Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2276/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili İddiaçı2, Cavabdeh, onun nümayənəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı əmlak tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 3500 manat dəyərində 1 ədəd briliyant dəstin (boyunbağı, qolbaq, sırğa və üzük), 1300 manat dəyərində 1 ədəd briliyant üzüyün, 700 manat dəyərində nişan üzüyünün, 250 manat dəyərində 1 ədəd nazik qızıl sep və klonun ona qaytarılmasına və ya bu mümkün olmadıqda onların dəyərinin Cavabdeh tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3500 manat dəyərində 1 ədəd briliyant dəstin (boyunbağı, qolbaq, sırğa və üzük), 1300 manat dəyərində 1 ədəd briliyant üzüyün, 700 manat dəyərində nişan üzüyünün, 250 manat dəyərində 1 ədəd nazik qızıl sep və klonun ona qaytarılmasına və ya bu mümkün olmadıqda onların dəyərinin Cavabdeh tərəfindən ona ödənilməsinə və ona məxsus telefon, yaddaş kartı, qonaq otağı mebeli - 2 qorka, 1 kamod , 6 stul 1 stol, televizor altlığı, yumşaq mebel - künc divan, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo, soyuducu, paltaryuyan, tozsoran, televizor, qısadalğalı soba, elektrik sobası, qaz sobası, toster, 2 blender - doğrayıcı və əzən, mikser, kofeüyüdən, sokçəkən maşın, ətçəkən maşın, elektrikli qəfədan və çaynik, ütü - ütü stolu, 3 ədəd çilçıraq, 3 dəst yemək dəsti, 34 ədəd tək boşqab, 4 dəst çay dəsti, 24 xrustal stəkan - 24 nəlbəki, 5 dəst kompot dəsti, 4 dəst xrustal bakal, 3 xrustal , 1 bohema güldan, 6 xrustal , 2 yarı xrustal mürəbbə qabı, 4 xrustal meyvə qabı, 1 xrustal , 2 yarıxrustal külqabı, 8 xrustal , 1 bohema , 2 yarıxrustal konfet qabı, bohema çay dəsti, 12 xrustal razetka, 12 xrustal limon qabı, 6 duz qabı, 5 salfetka qabı, 5-lii qranit qazan dəsti, 2 dəst çuqun qazan dəsti, 3 dəst nikkel qazan dəsti, tefal qazan dəsti, 3 qəfədan, 4 ləpəqabı, 12 kasa, 2 dəst qaşıq-bıçaq dəsti l-i çəmədan, 2 dəst çömçə dəsti - 2 dəst bıçaq dəsti, 12 salat qabı, 12 araq stəkanı, 6 çaynik, 8 fincan, 6 tas, 1 aşsüzən, 2 ələk, 1 yağqabı, 4 pərdə - pərdə altlığı, 4 xalça, gecə lampası, saat, şamdan, 8 böyük hamam dəsmalı, 8 əl-üz dəsmalı, 12 çay dəsmalı, 2 mətbəx dəsmalı, 12 çay dəsmalı, 15 çarpayı dəsti, yay ədyalı; 2 tək və 2 cüt, qış ədyalı; 1 tək 1 cüt, 3 skater, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü, zibil vedrəsi, ləpə çəkən maşın, balon bağlayan maşın, keks qabı , tort qabı, 3 padnos, slimmor polsilən, sürtgəç, nicerdicer doğrayıcı, balaca üçlü qab, 1 çuqun 1 kauçuk vedrə, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı ve xeyli sayda xırda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı, böyük paltar səbəti, uşaq çarpayısı, uşaq yorğan döşəyi, uşaq şkafı, uşaq arabasının Cavabdeh tərəfindən ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 12.03.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, сavabdeh Cavabdeh ona məxsus olan nişan və nikaha daxil olan zaman ona hədiyyə kimi verdikləri qızıl-zinət əşyalarının, yəni 3500 (üç min beş yüz) AZN dəyərində olan boyunbağı, qolbağı, sırğa və üzük dəstim, 1300 (min üç yüz) AZN dəyərində olan 1 (bir) biriliant üzüyüm, 700 (yeddi yüz) AZN dəyərində olan nişan üzüyü, 250 AZN dəyərində olan bir ədəd nazik qızıl sep və klon, cehiz əşyaları - telefon - Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli - 2 qorka, 1 kamod , 6 stul 1 stol, televizor altlığı - 2000 AZN, yumşaq mebel – künc divanı - 1000 AZN, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo - 2000 AZN, soyuducu- Samsung, 1250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran - Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası – 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın - 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq - 200 AZN, 3 dəst yemək dəsti - 1800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti-1200 AZN, 24 xrustal stəkan , 24 nəlbəki - 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti - ümumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yanxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2yanxrustal konfet qabı – 735 AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı - 16 AZN, 12 kasa - 48 AZN, 2 dəst qaşıqbıçaq dəsti 1-i çemodan - 260 AZN, 2 dəst çömçə dəsti ,2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik - 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən, 2 ələk, 1 yağqabı - 25 AZN, 4 pərdə , pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası – 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək ve 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan, 2 döşək, 6 döşəkçə , 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşın - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos- 9 AZN, slimmor polsilen - 35 AZN, sürtgəç , nicer-dicer doğrayıcı-13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafi - 25 AZN, uşaq arabası – 120 AZN və pakraval - 200 AZN olmaqla, cəmi 26694 (iyirmi altı min altı yüz doxsan dord) AZN dəyərində qeyd edilən əmlakların, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 11.11.2017-ci il tarixində nikaha daxil olmuşdurlar, nikahları 5 saylı Bakı Asan Xidmət X3 tərəfindən 3125 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmişdir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, 11.11.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış rəsmi nikaha xitam verilmişdir, birgə nikahdan 07.01.2019-cu il təvəllüdlü X4 adlı övladları var, İddiaçı1 evdən çıxan zaman cavabdeh tərəfindən ona toydan öncə hədiyyə olaraq verilən qızıl-zinət əşyaları orda qalmış, o özü ilə heç bir cehiz əşyası, qızıl-zinət əşyalarını götürə bilməyərək evdən çıxmışdır, daha sonra münasibətlər bərpa olunmadığından ata evində qalmış və geri dönərək ona məxsus əşyaları götürə bilməmişdir, hazırda iddiaçının tək övladını böyütmək üçün bu qızıl-zinət əşyalarının geri qaytarılmasına, yaxud ən azından onun ekvivalent dəyərinin ödənilməsinə çox ehtiyacı vardır, həmçinin iddiaçıya hədiyə olaraq verilən qızıl zinət əşyalarını və cehiz kimi apardığı əşyalar onun şəxsi əmlakı olduğundan ərizədə təqdim edilmiş siyahı üzrə həmin əmlakların iddiaçıya geri qaytarılmasını qanunvericilik ilə tənzimlənən normalara uyğun olaraq tam qanuni hesab edir. Sonda İddiaçı2 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək vəkili və nümayəndəsi İddiaçı2 izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun Bakıya uzun müddətli gəlişləri olmuşdur, 2016-cı ildə, diplom müdafiəsi vaxtı hamilə idi, hamilə və əməliyyat olunduğu üçün atasının da evində uzun müddət qalmışdır, telefonu ona nişanlı olduqları zaman cavabdeh bağışlamışdır, lakin rayonda olanda telefonu ondan almışdır, həmçinin baldızı da o telefondan istifadə etmişdir, qızıllarla bağlı aldadılmışdır, düşünmüşdür ki, daha sonra evə qayıdacaqdır, bu səbədən qızılları və uşağa görə heç nə götürməmişdir, uşaq arabasını artıq cavabdehdən tələb etmir, qızılları isə elə qiymətləndirir ki, onların hamısının üzərində qiymət var idi və komplektin alışında da şəxsən özü iştirak etmişdir, kişi nişan üzüyünü gələndə qardaşı gətirmişdir, qardaşının gətirdiyi zinət əşyaları gümüşdür, onun tələb etdiyi zinyət əşyaları yoxdur, hazırda telefonu cavabdehdədir, 250 manat dəyərində olan nazik qızıl sepi sübut edən bütün şəxsi şəkilləri o telefondadır, başqa sübutu yoxdur, nazik sep qırıldığı üçün onu komplekt qutusuna qoymuşdur. Sonda İddiaçı1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı öz əşyalarının cavabdehin evindən könüllü götürülməsində maraqlı olmadığından hərəkətsizlik edir, iddiaçının iddia ərizəsində qeyd olunan əşyaların onun tərəfindən cavabdehdən götürülməsinə cavabdehin heç bir etirazı yoxdur, hal hazırda uşaq arabası və telefon bağlı mübahisə vardır, telefon ev telefonu olaraq hamı tərəfindən istifadə olunmuşdur, iddiaçı vaxtaşırı və uzun müddətli olaraq ata evinə getmişdir və qızılları da özü ilə aparmışdır, iddia tələbi cehiz əşyaların və qızıl-zinət əşyalarının pul dəyəri məbləğində həddindən artıq şirirdilmişdir və onların dəyəri barədə sübut qismində çıxış edə biləcək mötəbər sənədlər, yəni ödəniş qəbzləri məhkəməyə təqdim edilməmişdir, qızıl-zinət əşyaları isə iddiaçı ata evinə gedərkən özü ilə aparmışdır, iddiaçı tələb kimi istənilən əşyaları özü ilə aparmadığına dair və ya aparılmasına mane olan halları sübut edəcək bir dəlil belə məhkəməyə təqdim etməmişdir, həmçinin iddiaçı mağazada işləyən bir şəxslə danışaraq onun kreditini bağlaması üçün xahiş etmişdir, bu onu göstərir ki, iddiaçının pula ehtiyacı olmuşdur və qızıllarını satmışdır. Sonda Vəkil iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkili və nümayəndəsi Vəkil izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tələbini qismən qəbul edir, iddiaçının izahatında qeyd etdiyi fikirlər həqiqəti əks etdirmir, iddiaçı ilə 15.09.2017-ci il tarixdə ailə həyatı qurmuşdurlar, bu nikahdan qısa müddət sonra münasibətləri korlanıb, daima aralarında mübahisə olmuşdur və iddiaçı öz atası evinə getmişdir, cavabdeh bəzən 2-3 aylarla onunla münasiblət saxlamamışdır ki, araları soyusun, evdə də iddiaçıya evdən getməsini, problemsiz uzaqlaşmaq istədiyini demişdir, bir müddət münasibətləri yaxşı olduğu zaman diplom müdafiəsi etməsi üçün, 2018-ci il 25 dekabr tarixdə isə hamilə olduğu üçün müalicəyə görə Bakıya gətirmişdir, həmin vaxt atasının ad gününə görə 2-3 gün qalmalı idi, amma daha sonra da gəlmədi, 6 yanvarda iddiaçının qardaşı onu gətirmişdir, hətta onun da xərcini cavabdeh özü çəkmişdir, iddiaçı evdən gedərkən qızılların bir hissəsini özü ilə aparmışdır, daha sonra qardaşı uşaq və qadın üçün paltarlarını və qızıl-zinyət əşyalarını götürmək üçün gəlmiş, kişi nişan üzüyü, uşaq qızıl sırğa, nazik sep, kişi gümüş qaşlı üzüyü, 3 qadın üzüyü, 2 cüt sırğa, 2 klonu götürmüşdür, iddiaçının tələb etdiyi qızıl zinyət əşyaları heç biri briliyant deyil, komplekt brilyant deyildir, 3500 manata deyil, 1650 manata alınmışdır, komplektə boyunbağı, sırğa, üzük daxildir, üzük briliyant deyildir, dəyəri 1300 manat yox 750 manatdır adi ağ qaşladır, nişan üzüyünu 2012 –ci ildə anası 700 manata deyil 250 manata alınmışdır, sadə qızıldır, nazik qızıl sepi və klonu görməmişdir, o almamışdır, hazırda qızıl zinyət əşyalarının heç biri onda deyil, iddiaçı gedərkən özü ilə aparmışdır, iddiaçı gedəndən otağa heç girməmişlər ki, sonra hər hansı anlaşılmazlıq olmasın, hətta nişan zamanı ona iddiaçının ailəsi tərəfindən bağışlanmış kişi nişan üzüyünü iddiaçıya qaytarmışdır ki, artıq boşanmışdırlar, onlarla hər hansı bir əlaqəsi qalmasını istəməmişdir, iddiaçının şəxsi telefonu olmamışdır, telefonu iddiaçıya almamışdır, mübahisələndirilən telefon evin telefonu olmuşdur, hər kəs istifadə etmişdir, yalnız Bakıya gələndə iddiaçıda olmuşdur, mübahisə zamanı telefonu qırmışdır, hazıra ustada təmirdədir, Sonda Cavabdeh iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2(007)-2654/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında 11.09.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” X1 bağlanmış və 3125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 07.01.2019-cu il təvəllüdlü X2 anası İddiaçı1 himayəsində saxlanılması, Cavabdeh 07.01.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması 11.11.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 04.02.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 230905 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.01.2019-cu ildə Şirvan şəhərində doğulmuşdur, onun atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(011)-2276/2021 saylı qərardadından görünür ki, İddiaçı1 məxsus olan nişan və nikaha daxil olan zaman hədiyyə kimi ona verilən qızıl-zinət əşyalarının, yəni 3500 (üç min beş yüz) AZN dəyərində olan boyunbağı, qolbağı, sırğa və üzük dəsti, 1300 (bir min üç yüz) AZN dəyərində olan 1 (bir) biriliant üzüyü, 700 (yeddi yüz) AZN dəyərində olan nişan üzüyü, 250 AZN dəyərində olan bir ədəd nazik qızıl sep və klon; cehiz əşyaları - telefon - Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli - 2 qorka, 1 kamod , 6 stul 1 stol, televizor altlığı - 2000 AZN, yumşaq mebel - künc divanı - 1000 AZN, yataq otağı mebeli - qarderob, taxt, güzgülü termo - 2000 AZN, soyuducu- Samsung, 1250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran - Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası - 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın - 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq - 200 AZN, 3 dəst yemək dəsti - 1800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti-1200 AZN, 24 xrustal stəkan, 24 nəlbəki - 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti – umumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yarıxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2 yarıxrustal konfet qabı - 735AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı - 16 AZN, 12 kasa - 48 AZN, 2 dəst qaşıq-bıçaq dəsti 1 çemodan - 260 AZN, 2 dəst çömçə dəsti,2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik - 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən, 2 ələk, 1 yağqabı - 25 AZN,4 pərdə , pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası - 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək və 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşm - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos - 9 AZN, slimmor polsilen - 35 AZN, sürtgəç , nicer-dicer doğrayıcı-13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir,düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafı - 25 AZN, uşaq arabası - 120 AZN və pakrıval - 200 AZN olan əşyaların üzərinə həbs qoyulsun, qeyd olunan əşyalar ilə bağlı hər-hansı hərəkətlərin cavabdehə qadağan edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin həmin qərardadından şikayət vermiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2276/2021 saylı, 18.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4371/2021 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2276/2021 saylı 15.03.2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər 11.09.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur, onların birgə nikahdan bir övladları var, İddiaçı1 hazırda valideynlərinin evində yaşayır və mənzili tərk edərkən onun cehiz əmlakı Cavabdeh məxsus mənzildə qalmışdır və hazırda da Cavabdeh ixtiyarındadır, cehiz əmlakının həmin mənzildən çıxarılmasına tərəflər razıdır, bu barədə tərəflər arasında mübahisə yoxdur, mübahisə İddiaçı1 cehiz əmlak siyahısında qeyd olunan telefon barədə, həmçinin cavabdehə iddiaçı tərəfindən bağışlanmış qızıl-zinyət əşyalarıa dairdir. Bununla belə, iddia tələbi üzrə mübahisələndirilən qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, məhkəmə iclasında iddiaçının cehiz əmlak siyahısına əlavə etdiyi uşaq arabası tələbindən imtina etməsini nəzərə alaraq, uşaq arabası istisna olmaqla, digər cehiz əmlakının qaytarılması barədə tərəflərin razılığını, bu barədə tərəflər arasında mübahisənin olmamasını əsas götürərək həmin cehiz əşyalarının ona qaytarılmasını mümkün hesab edir. Məhkəmə, iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı1 öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin o, bu halları dair mötəbər sübutları iş materiallarına əlavə edilməmiş, həmçinin bu hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə, iddia tələbinin telefona dair hissəsinə münasibətdə hesab edir ki, cavabdeh telefonun “ev telefonu” olaraq alındığını və hər kəsin bu telefondan istifadə etdiyini bildirsə də, sonradan izahatında həmin telefonun Bakıya gələrkən iddiaçıda olduğu, iddiaçının istifadəsində başqa bir mobil telefonun olmaması və telefonda olan yazışmaların iddiaçıya aid oldması barədə cavabdehin etirafları, mübahisələndirilən telefonun iddiaçının şəxsi mobil telefonu olduğu nəticəsinə gəlmək üçün kifayətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, uşaq arabası istisna olmaqla, iddia ərizəsində göstərilən İddiaçı1 məxsus cehiz əşyaları Cavabdeh alınaraq, İddiaçı1 verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 15 manat Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı1 məxsus - telefon - Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli - 2 qorka, 1 kamod , 6 stul 1 stol, televizor altlığı - 2000 AZN, yumşaq mebel – künc divanı - 1000 AZN, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo - 2000 AZN, soyuducu- Samsung, 1250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran - Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası – 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın - 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq - 200 AZN, 3 dəst yemək dəsti - 1800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti-1200 AZN, 24 xrustal stəkan , 24 nəlbəki - 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti - ümumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yanxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2 yanxrustal konfet qabı – 735 AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı - 16 AZN, 12 kasa - 48 AZN, 2 dəst qaşıq-bıçaq dəsti 1-i çemodan - 260 AZN, 2 dəst çömçə dəsti ,2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik - 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən , 2 ələk, 1 yağqabı - 25 AZN, 4 pərdə , pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası – 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək ve 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan , 2 döşək , 6 döşəkçə , 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşın - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos - 9 AZN, slimmor polsilen - 35 AZN, sürtgəç, nicer-dicer doğrayıcı-13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafi - 25 AZN və pakraval - 200 AZN, Cavabdeh alınaraq İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi qismində ödənilmiş 15 (on beş) manat Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2276/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2276/2021
22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver