Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2427/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı - cavabdehlə birgə nikahlarından doğulmuş 17 iyun 2014-cü il təvəllüdlü X5 və 23 dekabr 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 300(üç yüz) manat olmaqla, ümümilikdə 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan 155 manat məbləğində tutulan alimentin məbləğinin artırılaraq, xx.xx.2014- cü il təvəllüdlü X1 üçün hər ay 300 manat məbləğində alimentin tutulması və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay 300 manat məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2013-cü il tarixində el adəti ilə toyları olmuş, nikahları isə xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 281 nömrə ilə qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından 17 iyun 2014-cü il tarixdə X8 və 23 dekabr 2018-ci il tarixdə X11 anadan olmuşdur. Ailə qurduqları ilk günlər münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Sonradan təxminən 1 ildir ki, münasibətləri pozulmuş, əsas səbəb kimi isə əvvəl birlikdə yaşamalarına baxmayaraq iddiaçını və uşaqları yaşadıqları mənzilə qeydiyyata salmaması, cavabdehin anasının ailə işlərinə müdaxiləsi olmuşdur. Ötən ilin dekabr ayının 12-dən cavabdehlə birlikdə yaşadıqları mənzili tərk edərək uşaqları ilə birlikdə valideynlərinə məxsus Qəbələ rayonu, Nic qəsəbəsindəki fərdi yaşayış evində yaşayırlar. Uşaqlar iddiaçının himayəsindədir və onların maddi təminatı ilə cavabdeh maraqlanmır. Uşaqların saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyaclara tələbatı vardır. İddiaçının təkbaşına onları böyütmək üçün müvafiq xərclərini ödəməsi mümkün deyildir. Belə ki, iddiaçı bildirir ki, heç yerdə işləmir, uşaqların təminatına məktəbdə xadimə işləyən anası və digər qohumlarının köməklik edirlər. İddiaçı hesab edir ki, cavabdehin uşaqlarının saxlanması üçün hər birinə görə hər ay 300 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Belə ki, cavabdeh şəxsin rəsmi iş yeri olmasada fərdi işlərlə və şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq kifayət qədər qazancı vardır. Həmçinin, iddiaçı qanunvericiliyin tələbinə əsasən Mediasiya Şurasına müraciət etmiş və qarşı tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə mediator Ədalət Əliyev tərəfindən iddiaçıya İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə göndərərək rayonda yaşadığından məhkəmə iclaslarında iştirak edə bilmədiyini, həmin halın üzrlü sayaraq məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, hər uşaq minimum həddə aliment ödəyə bilər. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-648/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 155 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya təşkilatına 50 manat ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş X1 üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-cı il tarixli qətnaməsi ilə cavabdehdən 155 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatarı artmışdır, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə X1 üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş övladını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş X1 üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2018-ci ildəki müvafiq xərclərin miqdarında fərqlənir. Digər tərəfdən uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği X6 münasibətdə artırılaraq onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220, X9 münasibətdə isə aliment təyin edilərək yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsassızdır. Belə ki, ana uşaqların saxlanması üçün atadan hər uşağa görə 300 manat aliment tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən, iddia qismən təmin edilərək, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X8 üçün cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalı, xx.xx.2018-ci il təvəllüdlü X2 üçün isə alimentin tutulma müddəti iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2018-ci il təvəllüdlü X2 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin xx.xx.2018-ci il təvəllüdlü X2 üçün tutulmuş aliment hissəsi dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəi Xətai Rayon Məhkəməsinin 2(011)-648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 17 iyun 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 23 dekabr 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 23 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat məbləğində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamənin X2 üçün tutulmuş aliment hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2427/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2427/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver