Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2530/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində E.Cabirlinin tərtib etdiyi xx.xx.2020-ci il tarixli SOCAR**********10030990X01509 saylı xidməti yazının, Cavabdeh rəisi Füzuli Hacıyevin xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B00239 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün bütün əmək haqqlarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh aşağıdakı məzmunda işdən azad edilmə ilə bağlı əmr imzalamışdır: Təhlükəsizlik İdarəsinin 31 saylı komandasının rəisi vəzifəsini müvəqqəti icra edən E.Cabirlininxx.xx.2020-ci il tarixli SOCAR**********10030990X01509 saylı xidməti yazısına baxılmışdır. Təqdim olunmuş xidməti yazıdan müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 14.45-də postların yoxlanılması zamanı, 24 saylı posta təhkim olunmuş atıcı İddiaçı xidməti postunu özbaşına tərk etməsi aşkarlanmış, qarovul rəisi onunla mobil telefonu vasitəsilə rabitə əlaqəsi saxlayaraq harada olması barədə soruşulmuş, atıcı qarovul rəisinə “işim var kənardayam” sözlərini bildirmiş, nəhayət saat 15:05-də atıcı “Kia Rio” markalı taksi avtomaşını ilə Babək prospekti istiqamətindən gəlməsi faktı aşkarlanmışdır. Atıcı İddiaçı izahatı alınmışdır. Bununla da, yuxarıda qeyd olunanlara əsasən 31 saylı komandanın atıcısı İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, onunla bağlanmış əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin səhlənkarlığa və etinasızlığa yol verilərək qismən yerinə yetirildiyi müəyyən edilir. Belə ki, atıcı A.N Nazimli SOCAR prezidentinin xx.xx.2018-ci il tarixli SOCAR**********00040020A00096 nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdeh Hərbiləşdirilmiş Bölmələrinin xidmətini tənzimləyən Qaydalar Toplusu”nun müvafiq olaraq 19.3.2-ci və 19.26.1-ci bəndlərinin tələblərinin 6.3 bəndi ilə müəyyən edilmiş qaydada içdiyi andın pozulması halına yol vermiş və o, qeyd olunan Qaydalar Toplusunun 5.12-ci bəndinə. 23-cü bölməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam məsuliyyəti daşıyır. Müəyyən olunmuşdur ki. atıcı İddiaçı, verilən təlimata baxmayaraq buraxılış qaydalarını pozmasına və komandanı özbaşına tərk etməsinə görə, Tl-nin xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00316 nömrəli əmri ilə “aylıq əmək haqqının 15 faiz məbləğində cərimə etmək” intizam tənbehi verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddənin “ə” bəndinə əsasən isə işçi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən rəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində krarən əmək funksiyasını pozmuşsa, bu hal işçi tərəfindən əmək vəzifələrini obud şəkildə pozması halı kimi qiymətləndirilir. Yol verdiyi əmək və icra intizamı pozuntusu hərəkətinin (hərəkətsizliyinin) ərəcəsindən xarakterindən asılı olaraq qərara alınmışdır ki. 31 saylı komandanın .tıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməlidir Bu qərara gələrkən onun, öz əmək funksiyalarını və peşə borclarını (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozması əsas götürülmüşdür Belə ki, onun, bağladığı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa və etinasızlığa yol verərək tam yerinə yetirilməməsində əks olunan əmək və icra intizamı pozuntusuna yol verməsi hərəkətləri(hərəkətsizlikləri), digər işçilərə də mənfi tərbiyəvi təsir göstərir, etibarlı mühafizə xidmətinin təşkil edilməsinə maneə yaradır və komandada ümumi nizam-intizam səviyyəsinin aşağı düşməsinə, eləcə də işəgötürənin müqavilə üzrə “Sifarişçi" təşkilat qarşısında işgüzar nüfuzuna xələl gətirməsinə səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç" bəndinə müvafiq olaraq əmək müqavilələrinin ləğv edilməsinə qabaqcadan razılıq alınması üçun xx.xx.2020-ci il tarixli SOCAR**********30330390X00010 saylı təqdimatla X3 Komitəsinə müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli iclasının 119 nömrəli Qərarı ilə 31 saylı komandanın atıcısı İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq tədbirin görülməsinə razılıq verildiyi bildirmişdir. O da nəzərə alınmalıdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020- ci il tarixinədək xəstə olması səbəbinə görə işə çıxmayıb. Göründüyü kimi, iddiaçı qanunsuz şəkildə cavabdeh orqan tərəfindən işdən kənarlaşdırılmışdır. Cavabdeh orqanın əmrində qeyd edildiyi kimi o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək xəstə olması səbəbinə görə işə çıxmamış, lakin xx.xx.2020-ci il tarixində işdə olmuş, xidmətə daxil olma və xidmətdən (işin sonunda) çıxması (postu təhvil vermə) ilə bağlı aidiyyatı üzrə idarənin sənədinə imza atmışdır. Lakin E.Cabirli qərəzli şəkildə heç bir reallığı olmayan xidməti yazı tərtib edərək onun işdən kənarlaşmasına nail olmuş, heç bir pozuntu olmadığı halda "kobud pozuntu" adı qoyularaq onu ƏM- nin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən kənarlaşdırılmışdır. Əmrin verilməsində əsas hal kimi E.Cabirlinin xx.xx.2020-ci il tarixli SƏCAR**********10030990X01509 saylı xidməti yazı götürülmüşdür. Hansı ki, həmin xidməti yazıda qeyd edilən nüanslar sübuta yetirilməyən və heç bir kobud pozuntu olmadığı halda tərtib edilmiş qərəzli məruzədən ibarətdir. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, Təhlükəsizlik İdarəsində atıcısı peşəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixdə 24 saylı posta təhkim olunmuş, lakin saat 14:45-də postların yoxlanılması zamanı onun postunda olmaması aşkarlanmış və qarovul rəisi onunla telefon əlaqəsi yaratdıb harada olmasını soruşduqda o, ”işim var kənardayam” deyərək saat 15:05-də taksi ilə Babək prospekti istiqamətindən postuna gəlmişdir. Onun bu hərəkəti AR ƏM-nin 70-ci maddəsinə (əmək funksiyasını yerinə yetirməmək) və eyni zamanda, AR ƏM-nin 72-ci maddəsinin “ə” bəndinə əsasən (əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasını pozması kimi qiymətləndirilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə posta təhkim olunmuş İddiaçı NBM-ə daxil olan nəqliyyat vasitələrinə müvafiq qaydada yoxlama-baxış keçirmədiyinə görə və xx.xx.2020-ci il tarixdə saat 02:40-da postların yoxlanılması zamanı onun postunda olmaması aşkarlanmış və qarovul rəisi onunla telefon əlaqəsi yaratdıqda o, saat 03:10-da avtomaşını saxladaraq düşüb posta gəldiyinə görə, ona intizam tənbehi verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq almaq üçün materiallar X3 Komitəsinə göndərilmiş və müvafiq qaydada razılıq alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin icraatında olan başqa bir işlə əlaqədar olaraq məhkəməiclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək, göstərdi ki, iddiaçının və onun nümayəndəsinin məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının uzadılması məqsədi daşıyır. Halbuki, Mülki qanunvericiliyin tələblərinə əsasən İşə bərpa barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. İddiaçının nümayəndəsinin ərizəsinə əlavə olunmuş bildirişdən görünür ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan işlə əlaqədar nümayəndənin təmsil etdiyi qeyd olunan şəxsə xx.xx.2021-ci il tarixdə məlumat verilmişdir. Bu səbəbdən də mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Cavabdeh atıcı peşəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə posta təhkim olunmuş İddiaçı NBM-ə daxil olan nəqliyyat vasitələrinə müvafiq qaydada yoxlama-baxış keçirmədiyinə və xx.xx.2020-ci il tarixdə saat 02:40-da postların yoxlanılması zamanı onun postunda olmadığına, saat 03:10-da taksi avtomaşını saxladaraq düşüb posta gəldiyinə görə ona intizam tənbehi verilmişdir. Təhlükəsizlik İdarəsinin 31 saylı komandasının rəisi vəzifəsini müvəqqəti icra edən E.Cabirlinin xx.xx.2020-ci il tarixli SOCAR**********10030990X01509 saylı xidməti yazısından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə saat 14:45-də postların yoxlanılması zamanı, 24 saylı posta təhkim olunmuş atıcı İddiaçı xidməti postunu özbaşına tərk etməsi aşkarlanmış, qarovul rəisi onunla mobil telefonu vasitəsilə rabitə əlaqəsi saxlayaraq harada olması barədə soruşulmuş, atıcı qarovul rəisinə “işim var kənardayam” sözlərini bildirmiş, nəhayət saat 15:05-də atıcı “Kia Rio" markalı taksi avtomaşını ilə Babək prospekti istiqamətindən gəlməsi faktı aşkarlanmışdır. Onun bu hərəkəti AR ƏM-nin 70-ci maddəsinə (əmək funksiyasını yerinə yetirməmək) və eyni zamanda, AR ƏM-nin 72-ci maddəsinin “ə” bəndinə əsasən (əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasını pozması kimi qiymətləndirilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq almaq üçün materiallar FHK-ə göndərilmiş və müvafiq qaydada razılığı alındıqdan sonra Cavabdeh rəisi Füzuli Hacıyevin xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B00239 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci madəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin a və b yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “ə” bəndinə əsasən,əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla Cavabdeh 31 saylı komandasının atıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə İdarənin rəisi Füzuli Hacıyevin xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B00239 saylı əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması təsdiq olunmuşdur. Məhkəmə iddiaçının iddia ərizəsində əsaslandığı mülahizələrə tənqidi yanaşaraq hesab edir ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz.. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasıya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2530/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2530/2021
09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver