Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1771/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh hər ay onun qazancının və digər gəlirlərinin üçdəbir hissəsi miqdarda uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə aliment tutulması və alimentin tutulmasının xx xxxxxxxx 2020-ci il tarixdən başlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları anadan olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü Baxşəli Nurlan, xx.xx.2018-ci il təvəllüdlü Baxşəli Xədicə. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsində komendant köməkçisi vəzifəsində işləyir. Lakin aldığı əmək haqqından və digər gəlirlərdən uşaqların maddi cəhətdən saxlanması üçün heç bir köməklik etmir. xx xxxxxxxx 2020-ci il tarixdə isə o, yaşadıqları mənzildən çıxıb getməklə uşaqlarla maraqlanmır, onlara heç bir maddi yardım və qayğı göstərmir. Hazırda uşaqlar iddiaçının himayəsində olmaqla, onları maddi cəhətdən tək saxlamaqda çox çətinlik çəkir. Belə ki, heç bir yerdə işləmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiklərini bildirərək iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahın bağlanması haqqında 159 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyev, arvada Əliyeva soyadı verilmişdir (AZ-İ seriyalı, 551618 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamə). Birgə nikahdan tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X5 (AZ-İİ seriyalı 614051 nömrəli Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti) və xx.xx.2018-ci il təvəllüdlü X6 (AZ-İV seriyalı 058881 nömrəli Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti) doğulmuşdur. Məhkəmə iddianın alimentə təyin edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir hissəsi) miqdarında aliment cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Yuxarıda göstərilən normariv hüquqi aktların tələbləri, mülki iş üzrə diqqətəlayiq bütün hallar, həmçinin tərəflərin maddi və ailə vəziyyətini nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən İddiaçı xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir hissəsi) miqdarında aliment tutulmalıdır. Məhkəmə alimentin xx.xx.2020-ci il tarixdən hesablanması ilə bağlı tələbə qiymət verərək belə qənaətə gəlir ki, alimentin tutulması müddətini təyin edilmiş aliment iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla tutulmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir hissəsi) miqdarında aliment alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1771/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1771/2021
12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver