Məhkəmə qərarları › İş №2(011)-1499/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1499/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1499/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Lerik rayon İcra Şöbəsi və X2 maraqlı şəxslər qismində cəlb edilməklə) mülki iddiadan məhkəmə qətnaməsi ilə təmin edilmiş sığorta məbləğinin çıxılmaqla azaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Lerik rayon Məhkəməsinin hökmü ilə törətdiyi cinayət hadisəsi nəticəsində cavabdehın xeyrinə mülki iddia olaraq təmin edilmiş 85 000 manat puldan evin mülkiyyətçisi olan X1 "xxxx" ASC tərəfindən ödənilmiş 27 244,58 manat pulun çıxılaraq azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onlaın iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı bildirir ki, Lerik Rayon Məhkəməsinin 1(048)-23/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən evə dəymiş zərərə görə 85 000 manat məbləğində pulun ondan tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığorta olunduğundan evə dəymiş zərərə görə 27 244,58 manat pul sığorta şirkəti tərəfindən Zaur Nəsirova sığorta ödənişi qismində ödənilmişdir. Sonradan iddiaçı hazırki tələblə Lerik rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən həmin vaxt 27 244,58 manat pul vəsaitinin ondan tutularaq sığorta şirkətinə ödənilməsi barədə məhkəmə qətnaməsi olmadığından iddia təmin edilməmişdir. Daha sonra, o, sığorta ödənişindən müəyyən qədər ödədikdən sonra "xxxx" ASC ona qarşı 23 844,58 manat pul vəsaitinin tutulması barədə iddia qaldırmış, Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini almışdır. Ona görə də, ödədiyi 27.244,58 manat sığorta pulunun cavabdehin veyrinə tutulmuş 85.000 manat mülki iddiadan çıxılaraq azaldılması barədə məhkəməyə müraciət edir. Məhkəmə hesab edir ki, iddiaçının irəli irəli sürdüyü iddia tələbinə hazırkı iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, iş materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 1(048)-23/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən iddiaçı AR CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti tətbiq edilməklə, hökmlə təyin edilmiş cəza şərti hesab edilmişdir. Həmçinin, həmin hökmlə cavabdehin mülki iddiası təmin edilərək, 85000 manat pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır. Lerik rayon İcra şöbəsi tərəfindən “PRO BONO” vəkil bürosuna verilmiş arayışda da göstərilmişdir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(048)-23/2019 saylı icra sənədi üzrə iddiaçı cavabdehə 4000 manat pul ödəmişdir. Göründüyü kimi, Lerik Rayon Məhkəməsinin 1(048)-23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü həm də mülki iddiaya aid hissədə qanuni qüvvəsini almışdır. İddiaçının iddiası təmin olunacağı halda isə, bu qanuni qüvvəsini almış məhkəmə qərarının dəyişdirilməsinə səbəb olmuş olur. Halbu ki, hazırkı icraat çərçivəsində məhkəməsinin digər məhkəmənin qanuni qüvvəsini almış qərarının dəyişdirilmək səlahiyyəti yoxdur və bu qanuna ziddir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qaldırdığı mübahisəli məsələ ya icra mərhələsində öz həllini tapmalı, ya da iddiaçı bnunla bağlı MPM-nin 45-ci fəslinə uyğun olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat qaydasında AR Ali Məhkəməsinə müraciət edə bilər. Mülki Prosessual Məcəlləsinin 432.1 və 432.2.1-ci maddələrində də göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslardan biridir. Yenə də həmin Məcəllənin 433-cü maddəinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinə hazırkı icraat qaydasında baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı (Lerik rayon İcra Şöbəsi və X2 maraqlı şəxslər qismində cəlb edilməklə) mülki iddiadan məhkəmə qətnaməsi ilə təmin edilmiş sığorta məbləğinin çıxılmaqla azaldılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar