Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1488/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 oktyabr 2018-ci il təvəllüdlü X4 və 19 oktyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı ərizə təqdim edərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçı izahatında bildirmişdir ki, o, ünvan 1i ünvanında qeydiyyatdadır, hazırda Bakıda uşaqları ilə birlikdə yaşayır. Məhkəmə iclası barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hazırkı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışından görünür ki, İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan 82 saylı MKİS-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5 və X4 ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından olan X5 və X3 Xətai rayon ərazisində qeydiyyatsız yaşadığına dair arayış təqdim etsə də, həmin arayışdan İddiaçı Xətai rayon ərazisində yaşaması faktı öz əksini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçının rəsmi qeydə alındığı ünvan Tovuz Rayon Məhkəməsinin yurisdiksiyasına, cavabdehin rəsmi qeydə alındığı ünvan Fizuli Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının rəsmi qeydə alındığı ünvan Tovuz Rayon Məhkəməsinin yurisdiksiyasına aid olduğundan mülki iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənləri əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1 və 39.1-ci və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1488/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1488/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver