyi üçün Cavabdeh1 həmin mənzilin alqı-satqısına dair imtina ərizəsinin alınaraq notariusun təsdiqi ilə İddiaçı qaytarılmasının onun öhdəsinə götürülməsi qeyd edilmişdir. Həmin qəbzdə X11 104.000 manat pulu qəbul etməsi, eləcə də Novxanı bağlar massivində bağ evinin sənədlərini qəbul etdiyi üçün İddiaçı heç bir iddia tələbi olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmişdir. İş materiallarında olan 01 avqust 2020-ci il tarıxli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın 1ci blok, 3-cü mərtəbəsində yerləşən 4 otaqlı 6 saylı mənzil İddiaçı xx.xx.2019-cu il tarixli rəsmi müraciətindən sonra xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 adına sonuncu tərəfindən Cavabdeh2 MTK-nə heç bir vəsait ödəmədən rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-367/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi öhdəliyi Cavabdeh2 MTK-nın üzərinə qoyulmuşdur və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə ilə maraqlarına toxunulan şəxs İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 367/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1 giriş, 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin ona satıldığı və onun tərəfindən ödənişlər edilməklə müvafiq maliyyə arayışı da verildiyi təsdiq edilsə də apellyasiya icraatı zamanı vermiş olduğu izahatında məhz onun razılığı əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş, daha sonra ərizə verərək qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1 giriş, 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilə dair iddiası yoxdur və gələcəkdə də olmayacaq. Göründüyü kimi, mübahisəli mənzilə dair razılaşdırılmış məbləğ Cavabdeh1 tərəfindən ödənilməklə satın alındığından İddiaçı mübahisəli mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz. Həmin qətanmədə İddiaçı apellyasiya dəlillərinə münasibətdə qeyd edilmişdir ki, apellyator apellyasiya şikayətində həmçinin X25 ilə mübahisəli mənzilin alqı-satqısına dair 2019-cu ilin aprel ayında razılığa gəlmiş, mənzilin alqı-satqısını 196.000 manata razılaşdıqları, həmin məbləğdən Samirə olan 24.000 manat borcunun çıxıldığı və ümumi 172.000 manat Samirin ona borclu qaldığını, həmin məbləği Samir ona xx.xx.2019-cu il tarixinə kimi hissə-hissə olmaqla 3 dəfəyə ödəməli olduğunu, o, Samirə inandığından mübahisəli mənzilin Samirin qayınatası, bu iş üzrə iddiaçı olan Cavabdeh1 adına sənədləşdirilməsinə razılıq verdiyini, xx.xx.2019-cu il tarixdə, yəni müqavilə bağlanandan iyirmi gün sonra Samir qaynatası Salehlə birlikdə ona 80.000 manat pul ödənildiyini, qalan 92.000 manat pulun 72.000 manatının əvəzinə isə Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini verdiklərini və qalan 20.000 manatın da tez zamanda ödəyəcəklərini vəd etsələr də sonradan qayınata kürəkən arasında münasibətlər pozulduğunu və pulun qalan hissəsini ödəmədiklərini, aralarındakı alqı-satqının baş tutmadığını, xx.xx.2019-cu il tarixdə aldığı 104.000 (80.000+24.000) manat pulu Samirə qaytardığını qeyd etsə də kollegiya şikayətin qeyd edilən dəlillərini də əsassız hesab edir. Belə ki, İddiaçı mübahisəli mənzilə dair razılaşması hazırkı iş üzrə Cavabdeh1 arasında olmuş və ödənilmiş pullar da sonuncu tərəfindən məhz İddiaçı ödənilmişdir. X11 mənzilə hər hansı hüququ olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 MTK bağladığı xx.xx.2018 il tarixli müqaviləyə əsasən əldə etdiyi ünvan 3 ünvanda yerləşən sahəsi 196,1 kv.m olan, 4 otaqlı mənzil, sonradan X25 vasitəsilə müqavilə tərəflərinin aralarında aparılmış danışıqlar nəticəsində Cavabdeh2 MTK ilə cavabdeh ƏlCavabdeh1 bağladıqları xx.xx.2019-cu il tarixli alqı-satqı razılaşmasına əsasən sonuncuya özgəninkiləşdirilmişdir. Mənzilin ƏlCavabdeh1 özgəninkiləşdirilməsi tərəflər arasında razılaşdırılsa da ödənişlərin vaxtlı-vaxtında icra olunmaması ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranmışdır. Hazırda iddiaçı ünvan 3 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 3-cü mərtəbədə yerləşən, yaşayış sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 ilə (“Payçı”) Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsini iddia edir. Bundan başqa birgə əmlakın onun icazəsi olmadan qanunsuz özgəninkiləşdirildiyini vurğulayaraq, eyni iddia tələbini cavabdehlərə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı da irəli sürür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: - 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; - 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; - 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; - 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. - 760.2-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə:
1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. - 33.2-ci maddəsinə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. - 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. - 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ünvan 3 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 3-cü mərtəbədə yerləşən, yaşayış sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 ilə (“Payçı”) Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə İddiaçı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə (“Payçı”) Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar yoxdur. Belə ki, müqavilənin ləğv olunması tərəflərdən birinin tələbi ilə - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda mümkündür. Mülki Məcəllənin və ya müqavilənin birbaşa göstərişi ilə də müqavilənin ləğvi mümkündür. İddiaçı mübahisələndirilən müqavilənin tərəfi olmadığından, sonuncunun müqavilənin ləğvinə dair tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. “İ.Orucovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı iddia tələblərinin və məhkəmədə verdiyi izahatlarının məzmunu ona dəlaət edir ki, İddiaçı özünə məxsus olan mənzilin sonradan başqasına özgəninkiləşdirilməsinin etibarlılığını da mübahisələndirir. Buna görə də məhkəmə hesab edir ki, müqavilənin ləğvi tələbi ilə yanaşı, müqavilənin etibarlılığının hüquqi əsaslarına da məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azerbaycan Respublikası Ali Məhkəməsinin 02/2022 saylı xx.xx.2022ci il tarixli qərardadında ifadə olunmuş mövqe də ondan ibarət olmuşdur ki, məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Belə ki, işdən görünür ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair razılaşdırılmış məbləğ Cavabdeh1 tərəfindən ödənilməklə satın alındığından, İddiaçı mübahisəli mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz. İddiaçı X25 ilə pul əməliyyatlarına gəldikdə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X25 ilə mübahisəli mənzilə dair razılaşması və ödənilmiş pullar Cavabdeh1 ilə X25 arasında aparılmaqla, X11 mənzilə hər hansı hüququ olmamışdır. İddiaçının mövqeyi ondan ibarətdir ki, mənzilin ona məxsus olduğu halda, həmin mənzilə dair cavabdehlər arasında xx.xx.2019-cu il tarixli müqavilənin bağlanılması qanunazidd olmuşdur. Halbuki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı həmin mənzildən imtinasından sonra Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 özgəninkiləşdirilmişdir. Bununla da, cavabdehlərin arasında müqavilənin bağlanılması zamanı İddiaçılə Cavabdeh2 MTK arasında daha əvvəl bağlanılmış xx.xx.2018-ci il müqavilə üzrə İddiaçı hüquqlarına sonuncunun öz istəyi ilə xitam verilmişdir. Buna görə də üzərində İddiaçı hüquqları saxlanılmamış mənzilin, sonuncunun razılığı ilə Cavabdeh1 özgəninkiləşdirilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamış, xx.xx.2019-cu il tarixli müqavilənin etibarsızlığı ilə nəticələnməmişdir. Nəzərə alınmalıdır ki, sözügedən müqavilələr mahiyyət etibarilə mənzillərin tikintisi və təhvilinə dair podrat razılaşmalarıdır və bağlandıqları andan mənzil üzərində mülkiyyət hüquqlarının yaranmasına səbəb olmurlar. Yuxarıda göstərilən normalardan da görünür ki, podrat müqaviləsi üzrə sifarişçiyə qanunvericiliklə nəzərdə tutulmuş şərtlər daxilində müqavilədən imtina etmək imkanları verilmişdir. İddiaçı də xx.xx.2018-ci il tarixli müqavilənin bağlanmasından sonra həmin müqavilədən öz razılığı ilə imtina etmişdir. Bununla da, xx.xx.2019-cu il tarixli müqavilənin bağlanılması zamanı müvafiq əqd tərəflərin iradə ifadəsinə uyğun olmaqla, müqavilədə qeyd olunmuş mənzil İddiaçı hüquqlarından azad olmuşdur. Hər hansı əqdin etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, mübahisəli müqavilə bağlanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmişlər. Sözügedən mənzilin alqı-satqısına dair Cavabdeh1 ilə (“Payçı”) Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızının iddia tələblərinə münasibətdə məhkəmə yuxarıda qeyd edilmiş mövqeyini təkrarlayaraq qeyd edir ki, X6 qızı xx.xx.2019-cu il tarixli müqavilənin tərəfi olmadığından, onun həmin müqavilənin ləğvini tələb etməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən, bu iddia tələblərinin məzmunu ona dəlaət edir ki, X6 qızı mübahisəli əmlakın onun icazəsi (razılığı) alınmadan qanunsuz özgəninkiləşdirilməsini vurğulayaraq əqdin etibarlılığını mübahisələndirir. Buna görə də məhkəmə hesab edir ki, müqavilənin ləğvi tələbi ilə yanaşı, müqavilənin etibarlılığı əsaslarına da məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarın 4.15-ci bəndinə görə birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Həmin Qərarın 7.3-cü bəndinə görə reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. Belə ki, mübahisəli əmlaka dair İddiaçılə Cavabdeh2 MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə İddiaçı və onun arvadı C.Musazadə- Əliyevanın hüquqları (podrat müqaviləsi üzrə hüquqlar) icbari qaydada qeydiyyata alınmalı olan hüquqlar siyasına aid edilmədiyindən, İddiaçı həmin müqavilədən (müqavilə üzrə hüquqlarından) imtinası hallarında C.Musazadə-Əliyevanın razılığının mövcudluğu ehtimal olunur. Bunun əksini sübut etmək yükü C.Musazadə-Əliyevanın üzərinə düşsə də, sonuncu razılığının olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Buna görə də Cəmilə Musazadə-Əliyevanın razılığının alınmaması əsası ilə müqavilənin etibarsızlığına dəlaət edən iddia dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbləri təmin edilmədiyindən, dövlət rüsumu müvafiq olaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X25 cəlb edilməklə) qarşı cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə iddia tələbləri təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X25 cəlb edilməklə) qarşı cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə iddia tələbləri təmin edilməsin. Dövlət rüsumu müvafiq olaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızına aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva