Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1679/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürmə, maneələrin aradan qaldırılması və kompensasiya tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürmə, maneələrin aradan qaldırılması və kompensasiya tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 26, 110 saylı mənzilə dair Çıxarış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən iddiaçıya təqdim olunmuşdur. Həmin Çıxarışa əsasən, ünvan 5 mənzildə cavabdehlər Cavabdeh1 1/2 hissə, Cavabdeh2 3/8 hissə və iddiaçı Cəfərov Təhmsibin isə 1/8 hissə payının olduğu müəyyən edilmişdir. İddiaçının orada pay hüququnun olmasına, onun da cavabdehlərlə birlikdə mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya müxtəlif maneələr yaradılmış, mülkiyyətçisi olduğu mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış olan maneələrin aradan qaldırılmasını iddiaçı dəfələrlə onlardan xahiş etsə də, buna məhəl qoyulmamış, cavabdehlər tərəfindən qanunsuz əməllər davam etdirilmişdir. Məhz cavabdehlərin iddiaçının istifadə hüququnu həyata keçirməsinə mane olmaları səbəbindən o, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ev 26, 110 saylı mənzildə yaşaya bilmir və nəticədə 5 aya yaxındır ki, ailə üzvləri - X5 və X11 ilə bərabər kirayədə qalmağa məcbur olmuşlar. Həmin dövrdən aylıq 350 (üç yüz əlli) manat kirayə haqqı ödəyərək kirayədə qaldığından bu günədək 1750 (bir min yeddi yüz əlli) manat məbləğində kirayə haqqı ödəmişdir. Odur ki, bütün göstərilənlərə əsasən, ünvan 1, 110 saylı mənzildə yaşamağına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçı və ailə üzvləri X5, X6 1/8 hissə payının olduğu ünvan 1, 110 saylı mənzilə köçürülmələri və 5 aya yaxın hər ay üçün 350 (üç yüz əlli) manat kirayə haqqı ödədiyindən ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir. İddiaçının tələbi: ünvan 1 ünvanında yerləşən 110 saylı mənzildə yaşamağa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması; İddiaçı və onun ailə üzvləri - X5, X6 1/8 hissə payının olduğu ünvan 1 ünvanında yerləşən 110 saylı mənzilə köçürülməsi; ünvan 1 ünvanında yerləşən 110 saylı mənzildə cavabdehlər tərəfindən yaradılmış maneə nəticəsində iddiaçı tərəfindən 5 ay müddətinə aylıq 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə 1750 (min yeddi yüz əlli) manat ödənilmiş kirayə haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh1 tərəfindən iddiaçının tələbinə qarşı xx.xx.2023-cü il tarixdə yazılı etiraz daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd olunan ünvanda cavabdehin qızı X12 qarşı bir neçə dəfə yüngül bədən xəsarətləri yetirmiş və bununla bağlı Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə məlumat verilmişdir. (Belə hadisələrin dəfələrlə təkrar olunması ilə bağlı 102 Qaynar xəttində və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis İdarəsində qeydiyyat aparılmışdır). Aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları adı çəkilən ünvana gəlmişdir. Bundan sonra cavabdeh İddiaçı polis əməkdaşları tərəfindən bölməyə aparılmışdır. Cavabdehin yoldaşı X5 öz istəyi ilə öz şəxsi əşyalarını götürərərək ünvanı tərk etmiş və cavabdeh İddiaçı göstərilən ünvana bir daha gəlməmişdir. Hal-hazırda onların şəxsi ev əşyaları birlikdə yaşadıqları müddətdə qaldığı otaqdan çıxarılmamışdır. Cavabdeh evdə olmadığı zaman o, evə girərək evdə olan cavabdehə məxsus və özünə məxsus bəzi əşyaları götürmüşdür. Cavabdeh İddiaçı Xətai Rayon Məhkəməsinə müraciət edərək 5 ay kirayədə qaldığı müddətdə özü tərəfindən ödənilmiş olan məbləğin ondan tələb etməsini uyğun hesab etmir. Əsas olaraq bildirilmişdir ki, İddiaçı 3 ay müddətində həyat yoldaşı X1 qardaşı olan X2 evində məskunlaşmışdır. Beləliklə iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, köçürülməsini istədiyi evdə cavabdehlər mübahisə yaradaraq yaşamasına maneə yaradırlar. Müəyyən əşyalarını götürmüşdür. Hazırda da ailəsi ilə birlikdə qaynının evində deyil, kirayədə yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Evdən qovulmamışdır və gəlməsinə maneə yaradılmamışdır. Evdən getdikdən sonra kirayədə deyil, qaynına məxsus mənzildə yaşamışdır. Hazırda da iddiaçının ailəsi ilə birlikdə məlum mənzildə yaşamasına etirazı yoxdur. İddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Həmçinin Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edərək və iddiaya etirazın məzmuna uyğun izahat verən Cavabdeh1 əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzildə birlikdə yaşadıqda övladları mübahisə edir. Atalarının evidir və hər hansısa biri digərinə gəlməməsini deyə bilməz. Oğlu olan iddiaçı istədiyi vaxt evə gəlmişdir. Hazırda da iddiaçı ona qaynıgildə qaldığını bildirmişdir. Təhmasib bacısı ilə mübahisə edərək evi tərk etmiş, evdən məcburi çıxarılmamışdır. Əşyaları da hazırda birgə yaşadıqları mənzildə qalmışdır. Lakin birlikdə yaşamaları mümkünsüzdür. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: -xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh1, Cavabdeh2, X15, İddiaçıdur; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26, mənzil 110 mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh1, 3/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı adına olmaqla qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1, mənzil 110-da qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər qismində - X5, X11, X15, X17, X16, Cavabdeh1, Cavabdeh2 – qeyd edilmişlər; - Nikah haqqında Şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə X4 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu nikahın bağlanması barədə kitabda 2326 № ilə qeyd edilmişdir; - Doğum haqqında Şəhadətnamənin surətinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X6 atası İddiaçı, anası X3r; - Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Anar Abbasov tərəfindən qəbul edilmiş Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərara əsasən X8 36-cı PBnə yazdığı ərizə əsasında ərizə “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 1883 sayla qeydiyyata alınmış və araşdırma zamanı X15 ərizə və izahat yazaraq xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək qardaşı ilə aralarında münaqişə olmasını bildirmiş, əsəbiləşdiyi üçün belə məlumat verməsini, hər hansı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Beləliklə material üzrə hər hansı cinayət hadisəsinin olmamasını, eləcə də vətəndaş X8 şikayətinin olmamasının nəzərə alaraq, Xətai RPİ-nin 36cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Anar Abbasov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2022-ci il tarixli X10 əsasən İddiaçı ilə “Ev alqı-satqısı” firmasının nümayəndəsi Abiyeva Mətanətin iştirakı ilə kirayə müqaviləsi bağlanmış və R.Məmmədov küçəsi, ev 22, mənzil 10 ünvanında yerləşən bir otaqlı mənzil üçün aylıq kirayə haqqı 350 manat ödəmək barədə razılığa gəldikləri qeyd edilmiş, lakin ev sahibinin (mülkiyyət və ya digər hüquqlara əsasən) kimliyi müqavilədə qeyd edilməmiş və ev sahibi müqaviləyə imza etməmişdir; - xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş hesab faktura, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlıqlara və qazdan istifadə üçün ödənilmiş qəbzlərə əsasən ünvan 3 ünvanında kommunal xərclərlə bağlı ödənişlər icra edilmişdir; - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən mənzil "xxxx" MMC tərəfindən internet və digər xidmətlər ilə təchiz edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi : 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: İddia tələbinin mənzilə köçürülmə hisəsini araşdıraraq məhkəmə müəyyən etdi ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 5 ünvanda yerləşən mənzildə 1/8 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ müdafiə olunmalı və mülkiyyətindən istifadə etmək hüququ təmin olunmalı, mənzilə köçürülməlidir. Eyni zamanda yuxarıda istinad edilən normalardan da göründüyü kimi, iddiaçı və onun ailə üzvləri - X5, X11 mənzildən istifadə etmək hüququnun yaranması üçün köçürülən şəxslər kateqoriyasına daxildir. Belə ki, mənzildən istifadə etmək hüququnun yaranması üçün köçürülən şəxslər mülkiyyətçinin ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları, və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Məhkəmə iddia tələbinin maneələrin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları və iş materiallarının dəlillərindən aydın olur ki, iddiaçı mübahisəli mənzildə yaşamasına cavabdehlər tərəfindən törədilən maneələr dedikdə, cavabdehlərlə aralarında olan ailə münaqişəsini nəzərdə tutur və özlüyündə bu münaqişələr şəxsin mülkiyyət və ya istifadə hüquqlarını həyata keçirməsinin qarşısının alınması və məhkəmənin cavabdehlərə qadağan edə biləcəyi hər hansı real maneə kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçı öz izahında əsas maneənin və mənzildən çıxıb-getmə səbəbinin mənzilə istifadə hüququ olan bacısı X15 ilə aralarında yaşadığı mübahisənin səbəb olduğunu qeyd etmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli yazılı etiraz ərizəsində, o cümlədən məhkəmə iclasında verdiyi izahında (xx.xx.2023-cü il) iddiaçının mübahisəsinin onun və digər Cavabdeh2 arasında deyil, qızı X15 ilə olduğunu qeyd etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarında” da görünür ki, xx.xx.2022-ci il tarixində DİN 102 xidmətinə zəng edərək qardaşı ilə aralarında münaqişə olması ilə bağlı şikayət X15 tərəfindən edilmiş, lakin daha sonra X15 şikayətini geri götürmüşdür. Lakin iddiaçı maneə yaratması ilə bağlı X8 cavabdeh qismində cəlb edilməsi ilə bağlı vəsatət verməmişdir. Eyni zamanda cavabdeh qismində cəlb edilən Cavabdeh2 və Cavabdeh1 qıznın mənzildən istifadəyə nə kimi manealər törəməsi ilə bağlı məhkəməyə əlavə sübüt və dəlillər təqdim edilməmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan görünür ki, iddiaçı ailədaxili münaqişə baş verdikdən sonra mənzilə maneəsiz şəkildə daxil ola, şəxsi əşyalarını götürə bilmiş, daha sonra da mənzilə daxil olmaq üçün real maneələrlə üzləşməmişdir. Mənzilin açarının dəyişdirilməsi daha sonra baş vermiş və buna səbəb açarın nasaz olması olmuşdur. Cavabdeh2 və Cavabdeh1 öz izahlarında (xx.xx.2023-cü il) iddiaçı və ailə üzvlərinin mənzildə yaşamasına heç bir etirazlarının olmadığını bildirmişlər. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş kirayə haqqının cavabdehlərdən tutulub iddiaçının xeyrinə ödənilməsi hissəsini araşdıraraq qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin digər hissəsi olan maneələrin aradan qaldırılması hissəsində iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə real maneələr müəyyən edilmədiyindən iddiaçının mülkiyyət hüququnu həyata keçirmək üçün tədbir görmək əvəzinə başqa evdə yaşamağa başlaması onun məcburiyyəti kimi deyil, şəxsi seçimi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, əgər real maneələr mövcud olsa idi belə, iddiaçının kirayədə yaşaması faktı iş materialları ilə təsdiq edilməli idi. Belə ki, iş materiallarına əlavə edilmiş kirayə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilmədiyindən, həmçinin aylıq 350 manat kirayə haqqının ödənilməsini təsdiq edən sübutlar (qəbz, şahid ifadələri və ya digər formada) məhkəməyə təqdim edilmədiyindən kirayə münasibətlərinin mövcudluğu şübhə doğurur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və Məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. Beləliklə, iddiaçı ünvan 4 ünvanında kirayə müqaviləsi əsasında yaşadığını və həmin mənzil üçün qeyd edilən məbləğdə kirayə haqqı ödədiyini sübut edə bilmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 110 saylı mənzilə köçürməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı və onun ailə üzvləri - X5, X11 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26, 110 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova