Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-146/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı tələbi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MMC-də işlədiyi 21 avqust 2014-cü il - 11 oktyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun "xxxx" MMC-də işlədiyi 21 avqust 2014-cü il tarixdən 11 oktyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun Cavabdeh MMC-də işlədiyi 14 oktyabr 2019-cu il – 30 aprel 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun Cavabdehndə işlədiyi 14 oktyabr 2019-cu il tarixdən 30 aprel 2022-ci il iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, habelə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMCdə işlədiyi 14 oktyabr 2019-cu il-30 aprel 2022-ci il iş dövrü ərzində ödənilməmiş 20,70 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə (ödənilməmiş əmək haqqı və əmək haqqının ödənilməsinin gecikdirilməsi üzrə) hesablanmış 1830,18 manat faizin, ödənilməmiş 6684,64 manat məzuniyyət və son haqqhesabın, həmçinin 20,70 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,0 manat mediasiya xərcinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında 21 avqust 2014-cü il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən əmək haqqı 400,00 (dörd yüz) manat olmaqla cəmiyyətin kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşdur, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəliklərini Cavabdehnə ötürdükdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 oktyabr 2019-cu il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin "a" bəndinə əsasən 11 oktyabr 2019-cu il tarixdən tutduğum vəzifədən azad edilməklə mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ilə onun arasında 14 oktyabr 2019-cu il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən əmək haqqı 550,00 (bey yüz alli) manat olmaqla cəmiyyətin kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşdur, bundan sonra 14 oktyabr 2019-cu il tarixli "Əmək müqaviləsi"nə edilmiş 30 yanvar 2021-ci il tarixli dəyişikliklərinə asasən əmək haqqı 850,00 (səkkiz yüz alli) manata, 14 oktyabr 2019-cu il tarixli "Əmək müqaviləsi"nə edilmiş 31 may 2021-ci il tarixli dəyişikliklərinə əsasən əmək haqqı 1.300,00 (bir min üç yüz) manata, 14 oktyabr 2019-cu il tarixli "Əmək müqaviləsi"nə edilmiş 19 oktyabr 2021-ci il tarixli dəyişikliklərinə asasən əmək haqqı 2.000,00 (iki min) manata dəyişdirilmişdir. "xxxx" Mahdud Məsuliyyətli Cəmiyyətinin 30 aprel 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin "a" bəndinə əsasən 30 aprel 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Cavabdeh sonuncu iş günü, yəni 30 aprel 2022- ci il tarixdə 21 avqust 2014-cü il tarixdən başlayaraq 30 aprel 2022-ci il tarixədək olan dövr üzrə əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə faizləri (ödanci), istifadə edilməmiş məzuniyyət haqqını (kompensasiyanı) hesablamamış və həmin məbləğləri mənə ödəməmişdir. Onun cavabdehlə arasında olan əmək mübahisəsi ilə əlaqədar tərəfindən cavabdeha mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh tərəfindən müsbət cavab verilməmiş, bundan sonra o, Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı onun əmək mübahisəsinə baxmaq üçün mediator X2 təyin etmişdir. Mediator tərəfindən ilkin mediasiya sessiyası 01 may 2023-cü il tarixdə təyin olunmuşdur. İlkin mediasiya sessiyasında o, iştirak etsə də, cavabdeh tərəfindən belə iştirak olmamış, bu səbəbdən mediator X3 tərəfindən ilkin mediasiya sessiyasında cavabdehin iştirak edilməməsi barədə MSB/9/2023-00744 nömrəli, 01 may 2023-cü il tarixli Arayış verilmişdir. Cavabdeh hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarını pozmaqla əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarını pozmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixində iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində "xxxx" MMC ilə aralarında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanıldığını, həmin əmək müqaviləsinə əsasən onun əmək haqqısı 400 manat olmaqla cəmiyyətin kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunduğunu, "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMC-yə ötürdükdən sonra "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən iddiaçının tutduğu vəzifədən azad edildiyini və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd edir. İlk öncə bununla bağlı qeyd edirik ki, "xxxx" MMC İddiaçı ilə əmək müqaviləsi bağladığı dövrlərdə ümumiyyətlə Cavabdeh MMC adında qurum dövlət qeydiyyatından keçməmiş və belə bir qurum yaradılmamışdır. Cavabdeh MMC xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmayıbdır. Yəni 2019-cu il tarixində "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMCyə keçirməmişdir. Cavabdeh MMC həmin dövrdə yeni yaradılmış ayrıca bir qurum olaraq fəaliyyət göstərmişdir. Digər tərəfdən İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 550 manat olmaqla cəmiyyətin kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuş, bundan sonra xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 850 manata, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqısı 1.300 manata, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 2.000 manata dəyişdirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Cavabdeh MMC iddiaçının sonuncu iş günü yəni xx.xx.2022-ci il tarixdə xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqısının, əmək haqqının gecikdirilməsinə görə faizləri, istifadə edilməmiş məzuniyyət haqqısını hesablamamış və həmin məbləği iddiaçıya ödəməmişdir. İddiaçının iddia ərizəsinə münasibətdə bildirilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə əsasən onun ilkin olaraq əmək haqqısı 550 manat məbləğində müəyyən edilmiş və MMC-də kadrlar sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2019-cu il olaraq müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və tərəfimizdən iddiaçıya işlədiyi müddətlərdə əmək haqqı tam olaraq ödənilmişdir. İddiaçının sonuncu iş günü xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək bildirmişdir ki, həmin tarixdən onu öz xahişilə işdən azad etsinlər. Bununla bağlı bildirilir ki, əgər həqiqətən də iddiaçı hazırda hüquqlarının pozulmasını iddia edirdisə o zaman vaxtında məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı son haqq-hesabını (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aldıqdan və işdən çıxdıqdan bir il sonra xx.xx.2023-cü il tarixində belə bir iddia tələbi irəli sürmüşdür. Nəzərinizə çatdırırıq ki, iddiaçı Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır. Diqqətinizə çatdırırıq ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə əsasən yuxarıda qeyd edildiyi kimi onun əmək haqqısı 550 manat məbləğində müəyyən edilmişdir və iddiaçı xx.xx.2019-cu il tarixindən işə başladığı nəzərə alınaraq, oktyabr ayında iddiaçıya ümumilikdə hesablanmış 310.87 manat məbləğində əmək haqqından DSMF-na 18.64 manat ödəniş edildikdən sonra iddiaçıya 2019-cu ilin oktyabr ayı üçünü ümumilikdə 292.23 manat ödəniş edilmişdir. Bildiririk ki, iddiaçının xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə qədər onun əmək haqqısı 550 manat məbləğində müəyyən edilmişdir və iddiaçı 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə onun əmək haqqısı 550 manat məbləğində hesablanmış və həmin məbləğdən 43.75 manat DSMF-na ödənildikdən sonra iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə hər ay 506.25 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, məhkəmə təqdim edilmiş 2019-2020-ci illər üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəllərindən çıxarışdan görünür ki, iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə əmək haqqı ödənişləri tam şəkildə ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısı 850 manat məbləğində müəyyən edilmişdir və iddiaçı 2021-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə onun əmək haqqısı 850 manat məbləğində hesablanmış və həmin məbləğdən DSMF-na 75.25 manat, İcbari Tibbi Sığortaya 8.5 manat ödənişlər edildikdən sonra iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə hər ay 766.25 manat məbləğində ödəniş edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısı 1.300 manat məbləğində müəyyən edilmişdir və iddiaçı 2021-ci ilin may, iyun, iyul, avqust ayları üzrə onun əmək haqqısı 1.300 manat məbləğində hesablanmış və həmin məbləğdən DSMF-na 122.5 manat, İcbari Tibbi Sığortaya 13 manat ödənişlər edildikdən sonra iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə hər ay 1.164,5 manat məbləğində ödəniş edilmişdir. İddiaçıya 2021-ci ilin sentyabr ayı üzrə 1.300 manat məbləğində əmək haqqı hesablanmış və eyni zamanda xx.xx.2019xx.xx.2021-ci il tarixləri dövrünü əhatə edən iş illəri üçün istifadə etmədiyi 60 təqvim günü (əsas məzuniyyətlər) əmək məzuniyyətinə görə 1.800 manat məbləğində kompensasiya hesablanmışdır. Beləlikə iddiaçıya 2021-ci ilin sentyabr ayında ümumilikdə hesablanmış 3.100 manat məbləğində ödənişdən DSMF-na 311.5 manat, İcbari Tibbi Sığortaya 31 manat ödənişlər edildikdən sonra iddiaçıya ümumilikdə 2.757.5 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi iddiaçıya 2021-ci ilin sentyabr ayında əmək haqqısı ödənilməklə, həmçinində xx.xx.2019-xx.xx.2021-ci il tarixləri dövrünü əhatə edən iş illəri üçün istifadə etmədiyi 60 təqvim günü (əsas məzuniyyətlər) əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısı 2.000 manat məbləğində müəyyən edilmişdir və iddiaçı 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə onun əmək haqqısı 2.000 manat məbləğində hesablanmış və həmin məbləğdən DSMF-na 196 manat, İcbari Tibbi Sığortaya 20 manat ödənişlər edildikdən sonra iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə hər ay 1.784 manat məbləğində ödəniş edilmişdir. 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə iddiaçının əmək haqqısı 2.000 manat məbləğində hesablanmış və həmin məbləğdən DSMF-na 196 manat, İcbari Tibbi Sığortaya 40 manat ödənişlər edildikdən sonra iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə hər ay 1.764 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, onunla bağlanan əmək müqaviləsinə həmin tarixdən xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçı işdən çıxma barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərdiyi üçün MMC tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etmədiyi 16 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə, iddiaçı ilə son haqq hesab aparılmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş 2022-ci illər üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəllərindən çıxarışdan görünür ki, iddiaçıya son haqq-hesab 899.12 manat məbləğində hesablanmış və həmin məbləğdən DSMF-na 80,41 manat, İcbari Tibbi Sığortaya 17,98 manat ödənişlər edildikdən sonra iddiaçıya son haqq-hesab olaraq 800,73 manat məbləğində ödəniş edilmişdir Eyni zamanda qeyd edirik ki, iddiaçı əmək haqqının və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğində ödəncin ödənilməsi hissəsində iddia ərizəsi əsassız və qanunvericiliyin tələblərinə əsasən ziddir. Belə ki, yuxarıda qeyd edilən hallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya hər ay əmək haqqı ödənişləri edilmiş, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri dövrünü əhatə edən iş illəri üçün istifadə etmədiyi 60 təqvim günü (əsas məzuniyyətlər) əmək məzuniyyətinə görə pul əvəzi ödənilmiş, iddiaçı MMC-dən işdən azad edilən zaman onunla son haqq-hesab aparılmış və MMC-nin iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi olaraq ödənilməmiş kompensasiya məbləği qalmamışdır. Belə olan halda görünür ki, MMC tərəfindən əmək haqqının və əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsində gecikdirilmə halları olmamış və nəticədə MMC tərəfindən iddiaçıya hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin ödənilməsindən söhbət gedə bilməz. Bundan əlavə iddiaçının iddia tələbinin “cavabdeh tərəfindən ona dəymiş 1.000 (bir min) manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, bu hissədə də iddia tələbi əsassızdır, belə ki, yuxarıda qeyd olunan hallardan görünür ki, MMC tərəfindən iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir, ona görə ki, işçi işdən öz ərizəsinə əsasən azad edilən zaman onunla bütün son haqq-hesab aparılmış, istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı iddiaçıya ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının iddia ərizəsinin dəlilləri əsassız hesab edilərək, İddiaçı iddiası təmin edilməməlidir Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbinin predmetini və əsasını əmək müqaviləsi və əmək qanunvericiliyinin tətbiqi zamanı yaranan, Əmək Məcəlləsinin 288-ci maddəsinin "d" bəndindən irəli gələn fərdi əmək mübahisəsi təşkil edir. Belə olan halda isə hazırkı fərdi əmək mübahisəsinə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti tətbiq edilməlidir. İşin mübahisəsiz halıdır ki İddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilmiş, həmin tarixdə ona əmək kitabçasının əsli, xx.xx.2022-ci il tarixdə isə son haqq-hesab üzrə ödənişin ödənilməsi təmin edilmişdir. Belə olan halda iddia müddətinin axımı 11 iyun 2022-ci il tarixindən başlamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə, yəni müddətinin axımının başlanmasından 10 ay sonra mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə Arayış almış və xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə İddiaçı hüququnun pozuldugunu bildiyi xx.xx.2022-ci il tarixindən (mediasiya prosesinə sərf edilən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət çıxılmaqla) 11 ay keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ona son haqq- hesab və s. sənədlər təqdim edilmiş, əgər işçi olaraq ödənilməmiş əmək haqının və istifadə edilməmiş məzuniyyətin ödənilmədiyini hesab edirdisə, son haqqhesabı aldığı vaxtdan 1 ay ərzində məhkəməyə müraciət etmək hüququ vardır. Hazırkı iş üzrə iddia tələbini mahiyyəti üzrə qəbul etmirik. Eyni zamanda, bildiririk ki, iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Hazırkı iş üzrə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, İş materiallarından görünür ki, Cavabdeh MMC xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsii bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müddətsiz, aylıq əmək haqqı 550 manat olmaqla kadrlar sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsii bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müddətsiz, aylıq əmək haqqı 850 manat olmaqla kadrlar sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsii bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müddətsiz, aylıq əmək haqqı 1300 manat olmaqla kadrlar sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsii bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müddətsiz, aylıq əmək haqqı 2000 manat olmaqla kadrlar sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 98/M №-li Əmrindən görünür ki, Cavabdeh MMC-nin Ofis bölməsində kadrlar sahəsinin rəisi vəzifəsində işləyən İddiaçı xx.xx.2019-xx.xx.2021-ci il tarixləri dövrünü əhatə edən iş illəri üçün istifadə etmədiyi 60 təqvim günü (əsas məzuniyyətlər) əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, onu xx.xx.2022-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 21/k №-li əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 14 oktyabr 2019-cu il tarixli Əmək müqaviləsinə (kontraktına) xitam verilməsi, qanunvericiliyə uyğun şəkildə istifadə edilməmiş 16 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Rabitəbank” ödəniş tapşırığından görünür ki, məzuniyyət ödənişinin məbləği 3500 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Rabitəbank”-ın ödəniş tapşırığından görünür ki, sentyabr 2021-ci il əmək haqqının məbləği 166763,67 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Rabitəbank”-ın ödəniş tapşırığından görünür ki, may 2022-ci il əmək haqqının məbləği 257352,43 manatdır. İş materiallarından görünür ki, “Rabitəbank”-ın İddiaçı ödəniləcək hesablarının məbləği 1000 manatdır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4881 saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə əlavə hesablanıb ödənilməli məbləğlər - əlavə hesablanıb ödənilməsinin gecikməsi üzrə cərimə - 1593,16, ödənilməmiş əmək haqqı – 20,70, ödənilməmiş əmək haqqı üzrə cərimə - 237,02, məzuniyyət və son haqq-hesab üzrə ödənilməli fərq – 6684,64, cəmi – 8535,52 manat təşkil etdiyi müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş ekspertiza keçirilməsinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manatdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/28 saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ödənilməmiş qalıq əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə ödənilməli pul əvəzinin (kompensasiyanın) məbləği (fərq) müəyyən edilməmişdir. Həmin Rəyə əlavə edilmiş ekspertiza keçirilməsinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 200 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2019cu il tarixdə kadrlar sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir, əvvəlcə onun əmək haqqı hər ay 550 manat, xx.xx.2021-ci il tarixdən 850 manat, xx.xx.2021-ci il tarixdən 1300 manat, xx.xx.2021-ci il tarixdən isə 2000 manat müəyyən edilmişdir, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir, əmrə əsasən istifadə edilməmiş 16 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin qanunvericiliyə uyğun şəkildə ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir, Cavabdeh MMC İddiaçı xx.xx.2019-xx.xx.2021-ci il tarixləri dövrünü əhatə edən iş illəri üçün istifadə etmədiyi 60 təqvim günü (əsas məzuniyyətlər) əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4881 saylı ekspert rəyi üzrə İddiaçı xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə əlavə hesablanıb ödənilməli məbləğlər - əlavə hesablanıb ödənilməsinin gecikməsi üzrə cərimə - 1593,16, ödənilməmiş əmək haqqı – 20,70, ödənilməmiş əmək haqqı üzrə cərimə - 237,02, məzuniyyət və son haqq-hesab üzrə ödənilməli fərq – 6684,64, cəmi – 8535,52 manat təşkil etdiyi müəyyən edilir, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/28 saylı ekspert rəyi üzrə İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ödənilməmiş qalıq əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə ödənilməli pul əvəzinin (kompensasiyanın) məbləğinin (fərq) müəyyən edilmədiyi müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə İddiaçı Cavabdeh MMC-də işlədiyi 14 oktyabr 2019-cu il-30 aprel 2022-ci il iş dövrü ərzində ödənilməmiş 20,70 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə (ödənilməmiş əmək haqqı və əmək haqqının ödənilməsinin gecikdirilməsi üzrə) hesablanmış 1830,18 manat faizin, ödənilməmiş 6684,64 manat məzuniyyət və son haqq-hesabın, həmçinin 20,70 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,0 manat mediasiya xərcinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədədir. İddiaçı işdən azad olunduğu 30 aprel 2022-ci il tarixə qədər olan dövr ərzində real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bilmiş, yəni 30 aprel 2022-ci il iş dövrü ərzində əmək haqqının və əmək haqqının gecikdirilməsini, məzuniyyət və son haqq-hesabın ödənilməməsi barədə və bu dövr ərzində onun hüquqlarının ehtimal olunan pozulmasından xəbərdar olmuş, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir edir ki, qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı 30 aprel 2022-ci il tarixə qədər olan dövr ərzində real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən (14 oktyabr 2019-cu il-30 aprel 2022-ci il) xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi 14 oktyabr 2019-cu il-30 aprel 2022-ci il iş dövrü ərzində ödənilməmiş 20,70 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə (ödənilməmiş əmək haqqı və əmək haqqının ödənilməsinin gecikdirilməsi üzrə) hesablanmış 1830,18 manat faizin, ödənilməmiş 6684,64 manat məzuniyyət və son haqq-hesabın, həmçinin 20,70 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,0 manat mediasiya xərcinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 220 manat iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh MMC-də işlədiyi 14 oktyabr 2019-cu il-30 aprel 2022-ci il iş dövrü ərzində ödənilməmiş 20,70 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə (ödənilməmiş əmək haqqı və əmək haqqının ödənilməsinin gecikdirilməsi üzrə) hesablanmış 1830,18 manat faizin, ödənilməmiş 6684,64 manat məzuniyyət və son haqq-hesabın, həmçinin 20,70 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,0 manat mediasiya xərcinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. İddiaçı məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 220 (iki yüz iyirmi) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-146/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-146/2024
12.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver