Məhkəmə qərarları › İş №2(011)-1937/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1937/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1937/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan 11.11.2007-ci il təvəllüdlü X11 üçün əlavə çəkilən xərclər qismində hər aya görə 200 manat, eləcə də ödədiyi 52 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21.08.2004-cü il tarixdə cavabdehlə nikaha daxil olaraq ailə qurmuşdu. Bu nikahdan tərəflərin 11.11.2007-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Qeyd etmək istəyir ki, ailə münasibətləri getdikcə pisləşdiyindən nikahı məhkəmə qaydasında pozulması ilə əlaqədar Nizami Rayon Məhkəməsinə müraciət etməli olmuşdu. Nəticədə, Nizami Rayon Məhkəməsinin 01.10.2010-cu il tarixli qətnamə ilə nikahları pozulmuş, azyaşlı uşağı yanında saxlanılmış və onun saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ hissəsində alimentin tutulması qət edilmişdir. Bu aliment öhdəliyi cavabdeh tərəfindən qərəzli olaraq icra edilməmiş və iddiaçı məcbur olaraq təkrar Xətai Rayon İcra Şöbəsinə müraciət etmişdir. Lakin, məcburi icra tədbirlərinin nəticəsində Cavabdeh aldığı əmək haqqının ¼ hissəsində ödənməli olan aliment pulun tutulması mümkün olmuşdur. Uzun illərdir ki, aliment üzrə yaranmış borclar ödənməyə başlamışdır. Bütün bu qərəzli, qanunsuz hərəkətlər nəticəsində iddiaçı birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladını tək saxlamış və ona baxmışdır. İddiaçının övladı Qasımov Elmar nadi xəstəlikdən əziyyət çəkir. O, birləşmiş səs və çoxsaylı hərəkət səyrimələri pozuntusu diaqnozu qoyulmuşdur. Bu xəstəlik bir neçə psixofizioloji pozuntularaq gətirib çıxarır. Elmar təhsilini ev şəraitində alır. Bunun üçün evinə xüsusi müəllimlər gəlir. Artıq necə ildir ki, iddiaçı bütün vaxtını iddiaçının müalicəsinə sərf edir. Bu səbəbdən hər hansı bir əməklə məşğul ola bilmir. Üstəlik də müalicəsi həm də müəyyən xərclər tələb edir. Belə ki, xəstəlik aşkar olunduqdan sonra ilk növbədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi” X14 müayinə və müalicə olurdu. Lakin müalicənin nəticə vermədiyi üçün başqa həkimə müraciət etmişdir. Müalicənin gedişatında uşağın səhhətində irəlləyiş müşahidə olunur. Lakin necə illərdir ki, uşağın müalicəsi, reabilitasiya, dərmanların və uşağın müalicəsi ilə bağlı sairə işlərin görülməsi üçün ay ərzində təxmini 200 manat həcmində əlavə xərclər də çıxır. Cavabdehin ödədiyi aliment bütün bu xərcləri qarşılamır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburriyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.10.2010-cu il tarixli 2(007)-2323/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, məhkəmə Cavabdeh ilə Qasımov (Axundova) Delarə Eminovla arasında 21.08.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 1887 saylı AZ-İ nömrəli 106045 seriyalı nikah qeydiyyatının pozulması, 11.11.2007-ci il tarixdə anadan olmuş X11 anası X3 yanında saxlanılması, Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirin dörddə bir hissəsi miqdarında aliment 30.08.2010-cu il tarixdən başlayaraq, 11.11.2007-ci il tarixə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X6 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 975874 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11.11.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X4. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2654 nömrəli 08.06.2020-ci il tarixli arayışdan görünür ki, 11.11.2007-ci il təvəllüdlü X7 birləşmiş səs və çoxsaylı hərəkət səyrimələri pozuntusu (Turett sindromu) F95.2 , üzvi emosional labil astenik pozuntusu F06.6 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 11006 nömrəli, 06.12.2021-ci il tarixli məktubdan görünür ki, 11.11.2007-ci il təvəllüdlü X11 04.04.2016-cı il tarixdə mərkəzə müayinə üçün müraciət etmiş, ona birləşmiş səs və çoxsaylı hərəkət səyrimələri pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzinin 248 nömrəli 29.11.2021-ci il tarixli arayışdan və mərkəzə ödəniş qəbzindən görünür ki, pasient X11 16.12.2019, 20.12.2019, 06.01.2020, 31.01.2020, 26.02.2020, 03.09.2020, 15.05.2020, 05.10.2020, 08.01.2021, 28.05.2021, 31.08.2021, 21.10.2021, 18.11.2021 tarixlərində müayinə olmuş, pasientə “Toureyye sondromu” diaqnozu qoyulmuşdur. “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzinə səksən beş manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Elmar Qasımovun müalicəsi üçün yazılmış resept blanklarında görünür ki, uşaq 2020-ci ildən bü günədək dərman müalicəsi alır. İş materiallarında olan AZ-İ seriyalı 781968 nömrəli “Nikah haqqında Şahədətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında nikah bağlanılmış, bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 17.12.2011-ci il tarixdə qeyd aparılmışdır. İş materiallarında olan AZE seriyalı, 11885780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qasımova Məryam 07.09.2012-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə Allehverdiyeva İlahədir. İş materiallarında olan Qasımova İlahəyə məxsus müayinə sənədlərindən görünür ki, X13 C müayinələri pozitiv çıxmış, Qasımova İlahənin qaraciyərdə diffuz dəyişiklik piy hepatoz tipli İ dərəcədə, öd kisədə az çöküntü, madəaltı vəzidə mülayim diffuz dəyişiklik mövcuddur. Müayinələrə görə 300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Cavabdeh arvadıdır, İddiaçı isə ərinin keçmiş arvadı kimi tanıyıb. Əri Cavabdeh iddiaçının tələblərini ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, şahid özü də ağır xəstədir. Onun bir aylıq dərmanının xırçı 450 manat təşkil edir. Onun müalicəsi üçün pul tələb olunur. Cavabdeh 750 manat məbləğində əmək haqqı aldığına baxmayaraq, o evə pul gətirmir. O, özü işləyir, və övladını saxlayır. Belə ki, cavabdehin hələ kredit borcu da var. Cavabdehin anası sağ olduğu zaman, o, iddiaçıya uşağın saxlanılması üçün köməklik edirdi və iddiaçının hər hansı bir şikayətləri olmamışdır. Qadın rəhmətə gedəndən sonra, iddiaçının şikayətləri yarandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, iddiaçının bacısıdır, cavabdehi isə bacısının vasitəsi ilə tərəflər ailə qurduqdan sonra tanış oldu. Onun bacısının hal-hazırda vəziyyəti çox ağırdı. Belə ki, bacısının övladı Qasımov Elmar xəstədir, o evdə təhsil alır. Uşağın atası uşağın müalicəsi üçün yetərli dəstək göstərmir, uşağın müalicəsi üçün ödənilən alimentin məbləği kifayət etmir. Belə ki, müalicə bahalıdır və uzun müddətlidir. Cavabdeh nə maddi cəhətdən dəstək göstərmir, nə də uşağa qayğı və diqqət göstərmir. Belə ki, uşağı hərbi kommisarlığda qeydiyyat alınması tələb olunmuş, lakin ora mən və bacım getmişdir. Bundan atasının məlumatı olmamışdır. Mənim bacım barədə şəyalər yayırlar ki, bacım özünü düzgün aparmamışdır. Lakin bunların heç biri həqiqətə uyğun deyil. Mənim bacım cavabdehdən onun qumar oynadığı, oğurluq etdiyi və yalan danışdığına görə ayrılmışdır. Uşağa sindrom Tourette diaqnozu qoyulmuşdur. Uşaq tikləri olur, bəzən uşaq birdən kışkıra biklər. Bu səbəblə də, uşaq evdə təhsil alır. Aylıq bacım hər ay dərmanlara, təxminən, 75 manat məbləğində pul ödəyir. Onlar, həmçinin, mütamadi olaraq, həkim müayinəsində keçirlər. Hər bir müayinəyə görə 85 manat məbləğində pul ödənilir. Bacısı evdə xəstə uşağa və nənəsinə baxdığına görə işləyə bilmir, işdən ayrılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh uşaqlıq dostudur, İddiaçını isə sonradan Cavabdeh vasitəsilə tanımışdır. Cavabdeh və onun anası uşağın tədbirlərində iştirak etmiş, atası onun görüşürdü. O, özü də uşağın bədənində döyülmənin izlərini görmüşdür. O, sual etmişdir ki, uşağı niyə anası və babası döyürdü. Cavabdehin də ailəsi var, övladı var, banka kredit ödəyir, maddi imkanı yoxdur ki, əlavə xərcləri ödəsin. O, Cavabdeh maddi yardım göstərir. Cavabdehin ailəsi dağılır. Belə ki, cavabdeh ikinci evlilikdən olan qızını maddi cəhətdən saxlaya bilmir, evə pul gətirə bilmir. Mülki işin materiallarından göründüyü kimi, 11.11.2007-ci il təvəllüdlü X11 birləşmiş səs və çoxsaylı hərəkət səyrimələri pozuntusu (Turett sindromu) F95.2 , üzvi emosional labil astenik pozuntusundan əziyyət çəkir. Onun xəstəliyi müalicə tələb edir. Uşaq iddiaçının yanında qaldığına görə ananın uşağa qulluq edərək, onun tərbiyəsi və müalicəsi ilə məşqul olaraq və uşağın müəyyən maddi tələbatlarının ödəyərək bir valideyn kimi öhdəsinə düşən vəzifələri yerinə yetirdiyiyi danılmaz faktdır. Belə olan halda, uşağın valideyni kimi cavabdehin də üzərinə qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti iddiaçı ilə bölüşmək vəzifəsi düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün cavabdehdən özünün xeyrinə hər ay vəsaitin tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Valideynin əlavə xərclərə cəlb olunması dedikdə, bütün müalicə xərclərinin əlavə xərclərə cəlb olunmalı olan valideyndən tutulması deyil, həmin valideyndən əlavə xərcin müəyyən hissəsinin tutulması nəzərdə tutulur. Məhkəmə mülki iş üzrə cavabdehin maddi vəziyyətini, onun himayəsində ikinci nikahında olan daha üç uşağın olduğunu, həmçinin iddiaçı ilə cavabdehin birgə övladı olan X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh uşağın müalicəsi ilə əlaqədar hər ay çəkilməli olan xərcə cəlb edilərək, uşağın müalicəsinin davam etdiyi müddətdə cavabdehdən uşağın müalicəsi üçün hər ay 75 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 11.11.2007-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsi üçün qətnamə qanuni güvvəyə mindiyi tarixdən başlayaraq X5 müalicəsinin davam etdiyi müddətdə Cavabdeh hər ay 75 (yetmiş beş) manat məbləğində sabit pul şəklində vəsait tutularaq İddiaçı ödənilsin.. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar