Məhkəmə qərarları › İş №2(011)-2032/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2032/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2032/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinı dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 540 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında 18.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X3” markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 14.06.2018-ci il tarixdə “X3” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ə.Əlizadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Volkswagen Golf” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 2985 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ DYPİ-nin 14.06.2018-ci il tarixli, İXP1851516 saylı İnzibati xəta haqqında protokoluna əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və onun hadisə yerindən yayındığı qeyd olunmuşdur. Səbail RPİ DYPŞ-nin 17.09.2018-ci il tarixli, 065.2291-1218 saylı arayışına əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək iddianı tam həcmdə müdafiə etdiyini göstərmiş, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək sığorta çirkəti tərəfindən dəymiş ziyanın məbləğinin şişirdildiyini göstərmiş, ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.06.2017-ci il tarixdə PAA********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “X3” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil 16.06.2017-ci il tarixdən 17.06.2018-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. AC seriyalı, 525180 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X3” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır. Səbail RPİ DYPŞ-nin 14.06.2018-ci il tarixli, İXP1851516 saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, 14.06.2018-ci il tarixdə Cavabdeh “X3” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Əlizadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Volkswagen Golf” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq hadisə yerini tərk etmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Hesablama aktının surətindən görünür ki, X1 məxsus olan “Volkswagen Golf” markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 2985 manat məbləğində pul vəsaiti tələb olunmuşdur. 12.03.2019-cu il tarixli, 19-02425/03/AA-4835/18 saylı sığorta aktının və 13.03.2019-cu il tarixli, 004144 saylı ödəmə tapşırığının surətlərindən görünür ki, "xxxx" tərəfindən 2985 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 03.05.2021-ci il tarixli, 9/1885 saylı ekspert rəyi ilə “Volkswagen Golf’ markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın 2430 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin ödəmək tələbi üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya o vaxt keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtorıəqliyyat vasitələrinin sahiblərinin mülki məsııliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı stirücü hadisə yerindətı yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbhğində subroqasiya hüququ yaranır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh “xxxx” ASC ilə aralarında bağlanmış 18.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta olunmuş “X3” markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək “Volkswagen Golf” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, vurulmuş maddi zərərə görə “xxxx” ASC tərəfindən 2985 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi, ekspert rəyi ilə dəymiş ziyanın 2430 manat olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 2430 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında, sığorta hadisəsinin baş verməsinə səbəb olmuş yüksək təhlükə mənbəyi olan “X3” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 03.05.2021-ci il tarixli, 9/1885 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 24,30 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyərinin 81 manat hissəsi cavabdehdən, 19 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 300, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2430 (iki min dörd yüz otuz) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumunun 24,30 (iyirmi dörd manat 40 qəpik) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 81 (səksən bir) manat hissəsi Cavabdeh, 19 (on doqquz) manat hissəsi iddiaçı "xxxx" ASC-dən tutulub dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar