Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2290/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində nöqsanlar aşkar edilmişdir. Belə ki, iddia ərizəsinin mətni üzrə cavabdehin adında yalnışlığa yol verilərək sonuncunun adı iddia ərizəsi üzrə təkrar olarq “Ağgül” kimi qeyd edilmişdir. Qeyd edilmiş yalnışlığın aradan qaldırılması iddiaçıya bildirilsə də iddiaçı tərəfindən iddia ərizəsinin məzmununda adı çəkilən nöqsanlar aradan qaldırılmamışdır və bu hallar işin baxılmasına və həll edilməsinə maneçilik törətmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində olan nöqsanların aradan qaldırılması üçün iddiaçıya müddət verilməsi məqsədilə məhkəmənin hazırlıq iclasının təkrar təxirə salınmasına etiraz etdiyini, rayondan gəldiyinə görə məhkəmə iclaslarına gəlməkdə çətinlik çəkdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının digər vaxta təyin edilməsinə etiraz etdiyin bildirərək işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məzmunundakı nöqsanlar aradan qaldırılmadığından və bu hallar işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törətdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2290/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2290/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver