Məhkəmə qərarları › İş №2(011)-2104/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2104/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2104/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə İddiaçı Nuriyeva Phiruzanın cavabdeh "xxxx" BOKT MMC-yə və digərlərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2ə, Cavabdeh3, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna, Bakı şəhəri Cavabdeh5nə, Daşınar və Daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzinə qarşı birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanından yerləşən mənzilin 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunda 16.12.2014-cü il tarixdə bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2ə, Cavabdeh3, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna, Bakı şəhəri Cavabdeh5nə, Daşınar və Daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzinə qarşı birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanından yerləşən mənzilin 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunda 16.12.2014-cü il tarixdə bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar