Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2564/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı, ünvan 1 ünvanında yerləşən mənzildən istifadəyə süni maneələr yaratmalarının qadağan edilməsi, mınzilin ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mübahisə könüllü həll olunduğuna görə iddiadan imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçının ilkin iddiadan, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddiadan imtina edilməsi barədə ərizələri əsaslı hesab edilərək məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı, ünvan 1 ünvanında yerləşən mənzildən istifadəyə süni maneələr yaratmalarının qadağan edilməsi, mınzilin ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2564/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2564/2022
22.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver