Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-188/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdeh Azərbaycan Respublikası Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Tibb Universiteti X1rşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən həyata keçirilən cərrahiyyə əməliyyatı nəticəsində zədələnmiş üz sinirinin əməliyyatı və müalicəsi üçün tələb olunan 15000 (on beş min) manat pulun, mənəvi zərərə görə isə 5000 (beş min) manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddət öncə səhhətində problem yaranmışdır. Belə ki, qulaq nahiyəsində güclü ağrılar başladı və o, məcbur olaraq həkimə müraciət etdi. Soraqlaşdıqdan sonra ona guya Cavabdeh adlı həkimin kifayət qədər təcrübəsi olduğu deyildi və onun qəbulunda oldu. Onu müayinə etdikdən sonra həkim olan bu şəxs cərrahiyyə əməliyyatının labüd olduğunu və təcili olaraq cərrahiyyə əməliyyatı olmalı olduğunu bildirdi. Eyni zamanda həkim tərəfindən ona xroniki orta otit. Mastoidit diaqnozu qoyuldu. Ağrılar artıq dözülməz olduğundan əməliyyata razılıq verdi. Əməliyyatı xx.xx.2021-ci il tarixində baş tutdu. Lakin çox cüzi vaxtdan sonra üzünün sol hissəsində keyimə hiss etdi və bu keyimə daha da artdı. Sonra isə ümumiyyətlə sifətinin sol nahiyəsi hissiyatı itirdi. Həkimdən bunun səbəbini soruşduqda çox bəhanələrdən sonra etiraf etdi ki, cərrahiyyə əməliyyatı zamanı sol üz sinirini zədələyib və üz sinirinin perifetik parezi yanıb. Çox üzrlərdən sonra xahiş etdi ki, müalicəyə guya kömək edəcək, buraxdığı bu ciddi nöqsanın qısa vaxt zamanında aradan götürülməsi üçün müalicə işləri aparacaq. Lakin o, onun təcrübəsiz və səhlənkar münasibətini görüb başqa həkimdə müayinədən keçdim və bəlli oldu ki, həkimin bu səhlənkarlığının aradan qaldırılması üçün uzun müalicə kursu lazımdır. Bütün bunları o, Cavabdeh bildirdi və xahiş etdi ki, onu aldatmasın, başqa həkimlər onun dediyinin əksini deyir. İş o yerə gəlib çatdı ki, guya dedikləri onun xətrinə dəydi və onu müalicə etməkdən imtina etdi. Bugün onun bu cür səhlənkarlığının acı nəticələrini onun üzündə görmək olar. Hal-hazırda günü həkimlərdə keçir ki, heç olmasa nitq qabiliyyətində (danışığında) yaranmış problemi aradan qaldırsın. Bəllidir ki, bu cür müalicə kursları kifayət qədər vəsait tələb edir. O isə bu vəsaitləri qarşılamaq gücündə deyil. Onu yarıcan edən həkimin isə heç nə vecinə deyil. Sanki onların səhlənkarlığının acı yükünü daşımağa məhkumdur. İddia tələbində göstərilən faktları iddia ərizəsinə əlavə etdiyi epikriz və KT müayinəsi ilə sənədlər də sübut edir. Hal-hazırda müalicəsi kifayət qədər pul vəsaiti tələb edir. O, isə bu xərcləri qarşılaya bilmir. Onu təkrar müayinə edən həkimlər də bildirir ki, üz sinirlərinin əməliyyatı və müalicəsi ən azı 15000 (on beş min) manat pul vəsaiti tələb edir. Cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Cavabdeh təqsirli hərəkətinin nəticəsi olaraq, eyni zamanda onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Bu barədə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında da mənəvi zərərin şəxsə məxsus maddi və ya qeyri-maddi nemətlərə aid hüquqlarının pozulması nəticəsində vurulduğu qeyd edilib. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həmçinin əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən həyata keçirilən cərrahiyyə əməliyyatı nəticəsində zədələnmiş üz sinirinin əməliyyatı və müalicəsi üçün tələb olunan 15000 (on beş min) manat pulun, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə Azərbaycan Respublikası Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının birgə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, həkim Cavabdeh tərəfindən İddiaçı üzərində aparılmış əməliyyat nəticəsində zədələnmiş üz sinirinin bərpası üçün 18000 (on səkkiz min) ABŞ dolları və mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğində pul vəsaiti, o cümlədən 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı üzərində əməliyyat bütün tibbi protokollar üzrə aparılıb. Xəstənin də özü bildirir ki, onun üzündə əyrilik əməliyyatdan bir müddət sonra yaranıb. Xəstə şəkərli diabet olduğu üçün ona hormonal preparatlar vurula bilməzdi. Həmçinin ekspertizanın rəyləri ilə də təsdiq edilir ki, onun üz sinirinin zədələnməsində əməliyyatla əlaqəsi yoxdur. Odur ki, iddiaçının iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, atası İddiaçı salamat idi, tək problemi qulağının ağrısı idi. Əməliyyatdan sonra yataq xəstəsi olmuşdur. Həkim Cavabdeh əməliyyatdan çıxanda üzünü göstərərək onlardan soruşmuşdur ki, xəstənin üzündə problem var idi. 2-3 gün sonra Cavabdeh əməliyyata görə ödədikləri pulu qaytarmışdır. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini cavabdeh klinikada əməliyyat vaxtı ciddi həkim səhvinə yol verilməsi ilə əsaslandırmışdır. İddianın predmeti xüsusi bilik tələb edən məsələ ilə bağlı olduğundan məhkəmə qərarı əsasında mülki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən məhkəmə-tibbi ekspertizası keçirilmiş, tərəfin təqdim etdikləri çoxsaylı tibbi sənədlər ekspertlərə təqdim olunmuş və Birlik tərəfindən iş materialındakı məlumatlara, tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq məhkəmə-tibbi ekspertizasına əsaslanmış ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin ekspertizanın nəticəsində məhkəməyə təqdim edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsinin 949/KEŞ saylı ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun olaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.ATU-nun X2 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Xroniki orta otit. Mastoidit” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Mastoidotomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövrdə üz sinirinin periferik parezi əlamətləri yaranmış və xx.xx.2021-ci il tarixdə xəstə evə yazılmışdır. 2.İddiaçı mütəxəssis müayinəsi zamanı onda sol qulağın arxasındakı kəsiyin bitişdiyi, xarici qulaq keçəcəyində və boşluqda otoskopik irinli ifrazatın, təbil boşluğunda üstdən qranulyasiyanın və üz sinirin hər üç şaxəsində periferik parez əlamətlərinin olduğu müəyyən edilmişdir. Xəstənin üzərində icra edilmiş “Mastoidotomiya” cərrahiyyə əməliyyatı zamanı üz sinirinin zədələnməsi mümkün deyildir. Belə ki, üz sinirinin parezi cərrahiyyə əməliyyatından 2 saat sonra baş vermir. Həmçinin, əməliyyatdan sonrakı dövrdə aparılmış KT müayinəsində üz siniri kanalında travmatik dəyişikliklərin olduğu müəyyən olduğu müəyyən edilməmişdir. Qeyd olunan parez üz sinirində baş verən reaktiv ödem və xəstədə yanaşı gedən xəstəlik nəticəsində yaranmış xəstəliyin ağırlaşması kimi qiymətləndirilir. 3.İddiaçı mütəxəssis müayinəsinə əsasən, hazırda onun təkrar cərrahiyyə əməliyyatınn aparılmasına ehtiyac yoxdur, bununla yanaşı həkim nəzarətində və korreksion müalicənin aparılması məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsin 287 nömrəli rəyindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:
1. ATU-nun X2 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Xroniki orta otit. Mastoidit” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Mastoidotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində icra edilən əməliyyat təyin olunmuş diaqnoza uyğun düzgün aparılmışdır.
2. İddiaçı mütəxəssis müayinəsi zamanı qulağında aparılmış əməliyyatdan sonra üz sinirin hər üç şaxəsində periferik parez əlamətləri əmələ gəlmiş və hal-hazırda da davam edir. Qeyd olunan üz sinirinin periferik parezinin yaranma səbəbi davamlı perifokal ödemin olması və bu ödemin davamlı və geniş olması xəstədə olan şəkərli diabet nəticəsində mikrosirkulyasiyanın pozulması ilə əlaqədardır. Xəstədə üz sinirinin periferik parezi əməliyyatdan bir müddət sonra baş verdiyi üçün üz sinirinin parezini texniki cəhətdən əməliyyatın aparılması ilə əlaqələndirmək olmaz.
3. İddiaçı mütəxəssis müayinəsinə əsasən, hazırda onun təkrari cərrahiyyə əməliyyatına ehtiyacı yoxdur, hər bir təkrarı əməliyyatdan sonra şəkərli diabetlə əlaqəli yaranan perifokal ödem prosesin dərinləşməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsi müəyyən edir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin odənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar kecirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri muəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, hər bir şəxsin hüququ qanunla muhafizə edilir. Qanunla mudafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin odənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin odənilməsi tələb edilə bilər. Çünki delikt torətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna gorə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin onun arvadının müalicəsi zamanı səhhətinə zərər vurmasını və buna görə də sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun olaraq iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə, mülki işdə olan sübutlarla və ekspertiza rəyləri ilə təsdiq edilir ki, İddiaçı Azərbaycan Respublikası Tibb Universiteti X2 aparılmış əməliyyat hazırda Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuş, Azərbaycan Respublikası Tibb Universiteti X2 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 01 fevral 2021-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Xroniki orta otit. Mastoidit” diaqnozu düzgün təyin edilmiş, İddiaçı aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olaraq düzgün cərrahiyyə əməliyyatı aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eyni zamanda cavabdehlərin təqsirli olmasını sübut edə bilmədiyindən onun cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Tibb Universiteti X1rşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Tibb Universiteti X1rşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova