Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2229/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-dən onun xeyrinə 400.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İ.C. Məmmədovun nümayəndəsi və vəkili M.H. Fərzəliyev iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, təqsirləndirilən şəxs X5 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. X2 X22 İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işlədiyi zaman “Qaz təsərrüfatında Təhlükəsizlik Qaydalarının” 1.19-cu bəndinə uyğun olaraq, özünün tabeçiliyində olan çilingərin buraxdığı səhvlərə görə də məsuliyyət daşımaqla Zaqatala Regional Qİİ-nin rəisi tərəfindən 09.12.2016-cı il tarixdə təsdiq edilmiş Zaqatala Regional Qİİ-nin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satış xidməti rəisinin peşə təlimatına uyğun olaraq xidmət çilingərlərinə tapşırıqlar verib, onun yerinə yetirilməsinə nəzarət etməli olduğu halda xidmət çilingərlərinə tapşırıq verib, onun yerinə yetirilməsinə nəzarət etməmiş, “Zaqatala Regional Qİİ-nin inzibati rayonlar üzrə təbii qazın qəbulu və satış xidməti rəisinin peşə təlimatının” tələblərini pozmuş, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmişdir. Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi 2 saylı evin 14 saylı mənzilində iddiaçının keçmiş həyat yoldaşı X15 vanna otağında, onun dayısı qızı X8 və iddiaçının qızı 2015-ci il təvəllüdlü X10 isə yataq otağında 31.12.2017-ci il tarixində dəm qazından zəhərlənərək ölmüşlər. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaq aparılmış məhkəməyə göndərilmiş cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü çıxarılmış və hadisənin Zaqatala Reginal Qİİ Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən Akif İsayevin təqsiri ucbatından baş verməsi öz əksini tapmışdır. X3 Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bu faktlar qanuni qüvvəyə minmiş Zaqatala rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə predusiyal qaydada öz əksini tapmışdır. Zaqatala Rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X9 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X4 X22 İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən törətdiyi səhlənkarlıq cinayət əməlində təqsiri tam sübuta yetirilmiş və sübutlarla təsdiq edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının azyaşlı övladı X6 ölməsi ilə bağlı özünün və ailə üzvlərinin digər fərdlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu baxımdan İ.C. Məmmədovun mərhum övladı 2015-ci il təvəllüdlü 3 yaşlı X6 31.12.2017-ci il tarixində dəm qazından zəhərlənərək ölməsi nəticəsində keçirdiyi stress, mənəvi sarsıntı, narahatlıq, məyusluq kimi halları nəzərə alaraq ona dəymiş 400000 manat məbləğində mənəvi zərər cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq iddiaçı İ.C. Məmmədova ödənilməlidir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi bədbəxt hadisə baş vermiş və nəticədə iddiaçının qızı X10 vəfat etmişdir, bu hadisənin törədilməsində təqsirkar olmuş şəxslərdən iddiaçının heç bir şikayəti olmamış, hətta o, Zaqatala rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmündən apellyasiya şikayəti də vermişdir, apellyasiya məhkəməsinin qərarı ilə hökmlə məhkum olunmuş şəxslərdən biri bəraət almışdır və ona görə də iddiaçının iddia tələbi əsaslı deyildir. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Zaqatala rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli, 1(033)- 25/2018 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs X16 və X17 vəzifəli şəxs olmaqla, səhlənkarlıq edərək, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan hərəkətə yol vermişdir. Belə ki, onlar, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.81, 3.84, 3.87, 3.96, 3.102, 9.239 bəndlərinin, “Qazdan istifadə qaydaları”nın 2.7-ci və 2.11-ci bəndlərinin, “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.1.2-ci bəndinin, Zaqatala RQİİ-nin inzibati rayonlar üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisinin vəzifə təlimatının 1.1-ci bəndinin 1, 3-cü və 5-ci abzaslarının və Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatının 2.3-cü və 2.9-cu bəndlərinin tələblərini pozduğuna görə nəticədə ehtiyatsızlıqdan 31 dekabr 2017-ci il tarixdə, Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi, bina 2, 14 saylı mənzildə yaşayan X15, X10 və X8 dəm qazından zəhərlənərək ölmüşlər. Təqsirləndirilən şəxslər X16 CM-in 124.2.-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X17 isə CM-in 314.3 –cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 02(iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04(dörd) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23.04.2019-cu il tarixli, 1(102)-550/2019 saylı qərarının surətindən görünür ki, X7 Cinayət X1 və X17 haqqındakı 30.11.2018-ci il tarixli hökmü dəyişdirilməmişdir. İş materiallarında olan həmin Qərardan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.11.2018-ci il tarixli hökmü ilə Zaqatala rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü X11 aid hissədə ləğv edilmiş, X11 qarşı Azərbaycan Respublikası CM-in 124.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, məhkum X12 müdafiəçisi X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, X16 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri İddiaçı, Yekibaşova Aşurey Ramazan qızı və X13 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X10 İddiaçı qızıdır. İş materiallarında olan 16.12.2018-ci il tarixli, 899828 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 31.12.2017-ci ildə Zaqatala rayonunda dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, X17 cavabdeh təşkilatın işçiləri olduqları vaxt əmək funksiyalarının icrası zamanı öz işlərinə laqeyd münasibət göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya birbaşa zərər vurulması ilə nəticələnən mülki hüquq pozuntusu törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirkar şəxsin əməli iddiaçının mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hüquq verir. Belə olan halda, qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun mənəvi zərərin əvəzinin ödənilməsi barədə tövsiyyələrinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə kompensasiya tutulmalıdır. Mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə məhkəmə, zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranmasını, zərərin vurulmasında təqsirləndirilən şəxslərə qarşı hər hansı bir tələbin olmamasını, cavabdeh təşkilatın əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq həmin məbləğin 25000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 25000 (iyirmi beş min) manat kompensasiya və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2229/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2229/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver