Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2463/2021 08.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı nümayəndəsi X2, İddiaçı Cəlal qızının nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cəlal qızı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəlal qızı Cavabdeh qarşı 21.09.2020-ci il tarixində Bakı şəhəri 52 saylı notariat kontorunda, İddiaçı Cəlal qızı ilə Cavabdeh arasında bağlanmış “Alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və cavabdehdən müqavilənin şərtlərinə görə ödədiyi 80000 manat, bank və notariat xərclərinə görə ödədiyi 322 manat və dəbbə pulu olaraq 3000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ilə arasında ona məxsus xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 440 kvadrat metr torpaq sahəsinin 220 kvadrat metrinin alqı-satqısına dair 21.09.2020-ci il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh həmin alqı-satqı ilə bağlı iddiaçıdan aldığı 80000 manatın və notariat xərcləri üçün ödədiyi 332 manatına, cəmi 80332 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, 21.09.2020-ci il tarixində Bakı şəhəri 52 saylı notariat kontorunda İddiaçı Cəlal qızı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 440 kvadrat metr torpaq sahəsinin bir hissəsini, yəni 220 kvadrat metr olan sahəsini iddiaçıya 80000 manata satmışdır. Söhbət zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin o biri hissəsini, yəni qalan 220 kvadrat metr sahəsini 08.09.2020ci il tarixində X7 adlı şəxsə satmışdır. Bağlanmış müqavilənin 7-ci bəndinə əsasən alqısatqı müqaviləsi təsdiq olunduqdan sonra, satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə borcludur. Bu halda söhbət satılan torpaq sahəsinin çizgisindən, yəni bölgü sxemindən gedir. Satıcı Cavabdeh iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin ümumi cizgisini birinci alıcıya, X5 vermişdir. O da, öz növbəsində, torpaq sahəsinin bölünməsi üçün cizgini DƏDRX-nə təqdim etdiyini və bğlgü sxeminin 16.10.2020-ci il tarixində hazır olacağını bildirmişdir. İddiaçı 16.10.2020-ci il tarixində birinci alıcı X7 ilə əlaqə saxlamış və o, bölgü sxeminin surətini iddiaçıya vermişdir. Onlar birlikdə bölgü sxeminə əsasən torpaq sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, iddiaçıya satılan torpaq sahəsinin yarıdan çoxu (təxminən 126 kvadrat metri) birinci alıcı tərəfindən hasara alınmışdır. İddiaçı bu məsələnin araşdırmasını tələb etdikdə, Asif adlı şəxs torpağın bu formada ona satılmasını bildirmiş, həmçinin qeyd etmişdir ki, o, bölgü-sxem, cizgini tanımır. Bu məsələni araşdırmaq üçün iddiaçı satıcı Cavabdehla görüşmüş, o, etiraf etmişdir ki, onun köməkçisi səhvə yol verib. İddiaçı aldadıldığını başa düşmüş və pulunu geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə bildirmişdir ki, hal-hazırda nağd pulu yoxdur. Ona möhlət verməyi xahiş etmişdir. Aralarında olan razılığa əsasən iddiaçı bir ay möhlət vermiş, lakin həmin razılaşmadan sonra 7 ay keçməsinə baxmayaraq Elmar iddiaçının pulunu qaytarmır. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddia ərizəsi və iddianın predmetinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianı təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan satıcı Cavabdeh ilə cavabdeh İddiaçı arasında imzalanmış 21.09.2020-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103R saylı, ümumi sahəsi 0,044 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,022 ha olan torpaq sahəsini İddiaçı mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 80000 manat qiymətinə satdılar, alıcı isə həmin qiymətə aldı. Alıcı müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən sonra əmələ gəlir. Alqı-satqı müqaviləsi təsdiq edildikdən sonra Satıcı daşınmaz əmlaka aid sənədləri Alıcıya verməyə borcludur. Satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarında azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. İş materiallarında olan 21.09.2020-ci il tarixli TT**********961161 nömrəli, TT**********05480000 nömrəli, TT**********05480000 nömrəli və TT**********961161 nömrəli qəbzlərdən görünür ki, iddiaçı sahənin alış qiyməti olan 80000 manat məbləğində pulu, eyni zamanda alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı xərclərini notariusun depozit hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış borc müqaviləsinin etibarlılığını şübhə altına yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfin onu aldadaraq Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103R saylı, ümumi sahəsi 0,044 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,022 ha olan torpaq sahəsi onun mülkiyyətinə verməsi öhdəliyini icra etməyək, sahənin yarısından çox hissənin üçüncü şəxs tərəfindən hasara alındığı bildirsə də, qeyd edilən hal tərəflər arasında bağlanılmış müqavilənin etibarsızılığı üçün əsas hesab edilə bilməz. Göründüyü kimi, müqavilə üzrə tərəflərin iradə ifadəsi Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103R saylı, ümumi sahəsi 0,044 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,022 ha olan torpaq sahəsinin 80000 manat qiymətinə satıcı tərəfindən alıcıya satılması olmuş və müqavilə bağlanıldığı zaman Azərbaycan Respublikası Mülki Məcəlləsini müvafiq tələblərinə riayət edilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni satıcı tərəfindən yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinin tələblərinin icra edilməməsi müqavilənin etibarsız hesab edilməsi tələbi üçün deyil, müqavilənin ləğv edilməsi, müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbləri üçün əsas hesab edilə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 440 kv.m torpaq sahəsinin 220 kv.m-nin alqı-satqısına dair 21.09.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehdən həmin alqı-satqı ilə bağlı aldığı 80000 manatın və notariat xərcləri üçün ödədiyi 332 manatın, cəmi 80332 manatın alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2463/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2463/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver