Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-266/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Əmlak Məsələləri Dövlət Xidməti) nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmək haqqı” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:
1. İddiaçının mərhum əri X10 ilə cavabdeh “Ulduz Elm-İstehsalat Birliyi arasında 14 aprel 2008-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçının mərhum əri X10 Cavabdeh2ndə 2021-ci ilin avqust ayının 30-dək baş direktor vəzifəsində işləmişdir.
2. İddiaçının mərhum əri X14 ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cavabdeh2 tərəfindən 2008-2021-ci illər ərzində müvafiq əmək haqqı ödənişləri edilmədiyindən hazırda iddiaçı həmin məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2ndən həyat yoldaşının xx.xx.2021-ci ilə qədər ğdənilməmiş 51904,56 manat əmək haqqı və 3894,60 manat məzuniyyət haqqı olmaqla, ümumilikdə 55799, manat pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun həyat yoldaşı X10 14 aprel 2008-ci ildən “Ulduz Elm-İstehsalat Birliyinə baş direktor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində, yəni 2008-ci ildən 2021-ci ilin avqust ayının 30-na kimi baş idarə tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. Lakin buna baxmayaraq həyat yoldaşı hesablanmış əmək haqqını bu günə kimi ala bilməmişdir. Çünki Cavabdeh2 EİBnin əmək haqqını ödəməyə imkanı olmamışdır. Uzun müddət yığılıb qalmış əmək haqlarının ödənilməsi üçün baş idarəyə müraciət ediləndə zavod tam özəlləşdiriləndən sonra əmək haqlarını tam ödənilməsi bildirilmişdir. xx.xx.2006-cı ildən Əmlak Məsələləri Dövlət Xidmətinin 264 nömrəli sərəncamına əsasən Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilmişdir. Həyat yoldaşının xx.xx.2021-ci ilə qədər yığılıb qalmış əmək haqları 51904,56 manat və məzuniyyət pulu isə 3894,60 manat, ümumilikdə 55799,16 manat təşkil edir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, mərhum əri 14 aprel 2008-ci il tarixdən etibarən müvafiq əmrlə Cavabdeh2nə baş direktor vəzifəsinə işə təyin edilmişdir. Lakin işlədiyi müddət ərzində əmək haqları vaxtlı-vaxtında ödənilməmiş və nəticədə ödənilməmiş əmək haqqı borcu yaranmışdır. Əri vəfat edənə kimi həmin vəzifədə çalışmışdır.
9. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasında bildirdi ki, iddiaçının mərhum ərinin Xidmətlə əmək müqaviləsi bağlamamış və o, Xidmətin işçisi olmamışdır. Ona görə də iddia tələbinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
10. Maddə 1 (5-ci bənd). Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
11. Maddə 42 (2-ci bənd). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
12. Maddə 42 (1-ci bənd). Əmək müqaviləsi yazılı formada bağlanır.
13. Maddə 135 (1-ci bənd). Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
14. Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
15. Maddə 142. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
16. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
17. Maddə 172 (1-ci bənd). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı mərhum ərinin əmək haqqını tələb etməkdə subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı əri Zahid Şərifovun birinci növbəli vərəsəsidir (Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133-cü maddəsi) və o, ərindən miras qalmış əmlakın qanun üzrə vərəsəsidir (Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələri).
24. İddiaçının mərhum əri X5 xx.xx.2008-ci il tarixli əmr əsasında Cavabdeh2ndə direktor vəzifəsində işləməsi və Birliyin ona ödənilməmiş əmək haqqı (əmək haqqı və məzuniyyət haqqı) borcunun olması işin mübahisəsiz halıdır.
25. İşin faktiki hallarından da bəllidir ki, mərhum Z.N.Şərifovun uzun illər həmin Birlikdə işləməsinə baxmayaraq ona qanunla nəzərdə tutulmuş qaydada əmək haqqı və məzuniyyət haqları ödənilməmişdir. İşin bu halı işdəki sübutlarla öz təsdiqini tapır.
26. Belə ki, iş materiallarında Cavabdeh2 tərəfindən verilmiş Birlikdə işləyən və işləmiş işçilərin uzun müddət yığılıb qalmış ödənilməmiş əmək haqqı borcları ilə bağlı xx.xx.2019-cu il tarixli, 19 nömrəli arayışda X5 əmək haqqı borclarının 2007-ci ildən xx.xx.2018-ci ilədək 38204,51 manat, xx.xx.2019-cu il tarixli, 52 nömrəli arayışda 2007-ci ildən xx.xx.2019-cu ilədək 44504,46 manat, xx.xx.2020-ci il tarixli, 53 nömrəli arayışda 2007-ci ildən xx.xx.2020-ci il tarixədək 48204,51 manat və xx.xx.2021-ci il tarixli, 54 nömrəli arayışda isə 2007-ci ildən xx.xx.2021-ci il tarixə qədər 51904,56 manat təşkil etdiyi qeyd edilmişdir.
27. Həmçinin, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli, 95 nömrəli məlumatında X5 xx.xx.2021-ci il tarixədək yığılıb qalmış və istifadə olunmayan məzuniyyət haqqının 3894,6 manat olması qeyd edilmişdir.
28. Şərh edilənlərdən də göründüyü kimi, Cavabdeh2 X15 tərəfindən Birlikdə müxtəlif vəzifələrdə çalışmış işçilərin, o cümlədən iddiaçının mərhum ərinin müvafiq dövrlər üzrə əmək haqları ödənilməmişdir. Odur ki, iddia tələbi Cavabdeh2 X12 aid hissədə tam təmin edilməlidir.
29. Məhkəmə hesab edir ki, iddia tələbi Əmlak Məsələləri Dövlət Komitəsinə aid hissədə təmin edilməməlidir.
30. Yuxarıda əmək müqaviləsinin bağlanılması əsasları və qaydasını müəyyən edən maddi hüquq normalarından da göründüyü kimi, əmək müqaviləsi işçi ilə işəgötürən arasında, tərəflərin hüquq və vəzifələri, iş vaxtı, istirahət vaxtı və s. əsas şərtləri dəqiq göstərilməklə yazılı formada bağlanır. İşçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasının ilk mərhələsi, məhz əmək müqaviləsinin bağlanması hesab edilir (Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. ƏM-nin 7-ci maddəsinin 2-ci bəndi - xx.xx.2013-cü il tarixdən sonrakı redaksiyası. Həmin maddənin xx.xx.2013-cü il tarixədək olan redaksiyasında isə deyilir ki, Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır). Tərəflər olan işçi ilə işəgötürən arasında əmək münasibətləri yarandıqdan sonra onların bir-birləri qarşısında qarşılıqlı öhdəlik və məsuliyyətləri yaranmış olur.
31. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında hər hansı əmək müqaviləsi bağlanmamış və əmək münasibətləri yaranmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti işəgötürən hesab edilən Cavabdeh2 X15 və işçi olmuş X10 arasında olmuş əmək münasibətlərində tərəf deyildir. Bu halda, Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçının əri qarşısında (iddiaçının qarşısında) əmək haqqının ödənilməməsi barədə hər hansı öhdəliyi də yarana bilməz.
32. Analoji olaraq, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1293/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar X3 və X8 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2nə qarşı əmək haqqı və məzuniyyət pulunun tutulmasına dair iddiası qismən edilmiş, Cavabdeh2 Elm- İstehsalat X1 xeyrinə ödənilməmiş əmək haqqı və məzuniyyət puluna görə 607 manat, X8 xeyrinə ödənilməmiş əmək haqqı və məzuniyyət puluna görə 7909 manat məbləğində pul tutulmuşdur.
33. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7152/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ödənilməmiş məzuniyyət pulu və son haqqhesabın qaytarılması tələbinə dair iddiası təmin edilmiş, lakin apellyasiya instansiyasında birinci instansiya məhkəməsinin qətnaməsi Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə ləğv edilmiş və yekun olaraq X6 xeyrinə işlədiyi 2003-2015-ci illər üzrə ödənilməmiş məzuniyyət puluna görə 930,25 manat məbləğində pulun Cavabdeh2 X11 tutulması qət edilmişdir.
34. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının mərhum əri X10 və Cavabdeh2 X15 arasında bağlanmış əmək müqaviləsi üzrə əmək haqqı və məzuniyyət pulu Cavabdeh2 X11 tutularaq İddiaçı ödənilməlidir.
35. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia qismən təmin edilsin. X9 2008-2021-ci illər ərzində ödənilməmiş 51904,56 manat (əlli bir min doqquz yüz dörd manat əlli altı qəpik) əmək haqqı və 3894,60 manat (üç min səkkiz yüz doxsan dörd manat altmış qəpik) məzuniyyət pulunun cəmi məbləğini təşkil edən məbləğ 55799,16 manat (əlli beş min yeddi yüz doxdan doqquz manat on altı qəpik) məbləğində pul Cavabdeh2 X11 tutularaq İddiaçı ödənilsin. İddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı