Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1507/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gələn və hazırda yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün bir uşağa görə 235 manat olmaqla, üç uşaq üçün cəmi 705 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Sual-cavab zamanı o bildirmişdir ki, uşaqların saxlanılması üçün məhkəmə tərəfindən aliment təyin edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4171/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və Əliyeva (Mehtiyeva) Məsumə Həsən qızı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli, 1143 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 və tərbiyə edilmələri üçün Əliyeva (Mehtiyeva) Məsumə Həsən qızının yanında qalmaları, onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 360 manat sabit pul məbləğində alimentin tutularaq, Əliyeva (Mehtiyeva) Məsumə Həsən qızına ödənilməsi qət edilmişdir. Göründüyü kimi, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən aliment məhkəmə qərarına əsasən müəyyən edilmişdir. Buna görə də hazırki iddia ərizəsi üzrə (alimentin təyin edilməsi) eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə mülki işə daha əvvəl məhkəmənin icraatında baxılmaqla, yekun məhkəmə aktı çıxarıldığından və artıq həmin məhkəmə aktı qanuni qüvvəsini aldığından, hazırki iddia ərizəsi üzrə icraata xitam verilməli, iddiaçıya aliment məbləğinin tutulmasına dair məhkəmə qətnaməsinin icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1., 263, 264 və 355-23.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi üzrə icraata xitam verilsin. xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimentin tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4171/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icra vəziyyəti ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1507/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1507/2024
22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver