Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2322/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı – “alimentin tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 bakalavriat və magistr səviyyəsi üzrə əyani təhsil aldığı müddətdə 23 yaşına çatanadək saxlanılması və təhsil alması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsinin uzadılması və Cavabdeh xx.xx.1971-ci il təvəllüdlü İddiaçı saxlanması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.1971-ci il təvəllüdlü İ qrup əlil olan İddiaçı saxlanması üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1386/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə 69 saylı aktla Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulması, xx.xx.2006- cı il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsinə dair qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin iş 2(011)-1386/2021, xx.xx.2021-ci il tarixli qətnaməsilə müəyyən edilmişdir ki: - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx/xx-1977- 05/69 nömrəli nikah haqqında şəhadətnaməsinə əsasən ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Ağazadə, arvada Ağazadə soyadı verilmişdir; - xx/xx-1976-05/69 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 3507 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası Cavabdeh Zeyd ulla oğlu, anası isə İddiaçıdır; - Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, tərəflərin ailə vəziyyətini, uşağın əvvəlki yaşayış səviyyəsini və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları, həmçinin aliment məbləğinə münasibətdə tərəflərin razılığını nəzərə alaraq alimentin miqdarının hər ay 500 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki:- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2024 tarixli, N2 TİM/70165/2024 arayışa əsasən X2 UNEC-in bakalavriat səviyyəsi üzrə Maliyyə və mühasibat fakültəsinin Mühasibat ixtisasının dövlət sifarişli əyani təhsilin İ il 444 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini xx.xx.2028-ci il tarixinədək bitirməsi nəzərdə tutulur. Arayış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmək üçün verilir. İddia ərizəsinə əlavə edilən tibbi sənədlərdən müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdən sağ süd vəzisinin xərçəng xəstəliyi ilə bağlı 15 saylı şəhər poliklinikası tərəfindən ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" barədə arayışa əsasən doğum tarixi xx.xx.1971-ci il olan İddiaçı əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən müddətsiz birinci dərəcəli əlilidir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 81 və 85-ci maddələrinə faktiki əsası kimi uşağın ali təhsil almasına və özünün səhhətində olan xəstəliklərə istinad etmişdir. İddiaçının uşağın ali təhsil alması ilə bağlı arqumentinə dair bildirir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Kamran Ağazadəyə oxuduğu ali təhsil müəssisindən verilmiş arayışda adıçəkilən şəxsin UNEC-in bakalavriat səviyyəsi üzrə maliyyə və mühasibat fakuləsində dövlət sifarişli əyani təhsil aldığı qeyd edilmişdir. Göründüyü kimi Kamran Ağazadənin hansısa ödənişli əsaslarla təhsil almasına dair arayışda heç nə göstərilməmişdir. Arayışda qeyd edilənlərdən müəyyən olunur ki, Kamran Ağazadə ödənişsiz əsasla ali təhsil almaqdadır. İddiaçının iddia tələbinin hüquqi əsası kimi qeyd etdiyi Ailə Məcəlləsinin 81-ci maddəsi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakının konkret hallarını müəyyən etmişdir. Həmin hallara ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallar aid edilmişdir ki, Kamran Ağazadənin qeyd edilən hallara aid edilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 81-ci maddəsini Kamran Ağazadəyə münasibətdə tətbiq etmək yol verilməzdir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən və işin hallarından görünür ki, Kamran Ağazadə yetiknlik yaşını tamamlamış və tam fəaliyyət qabiliyyətli şəxsdir. Yəni o sərbəst şəkildə tam faəliyyət qabiliyyətli şəxs kimi özünə iş yeri seçə bilər və bu məqsədlə əmək münqaviləsi bağlayaraq əmək fəaliyyəti ilə məşğul ola bilər. Oxşar məhkəmə mübahisəsi üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərarda da qeyd edilmişdir ki, xeyrinə pul tutulması tələb olunan tərəflərin birgə nikahdan doğulmuş övladları artıq yetikinlik yaşına çatmış və ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətlərinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. İddiaçının onun saxlanması ilə bağlı 300 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı arqumentinə dair bildirir ki, iş materiallarında olan ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu müayinəyə dair forma 88 ayarışından görünür ki, iddiaçı orqanizm funksiyalarının pozulması 90 faiz olmaqla əmək zəmanəti hissəsində yüngül işlərdə işləməsi qeyd edilmişdir. Adıçəkilən sənəddən müəyyən olunur ki, iddiaçı özünə hər hansı yüngül iş seçməklə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyəti ilə məşğul ola bilər. İddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 85-ci maddəsi nikah pozulduqdan sonra keçmiş ərin arvadın aliment almaq hüququnun mövcudluğunun konkret hallarını qeyd etmişdir. Həmin hallara görə: 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);[57] 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) Yuxarıda sadalana normada qed edilən halları heç biri iddiaçıya aid edilə bilməz. Belə ki, iddia tələbinin Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinin təsir dairəsinə düşməsi üçün iddiaçının hazırda himayəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq etməsi halı mövcud olmalıdır. İddiaçı ilə aralarında olmuş və məhkəmənin müvafiq qətnaməsi ilə pozulmuş nikahlarından Kamran Ağazadə adlı övladları dünyaya gəlmişdir və onun da Ailə Məcəlləsinin 85.1.2-ci maddəsində qeyd edilən hallara heç bir aidiyyəti yoxdur. İddia tələbinin Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinin təsir dairəsinə düşməsi üçün isə iddiaçının əmək qabiliyyətini itirən və yardıma ehtiyacı olan şəxs olması zəruridir. İş materiallarından görünür ki, iddiaçının əmək qabiliyyətini itirməsini təsdiq edən və buna görə onun yardıma ehtiyacı olmasını sübut edən heç bir mötəbər mövcud deyildir. Həmçinin qeyd edir ki, iddiaçı keçmiş dövlət qulluqçusu olması səbəbi ilə ona hazırda yüksək məbləğdə pensiya təyin edilmişdir. Belə ki, məndə olan qeyri-rəsmi məlumata əsasən iddiaçı hazırda təxminən 1500 manata yaxın pensiya almaqdadır. Məhkəmə zəruri bildiyi halda bu faktı “Elektron məhkəmə informasiya sistemi” vasitəsi ilə də sorğulayaraq yoxlaya bilər. Yuxarıda sadalanan hallardan göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi iddia ərizəsində qeyd etdiyi halların heç biri iddia tələbinin hüquqi əsası kimi göstərdiyi qanunvercilik normalarının təsir dairəsinə düşmür. Belə olan halda iddia tələbi hüquqi baxımdan əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə qeyd edir ki, özüm hazırda ailəliyəm və himayəmdə yetkinlik yaşına çatmayan övladım var. Yuxarıda sadalanan halları məhkəmənin diqqətinə çatdıraraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2006-cı il tarixdə 69 saylı aktla Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TİM/70165/2024 saylı arayışdan görünür ki, X2 UNEC-in bakalavriat səviyyəsi üzrə Maliyyə və mühasibat fakültəsinin Mühasibat ixtisasının dövlət sifarişli əyani təhsilinin İ il 444 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini xx.xx.2028-ci il tarixinədək bitirməsi nəzərdə tutulur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair əlumatın verilməsi barədə arayışından görünür ki, İddiaçı birinci qrup əlilliyi müəyyən edilmiş, orqanizm funksiyalarının pozulması faizi 90%-dir, onun əlillik müddəti müddətsizdir, əmək zəmanəti olaraq yüngül işlərdə işləyə bilər, əlilliyin qiymətləndirmə tarixi isə xx.xx.2024-cü il olmuşdur. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı C50.4-Süd vəzisinin yuxarı bayır kvadrantının bədxassəli yenitörəməsi pT2N0M1 mərhələ İV, GX diaqnozu qoyulmuşdur. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatları barədə çıxarışdan görünür ki, iddiaçının hazırda qüvvədə olan əmək müqaviləsi yoxdur, o, “ƏG - 2-ci qrup” (əlilliyə görə) pensiya növündə 1450.52 manat məbləğində, həmçinin 200 manat məbləğində pensiya alır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları barədə çıxarışdan görünür ki, o, "xxxx" MMC-də satış üzrə nümayəndə (sənaye məhsulları)vəzifəsində işləyir, əmək haqqı 850 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci madəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının izahatını, iş materiallarını, cavabdehin iddiaya etirazını, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də rədd edilməlidir. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlar ilə müəyyən edilmişdir ki, tərəflər xx.xx.2006-cı ildə nikaha girmişlər, onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X2 anadan olmuş və tərəflər arasında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının birinci dərəcəli əlilliyi vardır, orqanizm funksiyalarının pozulması faizi 90%-dir, onun əlillik müddəti müddətsizdir, əmək zəmanəti olaraq yüngül işlərdə işləyə bilər, əlilliyin qiymətləndirmə tarixi isə xx.xx.2024-cü il olmuşdur. Hazırkı işin halları iddiaçının özünün saxlanması üçün cavabdehdən alimentin tutulmasına hüquqi əsas yaratmır. Belə ki, qanunvericilikdə keçmiş arvadın (ərin) saxlanması üçün aliment tutulması aşağıdakı 3 halın mövcudluğundan asılı edilmişdir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb edə bilər. Hazırkı mülki işdən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş X2 artıq yetkinlik yaşına çatmışdır. Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə əsasən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb edə bilər. Hazırkı mülki mübahisədə hər iki tərəfin izahatından (cavabdehin etiraz ərizəsindən) müəyyən edilir ki, tərəflərin birgə nikahlarından anadan olmuş X2 tam fəaliyyət qabiliyyətlidir. Bu faktı sual altına salan hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb edə bilər. Hazırkı işdən görünür ki, tərəflər nikaha xx.xx.2006-cı ildə nikaha girmişlər və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanılmış nikah pozulmuşdur. Qeyd edilən müddəanın hazırkı münasibətlərə tətbiq edilməsi üçün iddiaçının əmək qabiliyyətinin itirməli, əmək qabiliyyətinin itirməsi faktı ya nikah dövründə, ya da ki nikah pozulandan bir il sonra baş verməli və iddiaçının maddi yardıma ehtiyacı olmalıdır.. Bu hallar ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə zəruri vəsaitə malik olan keçmiş ər üçün vəzifə yaradır. Lakin məhkəmə araşdırması zamanı isə iddiaçının ümumiyyətlə əmək qabiliyyətinin itirməsi faktı öz təsdiqini tapmamışdır ki, məhkəmə bu faktın tərəflərin birgə nikah dövründə olması və ya nikah pozulmasından 1 il sonra olmasını aydınlaşdırsın. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, İddiaçı əlilliyinin qiymətləndirmə tarixi xx.xx.2024-cü il tarixdə olmuş, əlilliyin səbəbi ümumi xəstəlik olmuş, onun əlilliyinin müddəti müddətsiz müəyyən edilmiş, onun orqanizm funksiyalarının 90%-i pozulmuş, əmək zəmanəti olaraq isə onun yüngül işlərdə işləyə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə adıçəkilən sənədlərə münasibətdə qeyd edir ki, şəxsin əlilliyin müəyyən edilməsi onun əmək qabiliyyətinin itirməsi demək deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Bundan başqa cavabdehin zəruri vəsaitə malik olması, iddiaçının da cavabdehdən gələn maddi yardıma ehtiyacı olması müəyyən edilmir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatları barədə çıxarışdan görünür ki, iddiaçının hazırda qüvvədə olan əmək müqaviləsi yoxdur, o, “ƏG - 2-ci qrup” (əlilliyə görə) pensiya növündə 1450.52 manat məbləğində, həmçinin 200 manat məbləğində pensiya alır, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları barədə çıxarışdan görünür ki, o, "xxxx" MMC-də satış üzrə nümayəndə (sənaye məhsulları)vəzifəsində işləyir, əmək haqqı 850 manat təşkil edir. . Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2322/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2322/2025
21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver