Məhkəmə qərarları › İş №2(011)-1585/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1585/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1585/2020 30.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən iddiaçının xeyrinə 2,500.000 (iki milyon beş yüz min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının səhlənkarlığı nəticəsində qardaşını itirmişdir. İşin halları ondan ibarətdir ki, Lənkəran rayon X16 nəzarətçi - çilingər vəzifəsindən işləyən X13 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.2, 7.8 “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın 3.95-ci bəndlərinin tələblərinin kobud surətdə pozaraq, ünvan 1 4 ünvanında yerləşən X5 məxsus 4 saylı evdə qaz cihazlarının quraşdırılması və istismarının müvafiq qaydaların tələblərinə cavab verməsini təmin etməmiş, qaz cihazlarında təhlükəsizlik istifadə qaydaları üzrə ev sakinlərini müvafiq qaydada təlimatlandırmamış, qüsurların aşkar edilməsi və ləğvi məqsədi ilə daxili qaz avadanlıqlarına və birləşmələrə baxış keçirmədiyi üçün istismarı qadağan olunmuş, kustar üsulla hazırlanmış sobanın izolə edilmədən taxta döşəmənin üzərində istifadəsini aşkar etməmiş, bu səbəbdən də xx xxxxxx 2010-cu il tarixdə saat 03:10 radələrində həmin evin şüşəbəndində, kustar üsulla hazırlanmış qaz sobasının uzun müddət nəzarətsiz istifadəsi nəticəsində həddən artıq qızmasından döşəmənin izolə edilməmiş taxta materialı alovun termiki təsirindən alışmış və yanğın baş vermişdir. Bu hadisə nəticəsində iddiaçının qardaşı X9 aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüşdür və həmin evin içərisindən əşyalarla birlikdə yanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18513 saylı rəyindən görünür ki, ünvan 1 4-də yerləşən 4 saylı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 7.420 manat müəyyən olunmuşdur. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bacısı İradə Əzimovaya məxsus 44 adda əşyaların yanması nəticəsində bacısı İradəyə 7125 manat məbləğində maddi zərər də vurulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli, 1(049)-221/2011 saylı hökmünə əsasən X13 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli, 1(049)-221/2011 saylı hökmü qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmdən görünür ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 65 saylı rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun baş, boyun, gövdə, yuxarı və aşağı ətrafların ümumi sahəsi 100 % olan İV dərəcəli termiki yanığı aşkar edilmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2010-cu il tarixdə yanğın nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Məhrumun ölümünə səbəb bədən səthinin 100 % olan İV dərəcəli termiki yanığı olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 225.2-cı maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh Lənkəran X16 nəzarətçi çilingər İşləyən əməkdaşı X8 təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökm ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(049)-221/2011 nömrəli hökmü ilə X8 AR CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay (dörd il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin Hökmün surətindən həmçinin görünür ki, Lənkəran rayon X16 nəzarətçi çilingər vəzifəsindən işləyən X13 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.2, 7.8 “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın 3.95-ci bəndlərinin tələblərinin kobud surətdə pozaraq, ünvan 1 4 ünvanında yerləşən X5 məxsus 4 saylı evdə qaz cihazlarının quraşdırılması və istismarının müvafiq qaydaların tələblərinə cavab verməsini təmin etməmiş, qaz cihazlarında təhlükəsizlik istifadə qaydaları üzrə ev sakinlərini müvafiq qaydada təlimatlandırmamış, qüsurların aşkar edilməsi və ləğvi məqsədi ilə daxili qaz avadanlıqlarına və birləşmələrə baxış keçirmədiyi üçün istismarı qadağan olunmuş, kustar üsulla hazırlanmış sobanın izolə edilmədən taxta döşəmənin üzərində istifadəsini aşkar etməmiş, bu səbəbdən də xx xxxxxx 2010-cu il tarixdə saat 03:10 radələrində həmin evin şüşəbəndində, kustar üsulla hazırlanmış qaz sobasının uzun müddət nəzarətsiz istifadəsi nəticəsində həddən artıq qızmasından döşəmənin izolə edilməmiş taxta materialı alovun termiki təsirindən alışmış və yanğın baş vermişdir. Bu hadisə nəticəsində iddiaçının qardaşı X9 aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüşdür və həmin evin içərisindən əşyalarla birlikdə yanmışdır. Hökmdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 65 saylı rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun baş, boyun, gövdə, yuxarı və aşağı ətrafların ümumi sahəsi 100 % olan İV dərəcəli termiki yanığı aşkar edilmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2010-cu il tarixdə yanğın nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Məhrumun ölümünə səbəb bədən səthinin 100 % olan İV dərəcəli termiki yanığı olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 450102 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan İV-ЖГ seriyalı, 403965 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur, atası X11, anası X7r. Göründüyü kimi, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının qardaşı X4 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Lənkəran rayonu X12 nəzarətçi-çilingər vəzifəsində çalışan X8 Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və X17 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X17 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən oğlunun ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 2.500.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 6000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 6.000 (altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar