Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-210/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı – cavabdehdən 8400 manat pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilən 104 manat dövlət rüsumun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdr. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli podrat müqaviləsinə əsan Cavabdeh MMC onun mülkiyyətində olan Eldar Tağızadə küçəsi ev 5 ünvanda yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, yaşayış sahəsi 62,7 kv.m olan 3 otaqlı məzilin əvəzində iddiaçıya Cavabdeh MMC tərəfindən inşa ediləcək çoxmərtəbəli binada yerləşən, sahəsi 62,7 kv.mdən 15 faiz çox - yəni 72,1 kv.m olan mənzili tikib, təmir edib təhvil verməli idi. Cavabdeh MMC tərəfindən çoxmərtəbəli yaşayış binası inşa edilərək, həmin binada - ünvan 2, ev 12/16, mənzil 128 (yeni qaydalarla: AZ 1007, ünvan 2, 16, M4, m8) iddiaçıya təhvil verilmişdir. Həmin mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Texniki pasport aldıqdan sonra iddiaçıya məlum oldu ki, Cavabdeh MMC tərəfindən müqavilənin şərtləri pozularaq, ona sahəsi 72,1 kv.m deyil, cəmi 67,90 kv.m olan mənzil təhvil verilmişdir. Belə olan halda iddiaçının mənzilinin sahəsi müqavilə ilə razılaşdırılmış sahədən 4,2 kv.m az olur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, ünvan 2ndə yeni tikili binalarda təmirli mənzilin 1 kv.metrinin qiyməti minimum 2000 manatdır. Belə olan halda hesab edirə ki, Cavabdeh MMC podrat müqaviləsinin şərtlərini pozmaqla əskik olan 4,2 kv.m mənzil sahəsinə gərə ona 8400 manat maddi zərər vurmuşdur. Bu məqsədlə iddiaçı pretenziya qaydasına əməl edərək, mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Lakin Cavabdeh MMC tərəfindən iddiaçının müraciətinə heç bir cavab verilmədi. Yaranmış mübahisənin həlli üçün məcburiyyət qarşısında qalıb Məhkəməyə müraciət etmək qərarına gəldi. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2, ev 12/16, mənzil 128 (yeni qaydalar ilə : AZ 1007, ünvan 1 İddiaçı adına qeydiyyata alınmışdır və daşınma zəmlakın ümumi sahəsi (kvadratmetrlər) – 67.90 kv.m-dir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Qəzalı vəziyyətində olan binanın mülkiyyətçisinin mənzilin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilənin 1.1-ci maddəsindən görünür ki, AR NK-nin xx.xx.2016-cı il tarixli 086 saylı Qərarı ilə Nəsimi rayonunun sosial-iqtisadi inkişafın sürətləndirməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işhrinin təşkili sahəsində Nəsimi rayon İcra Hakimiyyətinin bu işlərə Sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC (VÖEN:**********) tikinti şirkəti ilə podrad münasibətlərini müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu Azadlıq pr-ti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə E.Tağızadə küç, ev 5 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 (iki) mərtəbəli binanın 2 (ikinci) mərtəbəsində 3 otaqlı mənzil olduğu yaşayış binasının və ona aid 47.69 kv metr istifadəsində zirzəminin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 62.7 kv.m olduğu halda faktiki ümumi sahəsi 66.12 kv.m həddində və ondan 15% sahə əlavə edilməklə uyğun mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, “Sifarişçi” isə inşa edilmiş bu mənzili “Mülkiyyətçi” nin mülkiyyətinə verməyi öhtəsinə götürür. İş materiallarında olan Texniki Pasportdan görünür ki, ünvan 2, ev 12/16, mənzil 128 (yeni qaydalar ilə : AZ 1007, ünvan 1 ünvanındakı mənzilin ümumi sahəsi 67.9 m2, yaşayış sahəsi isə 36.2 m2 olmuşdur. Otaqların təyinatı dəhliz 13.1 m2, sanitar qovşağı 2.1 m2, sanitar 3.4 m2, yaşayış otağı 12.4 m2,mətbəx 10.3 m2, yaşayış otağı 13.5 m2 və balkon 2.8 (9.3 x 0.3=2.8) m2 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6171 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı məxsus ünvan 2ndə inşa edilmiş 12/16 saylı evin, 4-cü mərtəbəsində yerləşən 128 saylı mənzilin (yeni qaydalarla AZ 1007 ünvan 2, 16, M4, m8) ümumi sahəsinin 67,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 2ndə inşa edilmiş 12/16 saylı evin, 4-cü mərtəbəsində yerləşən 128 saylı mənzilin (yeni qaydalarla AZ 1007 ünvan 2, 16, M4, m8) faktiki (naturada) ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan,həmçinin bayır və ara divarların altı nəzərə alınmadan 74.4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş G-02/24-013 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yeni tikili binalarda orta təmirli mənzillərin 1 kv.metrinin 2017-ci ilə bazar qiyməti 2100-2300 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 104 (+0.40 xidmət haqqı) manat manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cu maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsaəsn mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini, ekspert və mütəxəssis rəyini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar ilə müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilədən görünür ki, iddiaçının əvvəl mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 62.7 kv.m olduğu halda faktiki ümumi sahəsi 66.12 kv.m həddində və ondan 15% sahə əlavə edilməklə uyğun mənzilin inşasını və orta səviyyədə təmirini təmin etməyi "xxxx" MMC öz üzərinə götürmüşdür. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Çünki işin hallarından göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilin sökülməsinə icazə verməsi əvəzində ona yeni tikilən bunadan mənzil verilməsi barədə podratçı ilə razılaşmışdır və buna görə də az verilən sahənin ölçüsünün qiymətinə uyğun zərərin qarşılanmasını tələb edir. İddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh Mülki Məcəllənin 385 və 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir ki, podratçı mənzilin faktiki ümumi sahəsi (66.12 kv.m) həddində və ona 15 % sahə əlavə edilməklə, yəni ümumi sahəsi 76.038 kv.m (66.12 + 66.12x15/100=76.038) olan mənzili orta təmirli vəziyyətdə iddiaçıya verməli idi. Yəni, iddiaçı 76.038 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 2ndə inşa edilmiş 12/16 saylı evin, 4-cü mərtəbəsində yerləşən 128 saylı mənzilin (yeni qaydalarla AZ 1007 ünvan 2, 16, M4, m8) faktiki (naturada) ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan,həmçinin bayır və ara divarların altı nəzərə alınmadan 74.4 kv.metr təşkil edir. Göründüyü kimi iddiaçıya müqavilədə razılaşdırılmış sahədən 1.638 kv.m (76.038-74.4=1.638) az mənzil verilmişdir. Məhkəmə tərəfindən Cavabdeh MMC-yə qeyd edilən sahədə inşa edilmiş mənzillərin qiyməti ilə bağlı sorğu verilsə də, məhkəmə sorğusuna cavab verilməmiş və məhkəmə mənzilin kvadratmetrinin qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi almalı olmuşdur. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yeni tikili binalarda orta təmirli mənzillərin 1 kv.metrinin 2017-ci ilə bazar qiyməti 2100-2300 manat təşkil edir. Odur ki, qeyd edilən sahədə orta təmirli mənzilin 2017-ci il tarixinə qiyməti orta hesabla 2200 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiyməti 3603.6 manat (1.638x2200=3603.6) müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında vermiş olduğu izahatı ilə mənzilin kvadrat metrinin 2017-ci il tarixinə olan qiymətini tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmamaqla, həmin hissədə mülki işə baxmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumun cavabdehdən tutulması hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edildiyindən həmin hissəyə mütənasib olaraq 56 manat məbləğində dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq müəyyən edildiyindən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan dövlət büdcəsinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 3603.6 (üç min altı yüz üç manat altmış qəpik) manat məbləğində dəymiş ziyanın əvəzi və 56 (əlli altı) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. Mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-210/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-210/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver