Məhkəmə qərarları › İş №2(025)-2106/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-2106/2021

14.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-2106/2021 14.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı "işə və sistemə bərpa, qismən ödənişli məzuniyyətə görə müavinətin, məcburi iş buraxmanın ödənilməsi" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı "işə və sistemə bərpa və qismən ödənişli məzuniyyətə görə müavinətin, məcburi iş buraxmanın ödənilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1. 15 sentyabr 2020-ci il tarixdən başlayaraq Qəbələ rayon Məmmədağalı kənd orta məktəbinə ibtidai sinif müəllimi işinə qaytarılmağı,2) 15 sentyabr 2013-cü il tarixli, müddətsiz əmək müqaviləmin bərpa edilməsi, 3) Qəbələ rayon Məmmədağalı kənd orta məktəbinin ibtidai sinif müəllimi kimi çalışmağının elektron sistemdə bərpa edilməsi, 4) 19 fevral 2019-cu ildə anadan olmuş övladına görə onun qismən ödənişli məzuniyyətinə görə müavinətinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələblərində bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, 15 sentyabr 2020-ci il tarixdən başlayaraq Qəbələ rayon Məmmədağalı kənd orta məktəbinə ibtidai sinif müəllimi işinə qaytarılmağı, 15 sentyabr 2013-cü il tarixli, müddətsiz əmək müqaviləsinin bərpa edilməsini, Qəbələ rayon Məmmədağalı kənd orta məktəbinin ibtidai sinif müəllimi kimi çalışmağının elektron sistemdə bərpa edilməsini, 19 fevral 2019-cu ildə anadan olmuş övladına görə onun qismən ödənişli məzuniyyətinə görə müavinətinin ödənilməsi xahiş etmişdir. İrəli sürülən iddia tələbləri eyni tərəflər arasında olsa da, mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Həmçinin Mülki Prosessual Məcəllənin 172.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduqdan sonra 4 ay ərzində baxılmalı olması göstərilsə də, həmin maddənin 1-ci bəndinə əsasən işə bərpa barədə ərizələrə 2 ay ərzində baxılmalıdır, iddiaçı tərəfindən irəli sürülən “Qəbələ rayon Məmmədağalı kənd orta məktəbinin ibtidai sinif müəllimi kimi çalışmağının elektron sistemdə bərpa edilməsini, 19 fevral 2019-cu ildə anadan olmuş övladına görə onun qismən ödənişli məzuniyyətinə görə müavinətinin ödənilməsi” tələbi üzrə isə məhkəmə araşdırması 2 aydan çox müddətə ehtiyac yarana bilər. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Göründüyü kimi, iddiaçı iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə hesab edirəm ki, iddia bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verildiyinə, yönələn tələb nədən ibarət olması ərizədə göstərilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı "işə və sistemə bərpa və qismən ödənişli məzuniyyətə görə müavinətin, məcburi iş buraxmanın ödənilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar