Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1903/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 246 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-472/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. Göründüyü kimi, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün sonradan yaranmış heç bir hüquqi əsas mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçılarnın hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Hazırki iş üzrə iddiaçı, qüvvədə olan məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləği ilə razı deyilsə, eləcə də, ödənilən aliment yetkinlik yaşşına çatmayan uşağın saxlanılması üçün kifayət etmirsə, iddiaçı bu səbəbdən alimentin təyin edilməsi barədə deyil, alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “aliimentin təyin edilməsi” tələbinə dair hissədə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1903/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1903/2025
30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver