Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2075/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikahdan olan 15.08.2005-ci il təvəllüdlü Bəhruz və 07.07.2009-cu il təvəllüdlü Rüstəmin yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment tutulması, 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlunun müalicəsi üçün əlavə xərclərlə bağlı hər ay 150 manat miqdarında pulun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 2004-cü ildə faktiki nikaha daxil olmuşlar, faktiki nikahdan 15.08.2005-ci il təvəllüdlü Bəhruz və 07.07.2009-cu il təvəllüdlü Rüstəm adlı övladları doğulmuşdur, bir müddətdir ki, cavabdehlə ayrı yaşayırlar, hal-hazırda uşaqlar onun himayəsindədir, uşaqları təkbaşına saxlamaq ona çox çətindir, cavabdeh uşaqların saxlanılması üçün ona maddi yardım göstərmir, 07.07.2009-cu il təvəllüdlü Rüstəm “uşaq autizmi, Kanner sindromu” xəstəliyi ilə bağlı olaraq daimi müalicə alır, onun müalicəsi üçün xeyli pul xərclənir, ona görə də uşaqların saxlanması üçün alimentin müəyyən edilməsi zəruridir. Sonda iddiaçı A.Y. Mustafayeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimlı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 09.09.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 735486 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Yusibov Rüstəm Araz oğlu 07.07.2009-cu il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 09.09.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 735485 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 15.08.2005-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 09.09.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 173413 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş Mustafayev Rüstəm Araz oğlunun atası hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 09.11.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 173412 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş Mustafayev Bəhruz Araz oğlunun atası hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlu sağlamlıq imkanları məhdud uşaqdır, uşaq autizmi, kanner sindromu, yüngül ifadə olunmuş kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə hipertonik davranış pozuntuları diaqnozu qoyulmuş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 29.03.2021-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan 2 saylı X1 tərəfindən verilmiş 16.02.2018-ci il tarixli Ambulator, Stasionar xəstənin tibbi kartasından Çıxarışdan görünür ki, Yusibov Rüstəm Araz oğlu uşaq autizmi, kanner sindromu, yüngül ifadə olunmuş kəmağıllıq, kobud nitq və davranış pozuntuları diqanozu ilə müalicə almışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər bir ailə kimi yaşamır, onların faktiki nikahlarından 15.08.2005-ci il təvəllüdlü X6 və 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlu adlı iki yetkinlik yaşına çatmayan uşaları doğulmuşdur, uşaqlar iddiaçının himayəsindədir, cavabdeh uşaqların saxlanması xərclərində iştirak etmir, 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlu sağlamlıq imkanları məhdud uşaqdır və uşaq autizmi, kanner sindromu, yüngül ifadə olunmuş kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə hipertonik davranış pozuntuları xəstəliyindən əziyyət çəkir. Bununla belə, hazırkı tələb üzrə aliment hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və diqqətəlayiq digər halları nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə aliment miqdarının hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməsini məqəsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehin 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlunun müalicəsi üçün əlavə xərclərdə iştirakında mümkünlüyünə münasibətdə hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş 07.07.2009-cu il təvəllüdlü R.Cavabdeh sağlamlıq imkanları məhdud uşaq olmaqla autizmi, kanner sindromu, yüngül ifadə olunmuş kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə hipertonik davranış pozuntuları xəstəliyindən əziyyət çəkir və onun müalicəsi əlavə xərclərə səbəb olur. Belə olan halda məhkəmə, cavabdehin uşağın əlavə xərclərində iştirakını zəruri hesab edir və bu məqsədlə, uşaq yetkinlik yaşına çatanadək müalicə dövrü müddəti ərizində, ondan hər ay 20 manat məbləğində pul vəsaitinin tutulmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə 21.01.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 21.01.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15.08.2005-ci il təvəllüdlü X5 və 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 21.01.2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlunun uşaq yetkinlik yaşına çatanadək müalicə dövrü müddəti ərzində müalicəsi üçün hər ay 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 (beş yüz) manatdan artıq olduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15.08.2005-ci il təvəllüdlü X6 və 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 21.01.2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 07.07.2009-cu il təvəllüdlü Yusibov Rüstəm Araz oğlunun yetkinlik yaşına çatanadək müalicə müddəti dövründə müalicəsi üçün hər ay 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2075/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2075/2021
19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver