Məhkəmə qərarları › İş №2(011)-2316/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2316/2023

31.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2316/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs "xxxx" Şirkəti cəlb olunmaqla) “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmənin hazırlıq iclasında iddianı müdafiə etdiyini bildirmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X4 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etmədiklərini bildirmişlər. Üçüncü şəxs "xxxx" Şirkəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, "xxxx" Məhkəmə İdarəetmə Sisteminin məlumatından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1ası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hüquqi şəxsə və onun törəmə müəssisəsinə qarşı yönəldilən iddialar aidiyyəti üzrə hüquqi şəxsin olduğu yer üzrə məhkəməyə verilməlidir. Beləliklə, iş üzrə Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə ünvan 3əsinə göndərilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh MMC-nə qarşı (üçüncü şəxs "xxxx" Şirkəti cəlb olunmaqla) “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə ünvan 3əsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar