Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2549/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh 31 oktyabr 2010-cu il tarixli birgə nikahdan 04 may 2013-cü il təvəllüdlü X6 və 02 fevral 2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişlər. Aralarında olan anlaşılmazlıq və cavabdehin ailəyə olan laqeyd münasibəti səbəbindən iki ildən artıqdır ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdehin uşaqlara çəkdiyi xırda xərclər nəzərə alınmazsa, demək olar ki, uşaqlarla maddi cəhətdən maraqlanmır. İddiaçının tələbi: Cavabdeh birgə nikahdan doğulmuş 04 may 2013-cü il təvəllüdlü X3 və 02 fevral 2017ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, Cavabdeh birgə nikahdan doğulmuş 04 may 2013-cü il təvəllüdlü X3 və 02 fevral 2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin iddiaya münasibəti: xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən cavabdeh, ondan 04 may 2013-cü il təvəllüdlü X3 və 02 fevral 2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsini tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - AZ İ № 624490 saylı Nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 və X6 xx.xx.2010-cu il tarixdə Sumqayıt nikah evində rəsmi nikaha daxil olmuşlar və bu barədə 790 №-li akt qeydi aparılmışdır; - AZ İİİ № 112131 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 atası X7, anası X5r; AZ İ № 151615 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası X7, anası X5r; - xx.xx.2023-cü il tarixli MŞB/13/2013-00067 nömrə ilə Bakı şəhər 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X6 ilkin mediasiya sessiyasında iştirak etmiş, X7 ilkin mediasiya sessiyasında iştirak etməmiş və X6 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Elektron məhkəmə sistemindən çıxarışa əsasən Cavabdeh oğu aktiv vergi ödəyəcisidir; İddiaçı isə Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsində mütəxəssis vəzifəsində çalışır və əmək haqqısı 416.3 manat məbləğ təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:
3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
"Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının tələbi tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulub ona ödənilməsindən ibarətdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AR Ailə Məcəlləsinin 78.2-ci maddəsi). Həmçinin Cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında ərizə təqdim edərək iddia tələbini qəbul edərək birgə nikahdan doğulmuş 04 may 2013-cü il təvəllüdlü X3 və 02 fevral 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin ondan tutulub İddiaçı ödənilməsinə razıdır. Məhkəmə hesab edir ki, tərəflərin rəsmi nikahı pozulmasa da, hal-hazırda iddiaçı birgə nikahdan olan uşaqlar ilə birlikdə cavabdehdən ayrı yaşadığından, uşaqların maddi təminatında hər iki valideynin iştirakı vacib olduğundan, həmçinin alimentin məbləği hər iki tərəfin maddi vəziyyətinə uyğun olduğundan və uşaqların maraqlarına xələl gətirmədiyindən, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 04 may 2013cü il təvəllüdlü X3 və 02 fevral 2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən - 440x12=5280), yəni 72.8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 04 may 2013-cü il təvəllüdlü X3 və 02 fevral 2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 72.8 (yetmiş iki manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova