Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2042/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X7 qarşı – cavabdehdən 500 manat məbləğində borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin oktyabr ayında iş tapmaq üçün internet saytlarında elanlara baxan zamanı bir nəfərin elan yerləşdirdiyini görərək həmin şəxslə əlaqə saxlamışdır. Sonradan bilmişdir ki, həmin adam “X11” MMC-nin rəhbəridir. Cavabdeh Abıyev Elşən onu həmin qurumda kadrlar şöbəsinə rəis vəzifəsinə təyin etmişdir. Aylıq əmək haqqının 450 manat olduğunu bildirmişdir. O, 2022-ci ilin 15 oktyabr tarixindən işə başlamışdır. Bir ay tamam olduqdan sonra Elşən ona yarım aylıq əmək haqqını vermişdir. Əmək haqqının qalan hissəsini yaxın vaxtlarda ödəcəyini bildirmişdir. Sonralar o bilmişdir ki, belə bir şirkət dövlət qeydiyyatından keçməmişdir. Abıyev Elşən ondan 500 manat borc almışdır. O, hər dəfə onu aldadaraq “bu gün ödəyəcəm”, “sabah ödəyəcəm” deyərək müəyyən bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ünvanlayaraq, cavabdeh X5 500 manat məbləğində pulun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, Cavabdeh onun işlə təmin edilməsi üçün atası X1 aldığı pul vəsaitləri məhkəmə qətnaməsi ilə atasına geri qaytarılmışdır. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “X11” MMC (“İşəgötürən”) ilə İddiaçı (“İşçi”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. İşçi “kadrlar idarəsinin rəisi” vəzifəsinə təyin edilmişdir, aylıq əmək haqqı 450 manat kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş “X11” MMC-nin xx.xx.2022-ci il tarixli 041 saylı əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “kadrlar idarəsinin rəisi” vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK1-469 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı müraciəti əsasında toplanmış HK1-469 saylı materialın surətindən görünür ki, İddiaçı öz izahatında bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında iş tapmaq məqsədi ilə internet saytlarda elanlara baxan zaman bir nəfər şəxsin elan yerləşdirdiyini görərək həmin şəxslə əlaqə saxlamışdır. Həmin şəxslə əlaqə saxladıqda o, “X11” MMC-nin rəhbəri olduğunu, işlədiyi MMC-nin kadrlar şöbəsinin rəisi vəzifəsinin vakant olduğunu, onu həmin işə təyin edə biləcəyini bildirmişdir. O, həmin şəxslə əlaqə saxladıqdan sonra Nəsimi rayonu ərazisində görüşərək bir qədər söhbət etdikdən sonra MMC-nin rəhbəri Elşən ona işinin düzəlməsi üçün 2.000 manat pul verməli olduğunu bildirmişdir. O, Elşənə bu barədə atası Nürəddinlə məsləhət etdikdən sonra ona qərarını deyəcəyini bildirmişdir. Bir gün sonra atası ilə birlikdə Elşən ilə Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən “Laçın qaya" adlanan kafedə görüşmüşdür. Atası Elşənlə söhbət etdikdən sonra onu işlə təmin etmək məqsədi ilə Elşənə 2.000 manat pul vermişdir. Onun Elşənlə aralarında olan razılığa əsasən onun aylıq məvacibi 450 manat olmalı idi. 2022-ci ilin oktyabr ayının 15-i tarixində həmin şirkətdə işə başladı. Bir ay tamam olduqdan sonra Elşən onun yarım aylıq məvacibini verdi. Sonrakı aylarda isə məvacibinin bir hissəsini ödəsə də qalan hissəsini yaxın zamanlarda ödəyəcəyini bildirdi, lakin sonradan məvacibini ödəmədi. O, məvacibimi ala bilmədiyim üçün 2023cü ilin yanvar ayının 1-i tarixindən işlədiyi işdən ayrıldı. O, qeyd olunan şirkətdə işlədiyi müddətdə Elşən ona şirkətdə vakant yerlərin olduğunu, tanışlarını işlə təmin edə biləcəyini bildirdiyi üçün o, Rafiq və Nicat adlı tanışlarına bu barədə danışdıqda onlar da işsiz olduqlarını, işləmək istədiklərini bildirdikləri üçün o, həmin şəxsləri Elşən adlı şəxslə tanış etdi. Həmin şəxslər onun yanında Elşənin xidməti otağında Elşənə istədiyi məbləğdə pulları ödəyiblər. Həmin şəxslər bir müddət qeyd olunan şirkətdə işlədikdən sonra Elşən həmin şəxslərin məvaciblərini ödəmədiyi üçün onlar da işdən çıxmışdılar. Elşən Nicatı qeyd olunan şirkətdə xidmətə nəzarət işinə təyin etmişdir və bunun qarşılığında Nicatdan 1.200 manat pul almışdır. Nicat qeyd olunan 1.200 manat pulu Elşənin otağında onun yanında Elşənin şəxsən özünə vermişdir. Elşən Rafiq adlı şəxsi işlədiyi MMC-də icraçı direktor vəzifəsinə təyin etmişdir. Bunun qarşılığında iş otağında Rafiq adlı şəxsdən əlbəəl 2.500 manat pul almışdır. Elşən Rafiq, Sahil və Nicatı işə qəbul etməsinin qarşılığında aldığı pulları o Elşənə verməyib, həmin şəxslər onun iştirakı ilə Elşənin iş otağında Elşənin şəxsən özünə veriblər. Elşənin bu barədə dedikləri şər və böhtan xarakterlidir. Qeyd olunan şəxslər verdikləri pulu ona deyil, əlbəəl olaraq Elşənin özünə veriblər. Qeyd olunan şəxslərdən yalnız Sahil adlı şəxs işə düzəlməyinin qarşılığında verməli olduğu pulu tanışı Xəlil adlı şəxsə vermişdir, Xəlil isə Sahildən aldığı 2.200 manat pulun 500 manatını özünə götürərək qalan 1700 manat pulu onun yanında Elşənə məxsus plastik karta köçürmüşdür. O, Sahil adlı şəxsdən əlbəəl olaraq heç bir miqdarda pul almamışdır. Bildirmək istəyir ki, Xəlil ilə Elşənin uzun müddətdir ki, tanışlıqları var. İddiaçı müraciəti əsasında toplanmış HK1-469 saylı materialın surətindən görünür ki, X9 öz izahatında göstərmişdir ki, o 2019-cu il tarixdə “X11” xidmətini təsis etmişdir. Qeyd olunan mühafizə xidməti Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşir. O, qeyd olunan mühafizə xidmətinin təsisçisi, eyni zamanda qanuni təmsilçisi vəzifəsində işləmişdir. İddiaçı ortaq tanışlarının vasitəsi ilə tanımışdır və onu işlədiyi mühafizə xidmətinə kadr şöbəsinin müdiri vəzifəsinə təyin etmişdir. O, Amili işə qəbul etdikdən sonra Amilin atası Nürəddin onunla Nizami rayonu ərazisində yerləşən “Laçın qaya” adlı kafedə görüşərək ona 2.000 (iki min) manat pul vermişdi. Nürəddinin ona pul verməsinin səbəbi oğlunu işə götürməyin qarşılığında hörmət mənasında verməsi idi. Bir müddət sonra maddi vəziyyətinin çətin olması səbəbindən o, Amilin atası Nürəddindən 500 manat, bir müddət sonra isə Amilin özündən 500 manat pulu borca almışdır. Amil işlədiyi dövrdə mühafizə xidmətində olan vakant yerlərə öz tanışlarını təyin etmək istədiyini, bunun müqabilində ona pul verəcəyini bildirdikdə o, ona “pul almağa qorxduğunu” bildirmişdir. Amil isə həmin şəxslərin yaxınları, qohumları olduğunu, bu səbəbdən də narahatçılığa heç bir əsasın olmadığını bildirmişdir. Amil müxtəlif dövrlərdə tanışı X10 onunla tanış edərək yaxını olduğunu, onu mühafizə xidmətinə icraçı direktor təyin etməyini istədi. O, Rafiqlə müqavilə bağladıqdan sonra Amil ona Rafiqi işə götürməyinin qarşılığında 1.500 manat pul vermişdir. Daha sonrakı müddətdə X3 onun yanına gətirərək Sahili mühafizə xidmətində xidmət üzrə müavin vəzifəsinə təyin etməyini istədi. O, Sahillə söhbət etdikdən sonra onunla rəsmi qaydada müqavilə bağladıqdan bir neçə gün sonra Amil ona məxsus plastik karta 1.200 manat pul göndərdi. Daha sonra Amil qohumu kimi təqdim etdiyi Nicat İskəndərov adlı şəxsi onunla tanış edərək onu əməliyyatçı vəzifəsinə təyin etməyini istədiyi üçün o, Nicatla söhbət etdikdən sonra onunla rəsmi qaydada müqavilə bağlayaraq onu işə qəbul etdi. Amil Nicatı işə qəbul etməyinin qarşılığında ona 800 manat pul verdi. Rafiq Orucov işə qəbul olunmasının qarşılığında ona pul verməyib, o onu işə qəbul etdikdən sonra Amil ona 1.500 manat pul vermişdir. Rafiq Orucov mühafizə xidmətində təxminən 3 ay işləmişdir, o onun işlədiyi dövrdə 2 aylıq məvacibini ödəsədə son ay onun məvacibini verə bilməmişdir. O, Rafiqə aylıq olaraq 650 manat məvacib ödəmişdir, hal-hazırda onun Rafiqə bir aylıq məvacib borcu qalmışdır. O, Amilin aldığı pulu ona hansı səbəbdən kəsir olaraq verməsini bilməmişdir. O, işə götürdüyü şəxslərin heç birindən Amilə nə qədər pul vermələrini maraqlanmamışdır, bu səbəbdən də onların nə qədər pul vermələrini bilməmişdir. O, işə qəbul etdiyi şəxslərin heç birindən əlbə-əl olaraq pul almamışdır, aldığı pulları Amilin vasitəsi ilə almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6784/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilərək, Cavabdeh 2.500 manat (iki min beş yüz) manat pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, tərəflərin arasında əmək münasibətləri yaranmışdır. Belə ki, İddiaçı cavabdehin rəhbərlik etdiyi mühafizə xidmətində 2022-ci ilin oktyabr ayında işlə təmin edilmişdir. Cavabdehin maddi vəziyyətinin çətin olması səbəbindən o, iddiaçıdan 500 manat məbləğində borc aldığını bildirmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təiəb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəklidə, öhdəiiyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) üz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 500 manat məbləğində borc aldığı iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbləri təmin edilməli, 500 manat pul məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-cl maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X5 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2042/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2042/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver