Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2685/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-in nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanılması, qazın verilişinin bərpa edilməsi, zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin üzərinə İddiaçı ilə yeni alqı-satqı müqaviləsi bağlanılmaqla və abonent kodu verilməklə istehlakçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə qaz təchizatının bərpa edilməsi vəzifəsinin qoyulması, Cavabdeh İB-dən İddiaçı xeyrinə 7200 (yeddi min iki yüz) manat pul maddi zərərin əvəzi kimi, 1000 (bir min) manat pul isə mənəvi zərərin əvəzi kimi tutularaq ödənilməsi, iddiaçının vəkilinin göstərdiyi yardıma görə ödədiyi 200 (iki yüz) manat pul və dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat pulun Cavabdeh” İB-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh “Azərqaz” İB ilə X21 arasında bağlanılmış alqı-satqı müqaviləsinə görə abonent kodu-**********00000, 23.11.2015-ci il tarixində quraşdırlmış Smart G-4 İTRON DİAFRAQMA tipli sayğac üzrə yaranmış 4114 manat (dörd min yüz on dörd) manat borc adı çəkilən tərəflərin özlərinə aid edilməsi və ya silinməsi, bu vəsaitin iddiaçıdan tutulmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi 08.11.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir, adı çəkilən ev 18 iyun 2008-cil tarxində alqı-satqıl müqaviləsi ilə vət. X5 vət. X22 və X23 və X6 almış və mülkiyyət hüququna dair DƏDRX-dən 23.07.2008-ci ildə müvafiq çıxarış almışıdr, satıcılar evi könüllü boşaltmadığı səbəbindən vət. X1 rayon Məhkəməsinə müraciət edərək adı çəkilən şəxslərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin qeyd edilən ünvan üzrə qeydiyyatlarının ləğv edilməsi, həmin evdən və torpaq sahəsindən çıxarılması xahiş etmiş, məhkəmənin 2(003)-1933/2009 saylı 22 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, məhkəmənin qətnaməsi hüquqi qüvvəyə minmiş və Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən 26.02.2018-ci il tarixdə icra edilərək, cavabdehlər əşyaları ilə birlikdə evdən çıxarılmış və ev təhvil verilmişdir. 26 fevral 2018-ci ildə ev təhvil verildikdən sonra orada yaşayış olmamış və iddiaçı kommunal xidmətlərin bərpa olunması və abonent müqaviləsinin bağlanılması üçün Cavabdeh İB-nə müraciətlər etməyə başlamışdır, məlum olmuşdur ki, əvvəlki abonent-mülkiyyətçi Taleh Rəhmanov tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı bu şəxsə münasibətdə Cavabdeh İB-nin BRQSD tərəfindən ******* saylı 27.04.2018-ci il tarixində akt tərtib edilmiş, bu akt və ona əlavə olunmuş sənədlərdən görünür ki, sayğacdan kənar qazdan istifadə edilməsinə görə bu şəxsin qaz xəttinin ləğv edilməsi nəzərdə tutulmuş, itirilmiş qazın -1990 kub olduğu qeyd edilmiş və abonentin 4114 (dörd min yüz on dörd) manat borclu olduğu bildirilmişdir. (Akt və ona əlavə edilmiş sənədlərin surətləri əlavə edilir). Bundan əlavə abonent X11 abonent saldosu çıxarılmış və orada onun 5 nəfərdən ibarət ailə üzvünün olduğu, abonent kodu- **********00000, 23.11 2015-ci il tarixində Smart G-4 İTRON DİAFRAQMA tipli sayğacın quraşdırılması, kənar təsir nəticəsində sayğacın klapanının sındırılması, kipləşdiricinin aşkar olunmaması müəyyən edilmiş, 2018-ci ilə qədər 4114 manat cari borcunun olması müəyyən edilmişdir. Vəkil həmçinin bildirdi ki, qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir, Cavabdeh İB-i təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri üzrə təbii inhisar subyektidir, ondan başqa digər alternativ subyekt yoxdur, ona görə də cavabdehin iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmək hüququ yoxdur, buna görə xahiş edir ki, yeni alqı satqı müqaviləsi bağlansın, qaz təhcizatının bərpa edilməsi vəzifəsi qoyulsun, cavabdehdən iddiaçının xeyrinə 7200 manat maddi, 1000 manat mənəvi zərərin əvəzi kimi tutulsun, 200 manat vəkil haqqı, 30 manat dövlət rüsumu və 4114 manat borc X24 və ya Cavabdeh İB-yə aid edilsin və bu pul iddiaçıdan tələb olunmasın. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X25 iddia tələbini qəbul etməyərək bildirdi ki, abonent saldosunda ad başqa addır, yəni belə halda İddiaçı ərizə ilə müraciət etməli və onunla müqavilə bağlanmalıdr ki, abonentlə bağlanan müqavilə onun adına keçsin, yəni müqavilə onunla bağlansın, hal-hazırkı vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, iddia tələbində tələb olunan borcun silinməsi üçün ilk növbədə müqavilədə ad dəyişməli, yəni addan-ada keçməlidir, əlavə olaraq mənəvi zərərin ödənilməsi hissəsi də əsassızdır, belə ki, iddiaçının mənəvi zərər çəkməsi hissəsi sübutetmə yükü də iddiaçıya məxsusdur, iddiaçı da bunu sübut edə bilmədiyindən xahiş edir ki, o hissədə də iddia tələbi təmin edilməsin. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 6818 nömrəli vərəqində 08.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əzizbəyov rayon Məhkəməsinin 2(003)-1933/2009 saylı 22.12.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X12, X13 və X8 yetkinlik yaşına çatmayan övladları – X17, X18, X27 və X19 ilə birlikdə iddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 25 nömrəli evdən və həmin evə aid torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan övladlarının yuxarıda qeyd olunan ünvan üzrə qeydiyyatları ləğv edilməklə, onların həmin ünvanda yerləşən evdən və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İş materiallarından görünür ki, 2(003)-1933/2009 saylı 22.12.2009-cu il tarixli qətnaməsindən cavabdehlər apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6456/2014 saylı 22.12.2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2 (102)-2462/2015 saylı 09.06.2015-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin olunmamış, Əzizbəyov rayon Məhkəməsinin 2(003)-1933/2009 saylı 22.12.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xəzər rayon icra və probasiya şöbəsinin icra məmurları T.Bayramov, A.Nəcəfov, iş üzrə tələbkar X7, cavabdeh X22,Xəzər PRİ 1-ci polis çölməsinin sahə müvəkkiliu Nəbi Orucov, hal şahidləri X26 və X28 tərəfindən tərtib edilmiş 21.02.2018-ci il tarixli aktdan görünür ki, borclu şəxslər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evdən əşyalarını çıxararaq evi tələbkara təhvil vermişlər. İcra zamanı icra hərəkətlərinin aparılması ilə bağlı tərəflərdən heç bir ərizə və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh İB-yə ünvanlanan 28.01.2020-ci il tarixli məktubundan görünür ki, ərizəçi ona məxsus evin qaz təşhizatının təmin edilməsi və onunla abonent müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh İB-nin İddiaçı ünvanlanan 29.01.2020-ci il tarixli “Müraciətə baxılması barədə” məktubdan görünür ki, İddiaçı qaz təçhizatının bərpa olunaraq onunla müqavilə bağlanmasl barədə müraciəti baxılması üçün Bakı Regional Qazın Satışı Departamentinə göndərilmişdir. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentin İddiaçı ünvanlanan 06.02.2020-ci il tarixli “Müraciətə baxılması barədə” məktubdan görünür ki, qaz təçhizatının alqı-satqı müqaviləsinin bağlanması üçün “ASAN Kommunal” Mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan abonent məlumatlarından görünür ki, Taleh Rəhmanovun **********00000 saylı abonent kodu üzrə İTRON borcu 4114,1 manat təşkil edir, sayğac 06.06.2016-cı ildə bloka salınmışdır, “kənar təsir nəticəsində sayğacın klapanı sındırılıb, kipləşdirici aşkar olunmadı” barədə blok qeydi aparılmışdır. İş materiallarında olan 27.04.2018-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, Taleh Rəhmanova məxsus fərdi yaşayış evində baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və kənar xəttin kəsilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30.04.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair qərarın surətindən görünür ki, ünvan 3 ünvanında Taleh Rəhmanova məxsus **********00000 saylı abonent kodu üzrə sayğacdan kənar qazz xəttinin aşkar olunması səbəbi ilə sayğacdan kənar qaz xəttinin ləğv edilməsi və itirilmiş təbii qazın bərpası üzrə ümumilikdə 1990 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 02.02.2021-ci il tarixli X9 “Abonent saldosu”-dan görünür ki, onun **********00000 saylı abonent kodu üzrə 2018-ci ilin noyabr ayı üçün 3624,70 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan 29.01.2021-ci il tarixli X9 Gasrep sənədindən görünür ki, onun **********00000 saylı abonent kodu üzrə 4114,07 manat cari borc hesablanmışdır. İş materiallarında olan 04.02.2021-ci il tarixli qəbzdən görünür ki, X7 hüquqi yardımın göstərilməsi üçün 4 saylı vəkil bürosunun hesabına 200 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan 05.11.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AR-İ seriyalı, 696161 saylı 24.06.2020-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən X3 15.12.2037-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı ev 08.11.2014-cü il tarixli, çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir, evin keçmiş sakinləri 21.02.2018-ci il tarixə kimi evi əsl mülkiyyətçisinə təhvil verməkdən imtina etmişlər. Həmin ünvan üzrə qaz təchizatının alqı satqı müqaviləsi Cavabdeh İB ilə X20 arasında bağlanmış, sonuncunun **********00000 saylı abonent kodu üzrə 2018-ci il üçün borc məbləği 4114,07 manat təşkil edir və həmin məbləğ hazırkı mülkiyyətçi İddiaçı tələb edilir. Bununla belə, X9 **********00000 saylı abonent koduna hesablanmış 4114,07 manat məbləğində borc İddiaçı tələb edilməsinə əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinin “evə qaz təchizatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və borcun RəhmanovTaleh Vəlhət oğluna aid edilməsinə” dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı borc hesablanmış fərdi yaşayış evinin 08.11.2014-cü il tarixdən mülkiyyətçisi olsa da, həmin evdən keçmiş sakinlər məcburi qaydada 21.02.2018-ci il tarixində çıxarılmış, ev həmin tarixdə iddiaçıya təhvil verilmişdir, bu da, həmin tarixədək hesablanmış borc məbləğinin iddiaçıdan tələb edilməsini istisna edən hal kimi qiymətləndirilməlidir. Həmin tələb hissəsi ilə bağlı həmçinin məhkəmə qeyd edir ki, mövcud borc məbləği iddiaçının qazdan istifadə etməsi nəticəsində yaranmadığından və iddiaçı mübahisələndirilən ünvana borcun yaranmasından sonra köçdüyündən onun mülkiyyətçisi olduğu hazırkı mənzilə qaz təchizatı təmin olunmalı (və ya bərpa olunmalı) və müvafiq müqavilə bağlanmalıdır. Digər tərəfdən, həmin fərdi yaşayış evinə hesablanmış borc məbləği dövründə ev keçmiş sakin abonent V.Rəhmanovun sahibliyində olduğundan və qazdan istifadə o və digər ailə üzvləri tərəfindən həyata keçirildiyindən, təbii qazın istifadəsi nəticəsində yaranmış borc məbləği iddiaçıya deyil, evin keçmiş sakini olan abonent X14 aid edilməlidir. Məhkəmə, iddia tələbinin “maddi və mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə sübutetmə yükü ilə bağlıdır, iddiaçı cavabdehin hüquqa zidd əməli, iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan, həmçinin iddiaçıya maddi zərər vurulmasına dair hallara gətirib çıxarması barədə sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsi üçün əsas olan hallar olmadığından iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə, iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsinə görə 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi iddia tələbinin qiymətinə nisbətdə ağlabatan məbləğdə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu zaman hüquqi xidmətin məbləği iddia tələbinin qiymətinə müvafiq olaraq müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, bu məqsədlə ödənilmiş 200 manat ağlabatan məbləğdə kimi nəzərə alınmalıdır. Məhkəmə cavabdehin “İddiaçı “Cavabdeh İB ilə müqavilə bağlanmadan məhkəməyə müraciət etməsinin əsassız olması” barədə dəllillərinə münasibətdə qeyd edir ki, iddiaçının abonent müqaviləsinin bağlanması barədə cavabdeh təşkilata müraciət etməsinə baxmayaraq onunla abonent müqaviləsi bağlanmamışdır ki, bu da iş materialları ilə müəyyən olunmuş hal olmaqla cavabdehin dəlillərinin əsaslı olmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin dəlilləri şəxsi mülhaizələrə əsaslandığından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 6-4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Həmin Qaydaların 6-5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Təbii inhisar” haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci bəndinə əsasən, Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələridir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü bəndinə əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə təbii qazın quraşıdırlması və istifadəsi haqqında müqavilənin bağlanması və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evə qaz təchizatının bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalı, hüquqi yardım xidmət göstərilməsinə görə ödənilmiş xidmət haqqının əvəzi oaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, **********0000 saylı abonent koduna hesablanmış 4114 manat borc məbləği İddiaçı tələb edilməməlidir, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin Təbii qazdan istifadəyə görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evi (abonent kodu **********0000) hesablanmış 4114 (dörd min yüz on dörd) manat borc məbləği İddiaçı aid edilməsin. İddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi”nin bağlanması və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evinə qaz təchizatı Cavabdeh tərəfindən təmin olunsun. Cavabdehndən hüquqi yardım xidmət göstərilməsinə görə ödənilmiş xidmət haqqının əvəzi oaraq 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsuunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2685/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2685/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver