Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2036/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “dəymiş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X6 qarşı – cavabdehdən 2.500 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 adlı şəxsi bir neçə ildir yaşadığı ünvandan tanıyır və onunla yoldaşlıq münasibətləri vardır. O, Amilin "X9" xidmətində işlədiyini bildiyi üçün Amilə işsiz olduğunu, işlədiyi mühafizə xidmətində iş olacağı təqdirdə ona bildirməsini xahiş etmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Amillə görüş zamanı Amil ona işlədiyi mühafizə xidmətində vakant iş yeri olduğunu bildirdi. Bu səbəbdən də o, Amil ilə birlikdə mühafizə xidmətinin yerləşdiyi Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin yaxınlığında yerləşən ofisə girərək mühafizə xidmətinin rəhbəri Elşən Abıyevlə tanış olmuşdur. Elşən onu özünə müavin təyin edəcəyini bildirmişdir. Elşən Abıyev onu bu vəzifəyə təyin etmək üçün ondan 3.000 (üç min) manat pul istədikdə o bildirmişdir ki, onun 3.000 (üç min) manat pulu yoxdur və ona 2.500 (iki min beş yüz) manat pul verə bilər. Bir gün sonra 2022-ci il oktyabr ayının ortalarında Amil ilə birlikdə Abıyev Elşənin iş otağında ona 2.500 (iki min beş yüz) manat pul vermişdir. Həmin gündən onunla iş müqaviləsi bağlanmışdır. Müqaviləsi var. Elşən onu qeyd olunan mühafizə xidmətinə şəxsi heyət üzrə müavin vəzifəsinə təyin etmişdir. Bağlanmış müqaviləyə əsasən o, aylıq olaraq 650 (altı yüz əlli) manat əmək haqqı almalı idi. O, bir ay işlədikdən sonra Elşən ona bir aylıq əmək haqqından 195 (bir yüz doxsan beş) manat pul vermişdir. Pulun verilmə səbəbi onun 9 gün işlədiyi əmək haqqı idi. Sonra 2022-ci il noyabr və dekabr aylarını işləsə də Abıyev Elşən ona əmək haqqı ödəməmişdir. Yanvar ayının əvvəllərində anası vəfat etdiyi üçün o, Elşəndən xahiş etmişdir ki, onun əmək haqqısını versin. Elşən Amilin vasitəsilə ilə ona 650 (altı yüz əlli) manat pul göndərmişdir. 2023-cü il yanvar ayının 12-də o Elşənə yaxınlaşaraq işləmək istəmədiyini bildirmişdir və verdiyi 2.500 (iki min beş yüz) manatın geri qaytarılmasını tələb etmişdir. Elşən uzun müddət onu aldadaraq pulu verəcəyini bildirsə də pulunu verməmişdir. O, bu haqda Nizami rayon 24-cü Polis Bölməsinə şikayət etmişdir. 24-cü Polis Bölməsinin tədqiqatçısı ona bildirmişdir ki, yalnız mülki qaydada cavabdehin yaşadığı ərazidə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ünvanlayaraq, X3 2.500 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, Elşən Abıyev ona maaş qismində yalnız bir dəfə 2022-ci ilin oktyabr ayında 9-10 iş günü üçün 195 manat məbləğində pul ödəmişdir. O, əmək haqqının verilməsi barədə sənədlərə imza etməklə 195 manat əmək haqqısını almışdır. E.Abıyevin ona yanvar ayının ortasında ödədiyi 650 manat pul məbləği onun əmək haqqısı deyil, E.Abıyevə göstərdiyi sair xidmətlərin müqabilində olmuşdur. Belə ki, o E.Abıyevin ailəsini 4 dəfə Bakı şəhərindən Cəlilabad rayonuna sürücü olaraq aparıbgətirdiyinə görə cavabdeh E.Abıyev ona 650 manat yol pulu ödəmişdir. Bu məbləğin əmək haqqına aidiyyəti yoxdur. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçılə qonşudurlar. O, "X9" xidmətində kadrlar şöbəsinin rəisi kimi işləmişdir. X7 həmin mühafizə xidmətinin rəisidir. E.Abıyev ona aylıq maaşı 650 manat olan icraçı direktor vəzifəsinin vakant olduğunu demişdir və təklif etmişdir ki, işçi qismində tanıdığı şəxslərdən birini işə dəvət etsin. E.Abıyev bildirmişdir ki, həmin vəzifəyə təyin olunmaq üçün işə düzələn adam 2.500 manat ödəniş etməlidir. O, E.Abıyevı İddiaçılə tanış etmişdir. E.Abıyevin xidməti otağında onun iştirakı ilə İddiaçı E.Abıyevə əlbəəl 2500 manat pul vermişdir. Pullar ABŞ dolları və milli valyutada olmaqla, ümumilikdə 2.500 manat təşkil edirdi. Daha sonra İddiaçıla müqavilə bağlanılmışdır, ona xidməti vəsiqə verilmişdir və sonuncunun əmri verilərək İddiaçı işə götürülmüşdür. E.Abıyev İddiaçı cəmi 195 manat əmək haqqı ödəmişdir. Əlavə olaraq şahid A.İsmayılov bildirmişdir ki, özünün də E.Abıyevə qarşı pul tələbi barədə iddiasına məhkəmədə baxılır. İş materiallarına əlavə edilmiş “X9” MMC (“İşəgötürən”) ilə İddiaçı (“İşçi”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. İşçi “icraçı direktor” vəzifəsinə təyin edilmişdir, aylıq əmək haqqı 650 manat kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş “X9” MMC-nin xx.xx.2022-ci il tarixli K/24 saylı əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “icraçı direktor” vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, vətəndaş X2 müraciəti əsasında toplanmış HK1-469 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X2 müraciəti əsasında toplanmış HK1-469 saylı materialın surətindən görünür ki, İddiaçı öz izahatında bildirmişdir ki, Amil adlı şəxsi bir neçə ildir ki, yaşadıqları məhəllədən tanıyır və onunla yoldaşlıq münasibətləri vardır. O Amilin “X9" xidmətində işlədiyini bildiyi üçün Amilə işsiz olduğunu, işlədiyi mühafizə xidmətində iş olacağı təqdirdə ona bildirməsini xahiş etmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Amillə görüş zamanı Amil ona işlədiyi mühafizə xidmətində vakant iş yeri olduğunu, onu işlə təmin edə biləcəyini dedi. Bu səbəbdəndə o Amil ilə birlikdə mühafizə xidmətinin yerləşdiyi Xətai RPl-nin 34-cü PŞ-nin yaxınlığında yerləşən ofisə gedərək mühafizə xidmətinin rəhbəri Elşən Abıyev adlı şəxslə tanış olmuşdur. Onların tanış olduqların zamanı Elşən ona özünə müavin təyin edəcəyini bildirdi. O, Elşənin xidməti otağından çıxdıqdan sonra Amil Elşənlə söhbət etdikdən sonra ona yaxınlaşaraq Elşənin ona işə düzəlməsinin qarşılığında 3.000 manat pul istədiyini bildirdikdə o, 3.000 manat pulunun olmadığını, 2.500 manat pul verə biləcəyini bildirmişdir. Bir gün sonra yəni oktyabr ayının ortalarında o, yenidən Amil ilə birlikdə Elşənin ofisinə gedərək ona 2.500 manat pul vermişdir. Elşən onu qeyd olunan mühafizə xidmətinə şəxsi heyət üzrə müavin vəzifəsinə təyin etdiyini bildirmişdir. Onun mühafizə xidmətinin rəisi Elşən ilə bağladığı müqaviləyə əsasən o, aylıq olaraq 650 manat məvacib almalı idi. Bir ay işlədikdən sonra Elşən aylıq maaşından 195 manat pul vermişdir. Qeyd olunan pulun verilmə səbəbi, yəni 195 manat pulun verilmə səbəbi onun qeyd olunan ayda 9 gün işləməyi idi. Noyabr və dekabr ayı o, qeyd olunan mühafizə xidmətində işləsə də Elşən ona pulun olmadığını, yaxın günlərdə verəcəyini bildirdi. Yanvar ayının əvvəllərində anası vəfat etdiyi üçün o, Elşən ilə əlaqə saxlayaraq ona məvacibini verməsini bildirdikdə, Elşən Amilin vasitəsi ilə ona 650 manat pul göndərmişdir. Yanvar ayının 12-si tarixində o, Elşənə yaxınlaşaraq işləmək istəmədiyini, verdiyi pulu geri qaytarmasını istədikdə o, pulu verəcəyini bildirsə də pulunu verməmişdir. X2 müraciəti əsasında toplanmış HK1-469 saylı materialın surətindən görünür ki, X4 öz izahatında bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında iş tapmaq məqsədi ilə internet saytlarda elanlara baxan zaman bir nəfər şəxsin elan yerləşdirdiyini görərək həmin şəxslə əlaqə saxlamışdır. Həmin şəxslə əlaqə saxladıqda o, “X9” MMC-nin rəhbəri olduğunu, işlədiyi MMC-nin kadrlar şöbəsinin rəisi vəzifəsinin vakant olduğunu, onu həmin işə təyin edə biləcəyini bildirmişdir. O, həmin şəxslə əlaqə saxladıqdan sonra Nəsimi rayonu ərazisində görüşərək bir qədər söhbət etdikdən sonra MMC-nin rəhbəri Elşən ona işinin düzəlməsi üçün 2.000 manat pul verməli olduğunu bildirmişdir. O, Elşənə bu barədə atası Nürəddinlə məsləhət etdikdən sonra ona qərarını deyəcəyini bildirmişdir. Bir gün sonra atası ilə birlikdə Elşən ilə Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən “Laçın qaya" adlanan kafedə görüşmüşdür. Atası Elşənlə söhbət etdikdən sonra onu işlə təmin etmək məqsədi ilə Elşənə 2.000 manat pul vermişdir. Onun Elşənlə aralarında olan razılığa əsasən onun aylıq məvacibi 450 manat olmalı idi. 2022-ci ilin oktyabr ayının 15-i tarixində həmin şirkətdə işə başladı. Bir ay tamam olduqdan sonra Elşən onun yarım aylıq məvacibini verdi. Sonrakı aylarda isə məvacibinin bir hissəsini ödəsə də qalan hissəsini yaxın zamanlarda ödəyəcəyini bildirdi, lakin sonradan məvacibini ödəmədi. O, məvacibimi ala bilmədiyim üçün 2023cü ilin yanvar ayının 1-i tarixindən işlədiyi işdən ayrıldı. O, qeyd olunan şirkətdə işlədiyi müddətdə Elşən ona şirkətdə vakant yerlərin olduğunu, tanışlarını işlə təmin edə biləcəyini bildirdiyi üçün o, Rafiq və Nicat adlı tanışlarına bu barədə danışdıqda onlar da işsiz olduqlarını, işləmək istədiklərini bildirdikləri üçün o, həmin şəxsləri Elşən adlı şəxslə tanış etdi. Həmin şəxslər onun yanında Elşənin xidməti otağında Elşənə istədiyi məbləğdə pulları ödəyiblər. Həmin şəxslər bir müddət qeyd olunan şirkətdə işlədikdən sonra Elşən həmin şəxslərin məvaciblərini ödəmədiyi üçün onlar da işdən çıxmışdılar. Elşən Nicatı qeyd olunan şirkətdə xidmətə nəzarət işinə təyin etmişdir və bunun qarşılığında Nicatdan 1.200 manat pul almışdır. Nicat qeyd olunan 1.200 manat pulu Elşənin otağında onun yanında Elşənin şəxsən özünə vermişdir. Elşən Rafiq adlı şəxsi işlədiyi MMC-də icraçı direktor vəzifəsinə təyin etmişdir. Bunun qarşılığında iş otağında Rafiq adlı şəxsdən əlbəəl 2.500 manat pul almışdır. Elşən Rafiq, Sahil və Nicatı işə qəbul etməsinin qarşılığında aldığı pulları o Elşənə verməyib, həmin şəxslər onun iştirakı ilə Elşənin iş otağında Elşənin şəxsən özünə veriblər. Elşənin bu barədə dedikləri şər və böhtan xarakterlidir. Qeyd olunan şəxslər verdikləri pulu ona deyil, əlbəəl olaraq Elşənin özünə veriblər. Qeyd olunan şəxslərdən yalnız Sahil adlı şəxs işə düzəlməyinin qarşılığında verməli olduğu pulu tanışı Xəlil adlı şəxsə vermişdir, Xəlil isə Sahildən aldığı 2.200 manat pulun 500 manatını özünə götürərək qalan 1700 manat pulu onun yanında Elşənə məxsus plastik karta köçürmüşdür. O, Sahil adlı şəxsdən əlbəəl olaraq heç bir miqdarda pul almamışdır. Bildirmək istəyir ki, Xəlil ilə Elşənin uzun müddətdir ki, tanışlıqları var. X2 müraciəti əsasında toplanmış HK1-469 saylı materialın surətindən görünür ki, X7 öz izahatında göstərmişdir ki, o 2019-cu il tarixdə “X9” xidmətini təsis etmişdir. Qeyd olunan mühafizə xidməti Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşir. O, qeyd olunan mühafizə xidmətinin təsisçisi, eyni zamanda qanuni təmsilçisi vəzifəsində işləmişdir. Amil İsmayılovu ortaq tanışlarının vasitəsi ilə tanımışdır və onu işlədiyi mühafizə xidmətinə kadr şöbəsinin müdiri vəzifəsinə təyin etmişdir. O, Amili işə qəbul etdikdən sonra Amilin atası Nürəddin onunla Nizami rayonu ərazisində yerləşən “Laçın qaya” adlı kafedə görüşərək ona 2.000 (iki min) manat pul vermişdi. Nürəddinin ona pul verməsinin səbəbi oğlunu işə götürməyin qarşılığında hörmət mənasında verməsi idi. Bir müddət sonra maddi vəziyyətinin çətin olması səbəbindən o, Amilin atası Nürəddindən 500 manat, bir müddət sonra isə Amilin özündən 500 manat pulu borca almışdır. Amil işlədiyi dövrdə mühafizə xidmətində olan vakant yerlərə öz tanışlarını təyin etmək istədiyini, bunun müqabilində ona pul verəcəyini bildirdikdə o, ona “pul almağa qorxduğunu” bildirmişdir. Amil isə həmin şəxslərin yaxınları, qohumları olduğunu, bu səbəbdən də narahatçılığa heç bir əsasın olmadığını bildirmişdir. Amil müxtəlif dövrlərdə tanışı İddiaçı onunla tanış edərək yaxını olduğunu, onu mühafizə xidmətinə icraçı direktor təyin etməyini istədi. O, Rafiqlə müqavilə bağladıqdan sonra Amil ona Rafiqi işə götürməyinin qarşılığında 1.500 manat pul vermişdir. Daha sonrakı müddətdə X1 onun yanına gətirərək Sahili mühafizə xidmətində xidmət üzrə müavin vəzifəsinə təyin etməyini istədi. O, Sahillə söhbət etdikdən sonra onunla rəsmi qaydada müqavilə bağladıqdan bir neçə gün sonra Amil ona məxsus plastik karta 1.200 manat pul göndərdi. Daha sonra Amil qohumu kimi təqdim etdiyi Nicat İskəndərov adlı şəxsi onunla tanış edərək onu əməliyyatçı vəzifəsinə təyin etməyini istədiyi üçün o, Nicatla söhbət etdikdən sonra onunla rəsmi qaydada müqavilə bağlayaraq onu işə qəbul etdi. Amil Nicatı işə qəbul etməyinin qarşılığında ona 800 manat pul verdi. İddiaçı işə qəbul olunmasının qarşılığında ona pul verməyib, o onu işə qəbul etdikdən sonra Amil ona 1.500 manat pul vermişdir. İddiaçı mühafizə xidmətində təxminən 3 ay işləmişdir, o onun işlədiyi dövrdə 2 aylıq məvacibini ödəsədə son ay onun məvacibini verə bilməmişdir. O, Rafiqə aylıq olaraq 650 manat məvacib ödəmişdir, hal-hazırda onun Rafiqə bir aylıq məvacib borcu qalmışdır. O, Amilin aldığı pulu ona hansı səbəbdən kəsir olaraq verməsini bilməmişdir. O, işə götürdüyü şəxslərin heç birindən Amilə nə qədər pul vermələrini maraqlanmamışdır, bu səbəbdən də onların nə qədər pul vermələrini bilməmişdir. O, işə qəbul etdiyi şəxslərin heç birindən əlbə-əl olaraq pul almamışdır, aldığı pulları Amilin vasitəsi ilə almışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən görünür ki, tərəflər arasında əmək münasibətləri yaranmışdır. Hazırki mübahisə həmin müqavilə üzrə ödənilməli olan əmək haqqı borcu və sair əmək mübahisələri ilə bağlı deyildir. İddiaçı əmək müqaviləsinin bağlanılması anınadək cavabdehə ödədiyi 2.500 manat məbləği tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin əmək müqaviləsi bağlanılanadək iddiaçıdan pul vəsaitləri alması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan əmək müqaviləsi bağlanılanadək pul vəsaitləri alması üçün hər hansı qanuni əsas mövcud olmamışdır. Buna görə də cavabdeh hər hansı qanuni əsas olmadan özünə məxsus olmayan pul vəsaitlərini iddiaçıdan almaqla iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbləri 1.305 manat məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş cavabdeh E.Abıyevin Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsində verdiyi izahatından görünür ki, İddiaçı işlə təmin edilməsi üçün cavabdehə 1.500 manat pul ödənilmişdir. Əlavə olaraq o bildirir ki, İddiaçı aylıq 650 məvacib ödəmişdir və yalnız 1 aylıq əmək haqqısı həcmində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Belə ki, İddiaçı işlə təmin edilməsi üçün cavabdeh E.Abıyevə 1.500 manat pul məbləğinin ödənilməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçı cavabdehə qeyd olunan məqsədlər üçün daha artıq məbləğdə pulun ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Pulun bilavasitə İddiaçı deyil, A.Nuriyev tərəfindən cavabdehə verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin pulun cavabdeh E.Abıyevin xeyrinə iddiaçının işlə təmin edilməsi şərtilə ödənildiyi iş materialları ilə öz təsdiqini tapdığından və şahid A.İsmayılov pulun onun tərəfindən deyil, onun iştirakı ilə İddiaçı tərəfindən verildiyini təsdiq etdiyindən, əsassız varlanma nəticəsində əldə olunmuş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, hazırda əmək haqqı üzrə borc tələbi və ya əmək müqaviləsinin etibarsızlığı ilə bağlı tələblər araşdırılmır, iddia tələbləri əmək müqaviləsi bağlanılanadək cavabdeh tərəfindən əsassız varlanma şəklində əldə olunmuş pul məbləğinin qaytarılması ilə bağlıdır. İddiaçı cavabdehin ona 195 manat məbləğində əmək haqqı ödədiyini bildirsə də, həmin məbləğin əmək haqqı qismində ödənildiyini təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Buna görə də həmin məbləğ nəzərə alınmaqla, əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi ümumi məbləğ 1.305 manat təşkil edir. Cavabdeh E.Abıyevin sürücü xidmətləri ilə əlaqədar iddiaçıya 650 manat pul ödədiyinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sürücü xidmətləri ilə bağlı həmin borcun mövcudluğu hazırki iş materialları ilə təkzib və ya təsdiq edilmir və həmin borca hazırki iddia tələbləri çərçivəsində hüquqi qiymət verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir və cavabdeh X3 əsassız varlanma nəticəsində əldə edilmiş 1.305 (bir min üç yüz beş) manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-cl maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 1.305 (bir min üç yüz beş) manat məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2036/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2036/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver