Məhkəmə qərarları › İş №2(011)-2278/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2278/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2278/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5335/2018 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan 154 manat alimentin miqdarının azaldılaraq 85 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. 2013-cü ildə nikah pozulduqdan sonra uşaq ananın yanında saxlanılmış və ondan cavabdehin xeyrinə aliment tutulması qət edilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5335/2018 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq aylıq 154 manat sabit pul məbləğinin tutulması qət edilmişdir. Hal-hazırda ailə qurmuş və indiki nikahdan 2 övladı dünyaya gəlmişdir. Həmçinin maddi vəziyyəti işsizlik səbəbindən çox aşağıdır və ailəsinə baxmaqda çətinlik çəkir. Onu da qeyd edir ki, cavabdehin ondan tutulan pula ehtiyacı da yoxdur. Hesab edir ki, ədalətli məhkəmə araşdırması yolu ilə maddi vəziyyəti və yenidən ailə qurması, həmçinin iki övladının himayəsində olması nəzərə alınaraq aliment məbləği azaldıla bilər. Hesab edir ki, uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlər uşaq üzərində bütün hüquqlarda bərabər olduğu kimi onun maddi xərclərində də bərabər iştirak etməlidirlər. Ona görə də bir uşağın yaşayış üçün lazım olan məbləğ 170 manat olduğu üçün həmin məbəğin yarısı onun, yarısı anası tərəfindən bərabər paylarda ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı hazırda təyin olunmuş alimenti vaxtılı-vaxtında ödəmir və bu barədə icra məmuruna müraciət etmişdir. Həmçinin, hazırda alimentin məbləğinin artırılmasına dair iddi ilə məhkəməyə müraciət etmək niyyətindədirə Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 5335/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırıldılması tələbinə dair” iddiası təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Təqdim olunmuş nikah və doğum haqqında şəhadətmamələrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2014-cü ildə yeni nikaha daxil olmuş və bu nikahdan iki övladı anadan olmuşdur. Azərbaycan Respublikası 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********5 saylı arayışındann görünür ki, İddiaçı hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında göstərildiyi kimi, məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki,, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5335/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment tərəflərin birgə nikahından anadan olmuş usağı xx.xx.2011-ci il təvəllüdlü X2 təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Ona görə də iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən sübutlar təqdim etmədiyindən və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaşı İddiaçı Cavabdeh qarşı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5335/2018 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan 154 manat alimentin miqdarının azaldılaraq 85 manat məbləğində müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar