Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1900/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və qətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı birgə nikahdan doğulmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanımasına görə alimentin tutulmasına dair xx.xx.2019-cu il tarixli qətnamənin ləğv olunması və alimentin azaldılaraq əmək haqqının üçdə bir hissəsinin yönədilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli qətnamənin ləğv olunaraq alimentin məbləğinin azaldılması barədə iddia irəli sürmüşdür. Məhkəmə hesab edir ki, bu halda iddiaçı iddia ərizəsi ilə deyil, qətnamədən narazı olduğu təqdirdə (iddia ərizəsinin məzmunundan müəyyən olunur ki qətnamə ilə tutulan alimentin məbləğindən narazıdır) qətnamədən yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə məhkəmənin ərizəyə mahiyyəti üzrə baxaraq məhkəmənin qərarını ləğv etməyə səlahiyyəti yoxdur. AR MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. AR MPM-nin 358.0.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin qətnamələrindən yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına apellyasiya qaydasında şikayət verilə bilər. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və onun hazırkı iddiasına birinci instansiya məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya narazı olduğu məhkəmə qətnaməsindən qanunvericilikdə apellyasiya şikayəti üçün nəzərdə tutulmuş forma və məzmunda, eyni zamanda qanunvericilikdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətdə apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və qətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah olunsun ki, narazı olduğu halda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1436/2013 saylı, xx.xx.2103-cü il tarixli qətnaməsindən qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmunda, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətdə apellyasiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1900/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1900/2023
01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver